Qalereya

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Suraxanı rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 61 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2024_05_27_12_07_24_d062.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Yasamal rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 48 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2024_05_27_12_05_22_1ecd.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nizami, Nəsimi rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 186 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2024_05_27_11_56_17_8ce2.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə3796 cinayət faktı aşkarlanmışdır.Onlardan 1069-u narkotik vasitələrin qanunsuz satışı,2701-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 25-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 272,118 qr-nı heroin, 1 ton 725 kq 753,709 qr-nı marixuana, 60 kq 267,327 qr-nı tiryək,26 kq 557,101    qr-nı həşiş, 105 kq 521,551 qr-nı psixotrop maddələr, 8 kq 368,52 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövrərzində 9190 ədəd metadon həbi,       138 ədəd çətənə kolu və236,1 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış2 ton   262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 64 milyon 844.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2150 nəfər cəlb edilmişdir. Həmin şəxslərdən 2090-ı kişi, 60-ı qadın olmuşdur.Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 587,468 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 74 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 777 kq 612,157 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 84-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 579 kq 340,76 qr narkotik vasitə və psixotrop maddə  və 4,6 qr güclü təsir edən maddə müsadirə edilmişdir.717 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan401 kq 714,9 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 196, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 849 kq 469,288 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 407 nəfər azalmışdır.    

Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 105 fakt, qrup halında olan cinayətlərin sayı isə 4 fakt artmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27180 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 835 nəfərdən 562 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay ərzində İİV-ə 536 nəfər yoluxmuşdur. Onlardan     526 nəfəri Azərbaycan vətəndaşı, 10 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 33 nəfəri  (6,3%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

“802” qaynar xətt  telefon zəng xidmətinə 148 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 53-ü narkotik asılılıqdan müalicə, 48-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 100 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/2024_05_25_11_00_43_9f4b.jpg
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Cari ilin may ayının 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib.

İclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzkirə edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov iclası giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilmiş, antinarkotik təbliğin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, bu sahədə qanunvericilyin təkmilləşdirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı Əli Əhmədov ölkə ərazisində  narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  aşkar edilmiş cinayət  faktları və həmin faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr barədə şəhər və rayonlar üzrə məlumatları müqayisəli təhlil edərək iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Belə ki, hüquq mühafizə orqanları tərəfindən 2024-ci ilin yanvar-aprel ayları ərzində 3796 fakt üzrə 2 ton 262 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotiklərlə bağlı cinayət faktlarında 196, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisində 849 kiloqram, o cümlədən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayında 407 nəfərin, həmçinin narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azalmasını bildirmişdir.

Dövlət Komissiyanın iclasında Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Salyan Rayonu İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədriRəşad Cəbrayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının sədri Orxan İbrahimov təmsil etdikləri qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin və narkotik asılılığı olan şəxslərin sayının azaldılması üçün görülən işlərin vəziyyəti, bu sahədə qarşıda duran vəzifələr barədə çıxış edərək məlumat vermişlər.

İclasda Dövlət Komissiyasının sədri Əli Əhmədov son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi faktlarının, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bəzi şəhər və rayonların statistik təhlildən göründüyü kimi, narkotik vasitələrdən istifadə ilə bağlı göstəricilərin artmasından narahatlıq ifadə edib. Bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, antinarkotik təbliğatın və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən kompleks şəkildə təşkil edilməklə daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Yekunda qarşıda duran vəzifələrin icrası,narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində, o cümlədən gömrük-sərhəd buraxılış məntəqələrində və sərhədyanı ərazilərdə fəaliyyətin gücləndirilməsi və tranzit yükdaşımalarına nəzarətin artırılması, reabiltasiya mərkəzinin yaradılması, narkoloji tibbi müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, narkoloji xidmətin kefiyyətinin və kadr potensialının yaxşılaşdırılması, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə barədə aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilmişdir.

/img/gallery/100x100/2024_05_23_18_03_07_a322.JPG
  1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

  2. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edildi

2024-cü il may ayının 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.

Tədbirdə cari ilin yanvar-martayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etmişdir ki,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya imkanlarından istifadə edərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirmiş, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilərək, məhkəmə hökmləri əsasında məhv olunmuşdur. Eyni zamanda ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarının həmçinin, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azalmasını bildirmişdir.

Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilmiş, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasınınmaarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov cari ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, "Xəzər TV MMC"nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov və “Real” Təhlil İnformasiya Mərəzinin direktor müavini Mahir Məmmədov qeyd edilən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.

Cari ildə aidiyyəti dövlət qurumu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 10546 dəfə yayımlanması, media subyektlərində ekspertlərin iştirakı ilə 55 xüsusi verilişin təşkil edilməsi və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilmişdir.

Görüşün yekunu olaraq, narkomanlığa qarşı antinarkotik təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəriciləri əks olunan bölgələrdə jurnalist araşdırmasının aparılması,aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılmasıilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

/img/gallery/100x100/2024_05_15_11_11_20_4921.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və  Şirvan, Sabirabad, Saatlı, İmişli və Ağcəbədi rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 141 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2024_05_06_15_31_04_4d7a.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Ağdaş rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 89 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2024_05_06_14_17_47_2f25.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir.

  Cari ilin 30 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə Nərimanov rayonun 36 saylı tam orta məktəbi ilə birgə “Ağ ölümə yox deyirik” mövzusunda  maarifləndirici tədbir keçirimişdir.

  Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ürzə komissiyanın sədri, 36 saylı tam orta məktəbin direktoru və müəllim heyəti, rayon Ağsaqqallar şurasının üzvləri və polis şöbəsinin əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun nümayəndəsi iştirak etmişdir.

 Yeniyemələrə  narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumat verilmişdir.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 

 

 

/img/gallery/100x100/2024_05_06_12_24_17_9fc6.jpg
  1. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  2. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  3. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  4. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  5. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

  6. Nərimanov rayonda maarifləndirmə tədbiri keçirilmişdir...

"Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə maarifləndirici görüş keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində "Biz narkotikə yox deyirik" mövzusunda Zəngilan rayon 28 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma  xarakterli görüş keçirildi.

Tədbir çərçivəsində məruzəçilər tərəfindən narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış məlumatlandırıcı əyani vəsitlər iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2024_04_29_10_42_56_0125.JPG
  1. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  2. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  3. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  4. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

  5. "Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə m..

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Cari ilin 26 aprel  tarixində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.

/img/gallery/100x100/2024_04_29_09_12_22_0531.jpg
  1. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  2. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  3. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

  4. İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mər..

Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəssisəsində təşkil edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2024_04_26_17_17_32_1725.JPG
  1. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  2. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  3. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  4. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..

  5. Növbəti maarifləndirmə tədbiri 11 saylı cəzaçəkmə müəss..