Qalereya

Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 08 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində, 4 ha sahədən yabanı halda bitmiş ümumi çəkisi 3 ton 950 kq olan, 7225 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl halda yandırılma üsulu ilə məhv edilib. 

/img/gallery/100x100/2021_07_06_11_31_52_8cc0.jpg
  1. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  2. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  3. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

  4. Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..

Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən " Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 29 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhər ərazisində yerləşən Xan arxının alt hissəsində dövlət mülkiyyətinə aid 1,2 ha sahədən ümumi çəkisi 3845 kq olan 1460 ədəd yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2021_07_06_10_37_55_197c.jpg
  1. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

  2. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

  3. Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..

Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib

    05 iyul 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.

   “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev  narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.

   Məruzələr ətrafında aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

/img/gallery/100x100/2021_07_05_15_31_55_8763.png
  1. Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqınd..

  2. Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqınd..

Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizəyə dair onlayn tədbir keçirilib

    26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə “Narkomaniya, onun psixoloji səbəbləri və təhsil müəssisələrində görülməli işlər” mövzusunda universitet tələbələrinin iştirakı ilə maarifləndirici onlayn tədbir keçirilmişdir.

/img/gallery/100x100/2021_07_02_14_41_34_35b5.jpg
  1. Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizə..

  2. Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizə..

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 26-dan etibarən “Azercell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 4 milyon 450 min aktiv abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2021_07_01_15_38_14_d8c9.jpg
  1. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS..

Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 24 iyun tarixindən etibarən paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

    Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

     Qeyd olunan videoçarxların yayımlanması 1 ay müddətində davam edəcəkdir.

/img/gallery/100x100/2021_06_29_16_54_27_d785.jpg
  1. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  2. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  3. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  4. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  5. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  6. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  7. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  8. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  9. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  10. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şou-debat keçirilib.

  Nəsimi Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Nəsimi rayon Gənclər və İdman İdarəsinin və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şou-debat keçirilib.

  Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri, debatçılar və gənclər iştirak edib.

  Mövzusu "Gənclərin narkomaniyaya yönəlməsində ailə faktoru əsas rol oynayır" olan şou-debatda təsdiq mövqedən Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin debatçılarından təşkil olunmuş "Debateprime" komandası ilə inkar mövqedən çıxış edən Azərbaycan Universiteti və Azərbaycan Dillər Universitetinin "Həyat var" komandası qarşılaşıb.

/img/gallery/100x100/
  1. Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsu..

  2. Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsu..

  3. Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsu..

  4. Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsu..

Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində konfrans keçirilib.

    “26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasınınİşçi Qrupu və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25.06.2021-ci il tarixdə Sumqayıt şəhərində fəaliyyət göstərən “Heydər Əliyev Mərkəzində” “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində aparılan  işlərin təhlili” mövzusunda tədbir keçirilmişdir.

        Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Teymur Səmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Milli Qeyri Hökümət Təşkilatının Prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov,Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Laiqə Hidayətova, Sumqayıt çəhər Polis İdarəsinin rəis müavini Rauf Babaşov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Əlizadə,  Sumqayıt şəhər “Cümə” məscidinin imamı Rauf Sərdarov, Sumqayıt Narkoloji Dispanserinin həkimi Vüsal Cabbarov mövzu ətrafında çıxış edərək, narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin təşkilində dövlətin rolu, bu sahəni tənzimləyən qanunvericilik bazası, Dövlət Proqramları, İşçi Qrupu və aidiyyəti qurumlar tərəfindən görülən işlər və əldə olunan nəticə barədə fikir mübadiləsi aparılmışdır.

      Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi.

 Tədir yerli televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.

 

/img/gallery/100x100/2021_06_29_11_36_51_5a2b.jpg
  1. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  2. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  3. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  4. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  5. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  6. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  7. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

  8. Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..

Narkotiklərin ziyanı ilə bağlı “Bakcell” abunəçilərinə SMS-bildiriş göndərilib

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 25-dən etibarən “Bakcell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

     SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 2 milyon abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2021_06_29_10_41_00_fc45.jpg
  1. Narkotiklərin ziyanı ilə bağlı “Bakcell” abunəçilərinə ..

Qəbələ rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

    25 iyun 2021-ci il tarixində Qəbələ rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa birlikdə yox deyək” mövzusunda onlayn tədbir keçirilmişdir.   

   “26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədartəşkil edilən video konfransda Dövlət Komissiyasının İşçi Qrupunun, rayon İcra hakimiyyətinin, polis şöbəsinin, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

   Tədbirdə çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirmişdilər.

    Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.

/img/gallery/100x100/2021_06_29_09_52_04_0189.jpg
  1. Qəbələ rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-..

  2. Qəbələ rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-..

  3. Qəbələ rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-..

Abşeron rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində konfrans keçirilib.

    26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə 24 iyun 2021-il tarixində maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,Təhsil şöbəsinin müdir müavini, məktəb direktorları, onların təlim-tərbiyyə üzrə müavinləri və psixoloqlar çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışılmış, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

/img/gallery/100x100/2021_06_29_09_46_24_201e.jpg
  1. Abşeron rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui..

  2. Abşeron rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui..

Narkotiklərin ziyanı ilə bağlı 1,3 milyon "Azərfon" abunəçisinə SMS-bildiriş göndərilib

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin birgə əməkdaşlığı ilə iyunun 25-dən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş və əlaqə vasitələri göndərilib.

     Həmin məlumatın (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) yer aldığı SMS-lər mərhələli qaydada təqribən 1,3 milyon abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2021_06_25_16_42_12_697e.jpg
  1. Narkotiklərin ziyanı ilə bağlı 1,3 milyon "Azərfon" ab..