Şəhər haqqında

Bakı şəhərinin ən iri sənaye rayonlarından biri olan Sabunçu rayonunun ərazisi 244,3 kv.km-dir, əhalisi 01.01.2013- ci  il tarixə rəsmi qeydiyyatda 231271 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi neftçıxarma sənayesində, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsində, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Sabunçu rayonu 10 inzibati qəsəbədən (Bakıkaxov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh) ibarətdir.

Sabunçu rayonu Abşeron yarımadasının cənub-qərbində dəniz səviyyəsindən 50 m-lik hündürlükdə yerləşir. Bakının Nizami, Nərimanov, Suraxanı, Xəzər rayonu və Abşeron rayonu ilə həmsərhəddir. Bu rayonun iqlim qurşağı subtropik iqlim qurşağıdır, iqlim tipinə görə yarımsəhra quru çöl iqliminə aiddir. Torpağı qumlu-duzlu torpaqdır.

Sabunçu rayonunun adı əvvələr Balaxanı-Sabunçu-Ramana rayonu adlanırdı. 1924-cü ildə rayonun inzibati ünvanı dəyişdirildi və o “Lenin” rayonu adlandırıldı. Azərbaycanımız öz müstəqilliyinə qovuşandan sonra 27 dekabr 1991-ci ildən etibarən rayonun adı Sabunçu rayonu adlandırıldı.




Baxılıb: 633