Qalereya

Nərimanov rayonunda “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” mövzusunda görüş keçirilib.

    27 dekabr 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” mövzusunda görüş təşkil edilmişdir.

   Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavinin, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə rayon komissiyasının, həmçinin rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası üzvlərinin iştirakı ilə təşkil olunan görüşdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılmışdır.

/img/gallery/100x100/2023_12_27_16_36_11_6e7d.jpg
  1. Nərimanov rayonunda “Narkomanlığa qarşı mübarizədə şəhə..

  2. Nərimanov rayonunda “Narkomanlığa qarşı mübarizədə şəhə..

Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir.

  22 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Xocasən qəsəbəsində yerləşən 103 nömrəli tam orta məktəbdə "Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirimişdir.

  Tədbirdə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, orta məktəbin direktoru iştirak edərək, yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_12_27_10_36_18_0b40.jpg
  1. Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir...

  2. Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir...

  3. Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir...

  4. Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir...

  5. Binəqədi rayonunda marifləndirmə tədbiri keçirilmişdir...

Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

   Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.26-cı yarımbəndinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə valideynlər ilə görüş keçirilib.

  Görüş çərçivəsində valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rolu və psixoaktiv maddələrin fəsadları barədə məlumatlılığın artırılması məqsədilə iştirakçılara, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.

  Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2023_12_20_10_09_31_9741.jpg
  1. Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsi..

  2. Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsi..

  3. Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsi..

  4. Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsi..

Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşları üçün təlim-seminar keçirilmişdir

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyət göstərən İşçi Qrupunun birgə təşkil etdiyi "Narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim" keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bəşəriyyətin ən böyük  bəlasına qarşı mübarizədə media sahəsinin üzərinə də mühüm məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin önəmindən danışmışdır. O bildirmişdir ki, bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə medianın əlaqəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev işçi qrupun fəaliyyətindən və media ilə sıx təmaslardan, mediada bu mövzuların işıqlandırılmasının həssas məsələlərindən söz açmış, belə maarifləndirmə tədbirlərinin müntəzəm təşkil olunduğunu və əhəmiyyətini vurğulamışdır.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, İşçi qrupun nümayəndəsi Şahin İsmayılov təlim mövzuları ilə çıxış etmişlər. Onlar narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin  zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışmışlar. Media nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin Sərənacamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın əsas məqsədləri haqqında ətraflı məlumat verilmiş, ölkəmizdə "ağ ölüm"ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti  barədə də söhbət açılmışdır.

Təlim media nümayəndələrini maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir.

/img/gallery/100x100/2023_12_15_09_30_01_7503.jpg
  1. Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşl..

  2. Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşl..

  3. Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşl..

  4. Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşl..

  5. Audiovizual Şurada televiziya redaksiyalarının əməkdaşl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumat

  Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanmışdır. Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı  narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş       6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 649,814 qr-nı heroin, 3 ton 961 kq 758, 574 qr-nı marixuana,265 kq 153,968 qr-nı tiryək, 53 kq 459,642 qr-nı həşiş,750,831 qr-nı kokain,407 kq 951,329 qr-nı psixotrop maddələr, 143 kq 307,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövr ərzində 50901 ədəd həb metadon,95 ədəd həb psixotropmaddə, 16630 ədəd çətənə bitkisi, eləcə də3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı  ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kq 290,98 qr olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

  2023-cü ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş  6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri269 milyon 290 min  AZN kimi qiymətləndirilir.

  Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilmiş, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 89  xarici ölkə vətəndaşından ümumilikdə 695 kq 092,048 qr və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 029 kq 595,76 qr və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kq 517 qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.

  Aşkar edilmiş cinayətlərin 306-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 132 kq 892,71 qr və 1270 ədəd metadon narkotik vasitə, 32 kq 213,1 qr və 95 ədəd həb psixotrop maddə və 189,9 qr güclü təsir edən maddə müsadirə edilmişdir.       

  3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 469 kq 604,46 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  Təhlil göstərir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı523, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 209, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 149, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 65, qrup halında olan cinayətlərin sayı isə 57 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 168nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 466 kq 653,751 qr artmışdır.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  81668 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.

  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxmuşdur. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən carı ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilmişdir.

  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1125 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 202-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 384-ü narkotik asılılıqdan müalicə, 539-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 586 məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2023_12_14_11_42_51_f804.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil edilib

  Cari ilin dekabr ayının 13-də “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşəbbüsu ilə  Bakı şəhəri üzrə 189-190 nömrəli tam orta məktəbdə“Həyatına dəyir ver” şüarı altında maarifləndirici tədbir keçirilmişdir. 

 Tədbirdə, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri, Səbail rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və  Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin və  Ombudsman Aparatının nümayəndələri iştirak edərək, yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

 

/img/gallery/100x100/2023_12_14_09_36_29_f50c.jpg
  1. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  2. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  3. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  4. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  5. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  6. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  7. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  8. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  9. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

  10. Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil ..

Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil olunub.

 Cari ilin dekabr ayının 06-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Məktəb-Lisey Kompleksində Nərimanov və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinə narkomanlıq probleminə dair təlim-məşğələ keçirilmişdir.

 Təlim-məşğələdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixoloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat vermişlər. Həmçinin, mövzu ətrafında ifikir mübadiləsi aparılmışdır.

 Sonda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2023_12_08_14_10_21_2118.jpg
  1. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  2. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  3. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  4. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  5. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  6. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  7. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  8. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  9. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  10. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  11. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

  12. Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil o..

Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

 “Azərbaycan Könüllülük Həftəsi 2023” layihəsi çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsinin təqdimatında Azərbaycan Könüllüləri ilə görüş keçirilib.

 Görüş çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2023_12_08_12_32_38_b085.JPG
  1. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

  2. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

  3. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

  4. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

  5. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

  6. Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsir..

Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda tədbir təşkil olunub

 “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Astara Pedaqojı Kollecində "Narkomaniya bəşəriyyətin bəlasıdır" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Astara rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndələri,  tədrisin təşkili üzrə prorektor və müəllim heyyəti iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

 

/img/gallery/100x100/2023_12_07_15_31_57_c0f5.jpg
  1. Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" m..

  2. Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" m..

  3. Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" m..

  4. Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" m..

  5. Astara rayonunda "Narkomaniya bəşəriyyətin bəlasıdır" m..

Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir.

   Cari ilin dekabr ayının 05-də Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın təşəbbüsü ilə   Sumqayıt şəhəri, Yeni Azərbaycan Partiyasının inzibati binasında “Həyatın əsas dəyəri həyatdır” adlı maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın dikektoru və müəllim heyəti, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının şöbə müdirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və Sumqayıt şəhəri üzrə adiyyət qurumların nümayəndələri iştirak edərək, yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_12_06_16_12_47_3bd7.JPG
  1. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  2. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  3. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  4. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  5. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  6. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  7. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  8. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  9. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  10. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  11. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  12. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  13. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  14. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  15. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  16. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  17. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

  18. Sumqayıt şəhərində maarifləndirmə tədbiri keçirilmişdir..

Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı mübarizə sahəsində 166 maarifləndirmə tədbiri təşkil edilmişdir

   Bu ilin noyabr ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə əməkdaşlıq çərçivəsində 32 (ümumilikdə hesabat dövründə 166) maarifləndirmətədbiri təşkil edilmişdir:

  •   Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə 2023-cü ilə dair imzalanmış       birgə  Tədbirlər Planına uyğun olaraq  Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir təşkil edilmiş;
  •   “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Zaqatala rayonlarının mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilmiş;
  • Azərbaycan Respublikası Gənclər Fondu ilə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində,Bakı Avrasiya Universitetində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Bakı İdarəetmə və Texnoloji Kollecində, Bakı Turizm Peşə Məktəbində, Bakı İdarəetmə və Texnoloji Kollecində, Bakı Neft-Energetika Kollecində maarifləndirmə xarakterli tədbirlər təşkil edilmiş;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Xətai rayonu 59 nömrəli tam orta məktəbdə “Biz sağlam həyat tərzini seçirik”  mövzusunda şagirdlərlə görüş keçirilmiş;
  •  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 10 və 11 saylı cəzaçəkmə müəssisələrində məhkumlar arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil olunmuş;
  •  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhəri üzrə Yasamal, Binəqədi, respublika üzrə Abşeron, Şirvan, Lənkəran, Şamaxı, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala, Saatlı, Sabirabad, Masallı, Astara şəhər və rayonlarında müvafiq maarifləndirici görüşlər və təlimlər keçirilmişdir.

   Eyni zamanda tədbirlərin gedişatı Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), Dövlət Komissiyasının rəsmi səhifəsində (nmdk.gov.az), digər aparıcı elektron informasiya vasitələrində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.

   Beləliklə, carı ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş,39 təlim,3 mədəni-kütləvi tədbir,2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilmişdir.

 

/img/gallery/100x100/2023_12_06_10_21_49_5129.png
  1. Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı müba..

  2. Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı müba..

  3. Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı müba..

  4. Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı müba..

Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşkil olunub.

 “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Cəlilabad rayonunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi və müəllim heyəti iştirak edərək gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

 

/img/gallery/100x100/2023_12_05_16_08_27_2fd5.jpg
  1. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  2. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  3. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  4. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  5. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  6. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..

  7. Növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda təşk..