Rayon haqqında

İmişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür. 1944-cü ildə İmişli kəndinə şəhər tipli qəsəbə, 1960-cı ildə isə şəhər stаtusu vеrilmişdir.

İmişli sözünün tarixi haqqında dəqiq məlumat olmasa da, onun adının qədimdə həmin ərazidə yaşamış “İmaşlı” tayfasının adından götürülərək sonradan İmişli kimi formalaşması versiyası vardır. Rayon mərkəzi olduqdan sonra İmişli böyümüş və 1983-cü ildə rayon tabeli şəhər statusu almışdır.

Rаyоnun ərаzisi 1890 kv.km, əhаlisi 117,2 min nəfərdir. Rаyоndа 1 şəhər, 1 qəsəbə, 47 kənd vаrdır.

Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə, qərbdən İran dövləti ilə həmsərhəddir. Relyefi düzənlikdən ibarət olmaqla ərazinin səthi şimalı-şərqə və şərqə doğru meyillidir. Ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvar ayında 1,60C, iyul ayında isə 26,10C-dir. İllik yağıntının miqdarı 300 mm-dir. Rayonun Şimal sərhəddi boyunca Kür çayı, mərkəzi hissəsindən Araz çayı axır. Rayonda boz-çəmən, qismən boz və çəmən boz torpaqları yayılmışdır, bitki örtüyü yarımsəhra tiplidir. Ərazidə neft-qaz və qum-çınqıl kimi təbii faydalı qazıntılar vardır. Yayı quraq keçən, mülayim isti yarımsəhra və quru çöl iqlimi vardır. Bakı şəhərindən 220 km məsafədə yerləşir.




Baxılıb: 1904