Sumqayıt Dövlət Universitetində “Narkotikə yox deyək – öz həyatının qəhrəmanı ol!” adlı tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir təşkil olunub.

Tədbir Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə keçirilib.

Tədbirdə universitetin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər rayonlararası Narkoloji Dispanserinin baş həkimi və ictimai birliyin sədri çıxış ediblər.

Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın sosial və psixoloji fəsadları, eləcə də profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və antinarkotik mübarizənin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə,“Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 




Baxılıb: 1100