Nəsimi rayonunda 26 İyun – Narkotiklərlə Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib

  26 İyun – Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Günü münasibətilə 2025-ci il 18 iyun tarixində Nəsimi Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir təşkil olunub. Tədbir, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

  Tədbir çərçivəsində şagirdlərin narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

  Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim və psixoloqlar, yuxarı sinif şagirdləri, eləcə də aidiyyəti qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

  Çıxışlarda narkotik vasitələrdən istifadənin yaratdığı təhlükələr, narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərər, mövcud hüquqi mexanizmlər, habelə gənclərin asudə vaxtının səmərəli təşkili kimi məsələlər ətrafında ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.




Baxılıb: 325