Qalereya

Azərbaycan Universitetində maarifləndirici tədbir təşkil edilmişdir.

Car ilin 17 oktyabr tarixində Azərbaycan Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin  həyata keçirdiyi “Həyatına dəyər ver” adlı sosial çarxın təqdimatı keçirilmişdir. 

Təqdimatdan sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış edərək, arkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda tələbələrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”,“Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.

 

/img/gallery/100x100/2023_10_17_15_30_35_e727.jpg
  1. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  2. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  3. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  4. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  5. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  6. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  7. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

  8. Azərbaycan Universitetində maarifləndirici tədbir təşki..

17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri təşkil olunub

   Azərbaycan Respublikası Gənclər Fondu və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində azad olunma müddətinin bitməyinə az zaman qalan məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil olunub

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə ətraflı məlumat verilib.

  Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2023_10_17_15_11_57_0704.jpg
  1. 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  2. 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  3. 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  4. 17 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təlim keçirildi

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Mən öz gələcəyimi seçirəm” mövzusunda təlim təşkil edilmişdir.

 Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndəsi mövzü ətrafında çıxış edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə    və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

  Sonda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllimlərinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_16_16_47_09_e5b2.jpg
  1. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  2. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  3. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  4. 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədbir keçirildi

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Mən öz gələcəyimi seçirəm” mövzusunda təlim təşkil edilmişdir.

 Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndəsi mövzü ətrafında çıxış edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə    və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

 Sonda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllimlərinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_16_10_07_45_5a2b.jpg
  1. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  2. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  3. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  4. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

  5. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində tədb..

1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində təlim keçirildi

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində “Mən öz gələcəyimi seçirəm” mövzusunda təlim təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndəsi mövzü ətrafında çıxış edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə    və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb vəgələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.

 Sonda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılıb, o cümlədən məktəbin müəllimlərinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_14_12_57_40_105e.jpg
  1. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  2. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  3. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  4. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  5. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

  6. 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil mək..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-sentyabr aylarının yekununa dair məlumat

 Сari ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8320 cinayət faktı aşkarlanmışdır. Onlardan 2855-i narkotik vasitələrin qanunsuz satışı, 5151-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 284-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyaedilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

 Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş       6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kq 546,704 qr-nı heroin, 3 ton 566 kq 504,126 qr-nı marixuana, 248 kq 031,811 qr-nı tiryək, 51 kq 583,994 qr-nı həşiş, 750,831 qr-nı kokain, 363 kq 138,333 qr-nı psixotrop maddələr,136 kq 987,225 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də  3 kq 197,368 qr,  7703 ədəd kapsul,3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

 Hesabat dövründə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 416,494 hektar sahədən çəkisi 299 ton 377kq 290,98 qr olan  932 781 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

 2023-cü ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş  6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 252 milyon 353 min  AZN kimi qiymətləndirilir.

 Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək 12 nəfər, 18-25 yaşadək 393 nəfər, 26-29 yaşadək  1046 nəfər, 30 yaş və ondan yuxarı isə 5032 nəfər təşkil edir. Həmin şəxslərdən 6329-u kişi, 154-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.

 Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 216 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 727 kq 407,771 qr və 6150 ədəd həb metadon  müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517qr  güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.

 Ümumilikdə, aşkar edilmiş cinayətlərin 241-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi1 ton 903 kq 063,36 qr və 680 ədəd metadon narkotik vasitə və psixotrop maddə 170,3 güclü təsir edən maddə müsadirə edilmişdir.       

2453 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 265 kq 943,86 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

 Təhlil göstərir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 374, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 86, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 135, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 103, digər növ cinayət faktların sayı 50 , qrup halında olan cinayətlərin sayı isə 51 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 6 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 234 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton  380 kq 010,249 qr artmışdır.

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasənhesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  66711 nəfər istiqamətləndirilmişdir.

 Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1884 nəfərdən 1054-nün  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

 Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 9 ay ərzində İİV-ə 717 nəfər yoluxmuşdur. Onlardan  691 nəfəri Azərbaycan vətəndaşları, 26 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında  59 nəfəri (8 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

 İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 110 tədbir  (65 maarifləndirici görüş, 29 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 2 sosial çarx, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon, 95 ədəd baner və bukletlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 35 məktəbinə, Sumqayıt, Lənkəran, Şirvan şəhərlərinin və Salyan rayon İcra Hakimiyyətlərinə  paylanılması) təşkil edilmişdir.

 “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 964 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 161-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 336-i narkotik asılılıqdan müalicə, 467-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 497 məktub ünvanlanmışdır.

 Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2023_10_13_15_36_34_d757.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

   Azərbaycan Respublikası Gənclər Fondu və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində azad olunma müddətinin bitməyinə az zaman qalan məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə tədbiri təşkil olunub

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2023_10_13_15_00_14_70f2.jpg
  1. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..

  2. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..

  3. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..

  4. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..

  5. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə möv..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı “WhatsApp” hesabı yaradıldı

  2022-ci ildən etibarən  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun “802” qaynar xətt telefon zəng xidmətinə daxil olan 3136 vətəndaş müraciətinin 433-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1157-sı narkotik asılılıqdan müalicə, 1546-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuş və nəticə etibarı ilə 622 nəfər narkoloji tibb müəssisələrində stasionar müalicəyə cəlb olunmuş,  inzibati və cinayət xarakterli 305 fakt üzrə isə müvafiq tədbirlər görülmüş və müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.

   Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını alınmasında və narkotik asılılıqdan müalicədə “802” qaynar xətt zəng xidmətinə daxil olan müraciətlərin aktivliyini nəzərə alaraq, vətəndaşlar tərəfindənnarkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq foto və video materialların göndərilməsi üçün Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “055-6000-802” mobil telefon nömrəsi vasitəsilə “WhatsApp”,“070-4000-802” nömrəsi vasitəsilə isə “Telegram” hesabları yaradılmışdır.

/img/gallery/100x100/2023_10_11_12_26_38_cf63.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə” adlı görüş keçirilmişdir

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Zərərli vərdişlərlə mübarizə” adlı görüş keçirilmişdir.

  Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri,Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

/img/gallery/100x100/2023_10_06_14_40_43_0373.JPG
  1. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  2. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  3. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  4. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  5. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  6. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  7. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

  8. Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə”..

Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.

   Cari ilin 28  sentyabr  tarixində "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı şəhəri, AMEA Mərkəzində "Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirilmişdir.

 Tədbirdə, Qeyr-HökumətFormununrəhbəri, Bakı Qeyri-HökumətTəşkilatlarınınResursvə TəlimMərkəzininsədri, OmbudsmanAparatının, Narkomanlığavə NarkotikVasitələrinQanunsuzDövriyyəsinə Qarşı Mübarizə üzrə DövlətKomissiyasınındaimifəaliyyətgöstərən İşçiQrupunun, Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyinindaxilinəzarətvə monitorinq şöbəsininBakı şəhərininNizami, Nərimanov, Pirallahı, Nəsimivə Xətairayon İcraHakimiyyətlərininməsul əməkdaşları və Qeyri-hökuməttəşkilatlarınınrəhbərləriiştiraketmişlər. İctimai müzakirələr çərcivəsində ölkə ərazində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan işlər, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələrə dair dinləmələrdə keçirilmişdir. Bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilmiş və fikir mübadiləsi aparılmışdır.

/img/gallery/100x100/2023_10_06_10_51_21_ddf9.jpg
  1. Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..

  2. Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..

  3. Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..

  4. Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..

  5. Regionlarda ictimai iştirakçılığın təmin olunması və ic..

Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici tədbir

  4 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində "İşıqlı gələcəyi qaralmağa qoymayaq, narkomaniyaya yox deyək" mövzusunda görüş keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_05_10_37_29_0172.jpg
  1. Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..

  2. Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..

  3. Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..

  4. Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..

  5. Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici t..

Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir keçirilmişdir.

 Car ilin 03 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyni adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir.

 Tədbirdə, Milli Məclisin üzvüləri,  Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri, Memarlıq və İnşaat Universitetinin prorektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri çıxış edərək bildirmişlər ki, narkomaniya ümumbəşəri bir problem olaraq, cəmiyyətə öz mənfi təsirini göstərən ən böyük problemlərdən biridir.

  Sonda tələbələrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”,“Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_04_11_29_02_0d27.jpg
  1. Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir ke..

  2. Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir ke..

  3. Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir ke..