Qalereya

Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonu 113 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirimişdir.

  Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Respublika Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak etmişlər.

 Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə ətrfalı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı işlə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.

/img/gallery/100x100/2023_10_27_16_31_07_50dd.jpg
  1. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

  2. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

  3. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

  4. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

  5. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

  6. Növbəti maarifləndirici tədbir Sabunçu rayonunda təşkil..

Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib

 Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq oktyabrın 26-da Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib.

 YAP Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.

 Əvvəlcə Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət edilərək qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb, məzarları üzərinə tər güllər düzülüb.

 Sonra tədbir iştirakçıları YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

  Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

  Çıxışlarda vurğulanıb ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

/img/gallery/100x100/2023_10_27_09_23_04_7c21.jpg
  1. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  2. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  3. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  4. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  5. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  6. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  7. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  8. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  9. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  10. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  11. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  12. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  13. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  14. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  15. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  16. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

  17. Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” ..

Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mövzusunda tədbir keçirilib

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq oktyabrın 25-də Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mövzusunda tədbir keçirilib.

  Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

   Astara rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Astara, Cəlilabad, Lerik, Lənkaran, Masallı və Yardımlı rayonlarını təmsil edən gənclər iştirak ediblər.

  Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Astara Rayon İcra Hakimiyyəti başçısının  müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Astara Rayon Polis şöbəsinin  əməliyyat işləri üzrə  rəis müavini, polis-mayoru Orxan Novruzov çıxış ediblər.

  Çıxışlarda qeyd olunub ki, bu gün qlobal dünyanın əsas çağırışlarından biri narkomaniya və narkobiznesə qarşı mübarizədir. Ölkəmiz bu bəlaya qarşı mübarizədə səylərini artırır, bu və ya digər sahələrdə yaratdığı fəsadların aradan qaldırılması üçün konkret tədbirlərin həyata keçirilməsini daha da sürətləndirir. Dövlət başçısı  İlham Əliyevin 22 iyul  2019-cu il  tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifə və tapşırıqları yerinə yetirmək məqsədilə artıq ikinci ildir ki, YAP Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə Tədbirlər Planına əsasən respublikamızın müxtəlif bölgələrində aidiyyatı dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə silsilə tədbirlər keçirilir. Məqsəd gəncləri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verməkdən ibarətdir.

  Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edilib ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Ailə ənənələrin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir. Ailə dəyərlərinin qorunmasında cəmiyyətin, dövlətin bütün institutları fəal və məsuliyyətli olmalıdır. Cəmiyyətin hər bir üzvü ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır.

   İnteraktiv formada davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

/img/gallery/100x100/2023_10_26_09_25_31_0394.jpg
  1. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  2. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  3. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  4. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  5. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  6. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  7. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  8. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  9. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  10. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  11. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  12. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

  13. Astara rayonunda “Ailə: sosial normalar və dəyərlər” mö..

Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş keçirilmişdir.

  Cari ilin 24 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, narkotiklə mübarizədə yaxından çalışan qurumların nümayəndələrinin gənclər təşkilatları və fəal gənclər ilə “Globus Center”də növbəti görüş təşkil edilmişdir.

  Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazilriyi Baş Narkotiklə Mübarizə İdarəsinin nümayəndələri və Bakı şəhər Narkolojı Mərkəzinin həkim narkoloqu çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.

/img/gallery/100x100/2023_10_25_11_36_59_7bcd.JPG
  1. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  2. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  3. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  4. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  5. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  6. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  7. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

  8. Gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüş..

Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərlə görüş keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, “Bir Könüllü” Tələbə Təşkilatı və “Davam” Gənclər Hərəkatının birgə əməkdaşlığı ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda fəal gənclərlə görüş keçirilmişdir.

Tədbir çərçivəsində müvafiq təqdimatla çıxış edilərək, narkotik asılılığın formalaşma mərhələləri, narkotik vasitələrin və psixotrop maddələrin xüsusiyyətləri, onlardan istifadənin risk amilləri və sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizədə səmərəli maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyəti barədə ətraflı zəruri məlumatlar verilib.

Sonda fəal gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2023_10_24_12_05_30_9515.JPG
  1. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

  2. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

  3. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

  4. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

  5. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

  6. Narkomanlığa qarşı mübarizə istiqamətində fəal gənclərl..

QHT nümayəndələri ilə görüş keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məqsədilə ictimai müzakirə keçirilib. 

 Müzakirədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin departament rəhbəri, Agentliyin Dövlət Proqramlarının və Dövlət İnformasiya Sistemində fəaliyyətlərin təmin edilməsi üzrə meneceri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri və əhalinin sağlamlığının qorunması və narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən bir qrup QHT rəhbərləri iştirak ediblər. 

 Müzakirədə aidiyyatı qurumların bu sahədə apardığı fəaliyyət barədə məlumat diqqətə çatdırılıb. QHT-lər tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı icra olunan layihələrin səmərəliliyinin, keyfiyyətinin daha da artırılması, fəaliyyətin genişləndirilməsi məqsədilə təkliflər irəli sürülüb, qarşılıqlı müzakirələr aparılıb.

 

/img/gallery/100x100/2023_10_23_16_42_35_8051.jpg
  1. QHT nümayəndələri ilə görüş keçirildi..

  2. QHT nümayəndələri ilə görüş keçirildi..

  3. QHT nümayəndələri ilə görüş keçirildi..

  4. QHT nümayəndələri ilə görüş keçirildi..

  5. QHT nümayəndələri ilə görüş keçirildi..

  6. QHT nümayəndələri ilə görüş keçirildi..

  7. QHT nümayəndələri ilə görüş keçirildi..

Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir təşkil olunub.

 Cari ilin 20 oktyabr tarixində Nəsimi rayon İcra Hakimiyyəti və  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi məqsədilə 44 nömrəli tam orta məktəbdə “Biz sağlam həyat tərzi seçirik”  mövzusunda şagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.

  İlk öncə şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirilmişdir.

 Tədbirdə, Nəsimi rayon İcra Hakimiyyətinin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, polis şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi, Nəsimi Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər aidiyyət qurumların əməkdaşları iştirak edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərləri, narkotik maddələrin təsirindən psixi və fiziki asıllılığın yaranması, davranışlarda baş verən dəyişikliklər barədə ətraflı məlumat verilmişlər. Məktəbin müəllim və  şagirdlərini maraqlandıran suallar bərədə fikir mübadiləsi və diskussiya aparılmışdır.

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_10_23_12_27_08_cc6e.jpg
  1. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  2. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  3. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  4. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  5. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  6. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  7. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  8. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

  9. Nəsimi rayon 44 nömrəli məktəbdə maarifləndirici tədbir..

Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonu 286 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirimişdir.

 Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazilriyi Baş Narkotiklə Mübarizə İdarəsinin nümayəndələri və Bakı şəhər Narkolojı Mərkəzinin həkim narkoloqu iştirak etmişlər. Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə ətrfalı məlumat verilib. O cümlədən, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər şagirdlərə təqdim edilmişdir.

 

/img/gallery/100x100/2023_10_20_10_41_08_80c9.jpg
  1. Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub...

  2. Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub...

  3. Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub...

  4. Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub...

  5. Yasamal rayonunda maarifləndirici tədbir təşkil olunub...

Narkotik vasitələrin fəsadları barədə maarifləndirici videoçarxlar televiziya kanallarında yayımlanır

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış“Narkotik beyində silinməz izlər buraxır” ”Narkotik sərhədiz fəlakətdir” adlı və s. maarifləndirici video çarxlar o cümlədən “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik cari ilin iyul-sentyabr ayları ərzində ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında 8701 dəfə yayımlanmışdır.

 Ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində narkotik vasitələrin fəsadları barədə maarifləndirici videoçarxlar televiziya kanallarında 20239 dəfə nümayiş olunmuşdur.

 Əlavə olaraq məlumat üçün bildirilir ki, “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanan video çarxlardan və metropolitenin stansiyalarının platforma, keçid, vestibüllərində quraşdırılmış lövhələrdən əldə edilmişdir.

/img/gallery/100x100/2023_10_19_15_23_16_21be.png
  1. Narkotik vasitələrin fəsadları barədə maarifləndirici v..

  2. Narkotik vasitələrin fəsadları barədə maarifləndirici v..

  3. Narkotik vasitələrin fəsadları barədə maarifləndirici v..

Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşkil edilib

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dəstəyi ilə gənclər təşkilatlarının nümayəndələri üçün infotur təşkil edilmişdir.

 Tədbirlər Planına əsasən Məhkəmə Ekspertizası Mərkəzinə təşkil olunmuş infotur çərçivəsində məhkəmə ekspertizasının sistemi və ekspertiza fəaliyyətinin hüquqi və təşkilati məsələləri, məhkəmə və hüquq mühafizə orqanlarının qərarlarına əsasən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlara dair təyin edilmiş ekspertizalar ilə bağlı görülən işlər və s. barədə ictimai fəal gənclərə geniş məlumatlar verilib və onları müvafiq proses ilə tanış ediblər.

/img/gallery/100x100/2023_10_19_09_50_09_a36b.JPG
  1. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

  2. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

  3. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

  4. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

  5. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

  6. Gənclərin Məhkəmə Ekspertizası Mərkəzinə infoturu təşki..

Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təşkil edilmişdir

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Səhiyyə Nazirliyinin dəstəyi ilə cari ilin 18 oktyabr tarixində gənclər təşkilatlarının nümayəndələri üçün Respublika Narkoloji Mərkəzinə infotur təşkil edilmişdir.

 Tədbirlər Planı çərçivəsində təşkil olunmuş infoturun məqsədi psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası prosesi barədə ictimai fəal gənclərin məlumatlılıq səviyyəsinin artırmaqdan ibarət olub.

 Respublika Narkoloji Mərkəzinin baş direktor müavini narkoloji mərkəzin fəaliyyəti, stasionar müalicə, intensiv terapiya, ambulator reabilitasiya, opioidlərlə əvəzedici müalicə proqramı, eyni zamanda regionlarda fəaliyyət göstərən narkoloji müəssisələr ilə bağlı görülən işlər və s. barədə tur iştirakçılarına geniş məlumat verib və onları müalicə prosesi ilə tanış ediblər.

 

 

 

/img/gallery/100x100/2023_10_18_16_39_14_b0eb.JPG
  1. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  2. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  3. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  4. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  5. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  6. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  7. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  8. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

  9. Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təş..

Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri təşkil olunub

  Azərbaycan Respublikası Gənclər Fondu və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində azad olunma müddətinin bitməyinə az zaman qalan məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil olunub

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Səhiyyə Nazirliyi Bakı şəhər Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə ətraflı məlumat verilib.

  Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2023_10_18_09_39_19_df0b.jpg
  1. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndir..

  2. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndir..

  3. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndir..

  4. Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndir..