Qalereya

Azərbaycan Dillər Universitetində maarifləndirici tədbir keçirilib.

    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və  Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniyaya qarşı: Sağlam seçim, sağlam gələcək” mövzusunda maarifləndirici tədbir keçirilib.

   Tədbirdə, Universitetinin rektorunun müşaviri, İngilis-Fransız dilləri fakultəsinin dekanı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,  Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA), Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

   Tədbirin məqsədi tələbələrin narkotiklərin zərərləri və risk faktorları haqqında məlumatlılığını artırmaq, onların öz sağlamlığına və gələcəyinə məsuliyyətli münasibətini formalaşdırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək olub.

   Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri narkomaniyanın insan sağlamlığına törətdiyi mənfi fəsadları, psixoloji duruma və sosial mühitə göstərdiyi təsirlərindən geniş bəhs ediblər.

   Eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə qanunvericiliyin tələblərinin izah edilməsi, sosial və hüquqi fəsadlar, habelə qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə, o cümlədən bu cür vasitələrdən istifadə həm vətəndaş, həm də idmançı statusunda müvafiq hüquqi məsuliyyətə  səbəb olduğuna dair ətraflı məlumat verilib.  Həmçinin hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri, mövcud qanunvericilik mexanizmləri, rəqəmsal mühitdə narkotik riskləri, habelə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, profilaktik tədbirlərin əhəmiyyəti, gənclərin sağlam həyat tərzinə təşviqi və onların asudə vaxtının səmərəli təşkili məsələlərinə  toxunulub.

   Diskussiya şəkilində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

   Sonda Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının tələbələr paylanılması təmin olunub.

/img/gallery/100x100/2026_10_02_15_25_26_4845.png
  1. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  2. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  3. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  4. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  5. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  6. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  7. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  8. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

  9. Azərbaycan Dillər Universitetində maarifləndirici tədbi..

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aidiyyəti olan qeyri-hökumət təşkilatları üçün məlumatlandırıcı görüş keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri ilə görüş təşkil olunub. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə təşkil olunub.

Görüşdə Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri tərəfindən iştirakçılara narkotik vasitələr və psixotrop maddələr üzrə təyin edilən ekspertizaların aparılma qaydaları, bu sahəni tənzimləyən normativ tələblər və ekspertiza proseslərinin mahiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Həmçinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2026_10_01_15_53_10_5fa9.png
  1. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  2. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  3. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  4. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  5. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

  7. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ai..

Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə QHT-lərlə məlumatlandırıcı görüş təşkil edilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.13-cü yarımbəndinə uyğun olaraq Respublika Narkoloji Mərkəzində aidiyyəti olan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Respublika Narkolojı Mərkəzində həyata keçirilib.

Görüş zamanı Respublika Narkoloji Mərkəzinin nümayəndələri tərəfindən iştirakçılara narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri barədə geniş məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, tədbir çərçivəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

 

/img/gallery/100x100/2026_10_01_15_02_12_b06f.png
  1. Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə QHT-lərlə m..

  2. Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə QHT-lərlə m..

  3. Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə QHT-lərlə m..

  4. Dövlət Proqramı çərçivəsində aidiyyəti üzrə QHT-lərlə m..

Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Salyan Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində növbəti maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalareləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

/img/gallery/100x100/2026_10_01_11_12_14_d4ec.png
  1. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  2. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  3. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  4. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  5. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  6. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  7. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyində təşkil edildi.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı yarımbəndinə əsasən, ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili  məqsədilə Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyindətədbir təşkil edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri,məktəb direktoru, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim edilib. "Rəqəmsal mühitdə gizli narkotik risklər", “Yeniyetmələr və gənclər üçün”, "Məlumatlı ol, cinayət törətmə","Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.

/img/gallery/100x100/2026_09_25_09_56_26_e7d1.png
  1. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

  2. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

  3. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

  4. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

  5. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

  6. Kompleks tədbirlərin davamı olaraq növbəti tədbir Salya..

Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbirləri davam etdirilir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı yarımbəndinə əsasən, ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili  məqsədilə  Salyan şəhər 6 nömrəli tam orta məktəbdə tədbir təşkil edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri,məktəb direktoru, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim edilib. "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.

 

/img/gallery/100x100/2026_09_24_09_53_28_91d0.png
  1. Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..

  2. Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..

  3. Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..

  4. Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..

  5. Salyan rayonunda narkomanlığa qarşı maarifləndirmə tədb..

Salyan rayonunda növbəti maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə  Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü Liseyində tədbir təşkil edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Liseyin direktoru, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə təqdim edilib. “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

 

/img/gallery/100x100/2026_09_23_14_53_23_9d28.png
  1. Salyan rayonunda növbəti maarifləndirici tədbir keçiril..

  2. Salyan rayonunda növbəti maarifləndirici tədbir keçiril..

  3. Salyan rayonunda növbəti maarifləndirici tədbir keçiril..

Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatını gücləndirmək məqsədilə Salyan Peşə Liseyində tədbir təşkil edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və tələbələr iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim edilib. "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.

/img/gallery/100x100/2026_09_23_10_15_02_c0ad.png
  1. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

  2. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

  3. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

  4. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

  5. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

  6. Salyan Peşə Liseyində maarifləndirici tədbir keçirilib...

Salyan rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Salyan rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 12 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_09_22_12_13_15_1cd7.jpg
  1. Salyan rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..

Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Salyan rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində növbəti maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalareləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, hüquqi məlumatlandırma, inzibati məsuliyyət, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

/img/gallery/100x100/2026_09_22_12_10_29_0c4c.png
  1. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  2. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  3. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  4. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  5. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  6. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

  7. Salyan rayonunda narkomanlığa qarşı növbəti maarifləndi..

Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maarifləndirici tədbir keçirilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.11-ci bəndinin icrası istiqamətində narkomanlığın xüsusilə geniş yayıldığı rayon və şəhərlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə Salyan rayonunda  maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri, Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Salyan Rayon Təhsil Sektorunun əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müəllimlər, psixoloqlar, sinif rəhbərləri və valideynlər iştirak etmişlər.

Çıxışlar zamanı narkotik vasitələrdən istifadənin doğurduğu tibbi, sosial və hüquqi fəsadlar, narkomanlığın insan sağlamlığına, ailə institutuna və cəmiyyətin mənəvi dəyərlərinə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mövcud qanunvericilik mexanizmləri, profilaktik tədbirlərin əhəmiyyəti və gənclərin sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb. Tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı bukletlər iştirakçılara paylanılıb

/img/gallery/100x100/2026_09_21_16_50_44_091b.png
  1. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  2. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  3. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  4. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  5. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  6. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  7. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

  8. Salyan rayonunda narkomanlıqla mübarizəyə dair maariflə..

4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında maarifləndirmə tədbiri təşkil edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin, və Bakı şəhər Narkolojı Məkrəzinin nümayəndələri iştirak etmişdir.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş müzakirələr aparılmış, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” eləcə də “Metodik tövsiyələr” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

 

/img/gallery/100x100/2026_09_21_14_14_17_c54d.png
  1. 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasınd..

  2. 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasınd..

  3. 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasınd..