Rayon haqqında

Xocalı rayonu Azərbaycan Respublikasında  inzabati rayon. 1991-ci ildə Yuxarı Qarabağda Əsgəran rayonu bazasında yaradılmışdır.

1991-1992-ci illərdə erməni silahlı qövvələri tərəfindən işğal edilmişdir.

Sahəsi 0,97 min km2. Əhalisi: 25921 nəfər (1989). Hazırda Azərbaycanlılar: 14300 nəfərdir.

Rayonda 1 şəhər , 2 qəsəbə, 47 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km simal-sərqində, Qarabağ silsiləsində yerləşir.

Rayonun iri yaşayış məntəqələri: Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli kəndləri  (azərbaycanlı yaşayış məntəqələri), Əsgəran, Ballıca, Təzəbina (əvvəlki adı Noraguğ), Daşbulaq (erməni yaşayış məntəqələri).

Təbiəti : Rayonun ərazisinin səthi əsasən dağlıqdır.

Ən yüksəkliyi: Qızqala (2843m) , Qırxqız (2827m).

Faydalı qazıntıları: Gil, qum, çınqıl,gillicə, mərmər daşları və s.

İqlimi : mülayim- isti (dağlıq ərazilər istisna olmaqla).

Aldığımız və apardığımız araşdırmalara görə rayonun ərazisi nəzarətdən kənar qaldığı üçün erməni quldurları ərazilərimizdə narkotik xassəli bitkilər yetişdirirlər.

Rayonun ərazisi müvəqqəti işğal zonasında qaldığı üçün onun ərazisini əfsuslar olsun ki, əks etdirən foto şəkillər yoxdur.




Baxılıb: 587