Şəhər haqqında

Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə Kirovabad şəhərinin Gəncə rayonu yaradılmışdır. 1989-cu ildə Gəncənin tarixi adı bərpa olunduqdan sonra “Gəncə” rayonu “Nizami” rayonu adlandırılmışdır.

Əhalisi 148,798 nəfər, ərazisi 3925,6 ha-dır. Rayon ərazisində bir bələdiyyə orqanı fəaliyyət göstərir.

Coğrafi mövqeyi: Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir.

İqtisadiyyatı: Rayon ərazisində 41 sənaye müəssisəsi fəaliyyət göstərir. Onlardan 9-u iri, 32-si kiçik, 8-i dövlət, 33-ü isə qeyri dövlət müəssisələridir. İri müəssisələrdən 7-si dövlət, 2-si qeyri dövlət müəssisəsidir. Kiçik müəssisələrdən 1-i dövlət, 33-ü qeyri dövlət müəssisəsidir.

Rayon ərazisində fəaliyyət göstərən nəqliyyat və rabitə müəssisələrinin sayı 14-dür. Onlardan 6-sı iri, 8-i kiçik, 2-si dövlət, 12-si isə qeyri dövlət müəssisəsidir.

Rayon üzrə qeydiyyatda olan tikinti müəssisələrinin sayı 22-dir, onlardan fəaliyyət göstərəni 8-dir, 8-i isə kiçik müəssisədir.

Rayon üzrə fəaliyyət göstərən ticarət müəssisələrinin sayı 39-dur. Onlardan 8-i iri, 31-i kiçik, 2-si dövlət, 37-si isə qeyri dövlət müəssisəsidir.

Təhsil: Rayon ərazisində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı, 4 kollec, 2 texniki peşə məktəbi, 1 texniki peşə liseyi, 18 orta məktəb, 1 yardımçı məktəb, 3 internat məktəbi, 4 mədəni maarif təhsil müəssisəsi fəaliyyət göstərir.




Baxılıb: 611