
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar (iki formada) cari ilin 23 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.06.2021-ci il tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən “Binəqədi Gənclər Evi”ndə aidiyyəti dövlət orqanlarının məsul əməkdaşları tərəfindən “Sağlam həyat naminə narkotikə yox” mövzusunda 25 nəfər aktiv gənclərin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirdən öncə məktəblilərin narkomaniya mövzusunda çəkdikləri rəsmlərə baxış keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova açaraq mövzu ətrafında ətraflı çıxış etdi.
Sonra tədbirdə iştirak edən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, Milli Qeyri Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Namiq Acalov mövzu ətrafında çıxış edərək, narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin təşkilində dövlətin rolu, bu sahəni tənzimləyən qanunvericilik bazası, Dövlət Proqramları, İşçi Qrupu və aidiyyəti qurumlar tərəfindən görülən işlər və əldə olunan nəticə barədə iştirakçıları məlumatlandirdıq və onlar tərəfindən ünvanlanan çox saylı suallar cavablandırdı.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi və tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparıldı
24 iyun 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə 26 iyun “Ümumdünya Narkotiklərlə Mübarizə günü” ilə əlaqədar “Sağlam gələcək naminə -Narkotiklərə yox deyək” adlı onlayn videokonfrans keçirilmişdir.
Konfransda Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi, tələbələr, şagirdlər və gənclər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunmasının, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə videokonfrans şəklində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasnın sədri Zahid Xəlilov, Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla profilaktik iş bölməsinin əməkdaşı polis kapitanı Yeganə Zeynalova, “Məşədi Dadaş Zülfüqaroğlu məscidi” dini icmasının rəhbəri Şahin Həsənov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, məktəbliləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Cari ilin 18 iyun tarixində Nərimanov rayon 200 nömrəli Məktəb-Lisey Komleksuində “Biz sağlam həyat tərzini seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun və Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Mahmudova, Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü Milli Qeyri Hökümət Təşkilatının Prezidenti Rauf Zeyni, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, o cümlədən Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin həkim narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümaişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.
26 may 2021-ci il tarixdə Qubadlı rayon polis şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Davudlu kəndi ərazisində 3031 ədəd, ümumi çəkisi 1 ton 700 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində yerləşən boş torpaq sahəsində 1500 ədəd, ümumi çəkisi 1 ton 800 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Əlibəyli kəndi ərazisində 8250 ədəd, çəkisi 2690 kq və Fıstıqlı kəndi ərazisində 10300 ədəd, çəkisi 1442 kq olmaqla ümumilikdə 4 ton 132 kq və 18550 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yerləşən boş torpaq sahəsində 1200 ədəd, ümumi çəkisi 800 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində "802" qaynar xətt telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə hazırlanmış sosial çarx cari ilin 25 may tarixindən etibarən (10 gün müddətində) “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobususlarında mövcud olan monitorlarda nümayiş olunur.
Cari ilin 24 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda onlayn konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri, 50-dən çox müəllim və tələbə heyəti iştirak edib.
Videokonfransda çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri, erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, ictimai maarifləndirmə tədbirlərinə diqqətin artırılması, narkomanlığa qarşı mübarizədə gənclər və tələbə təşkilatlarının rolu barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Təhsil müəssisələrində anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Yasamal rayonu 53 sayli tam orta məktəbdə "Narkotik asılılıq və onun fəsadları" mövzusunda onlayn platforma üzərindən görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri, narkomanlığa qarşı mübarizədə erkən aşkarlanmanın vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında müzakirələr aparılmış və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
“Binəqədi Gənclər Evi”ndə "Sağlam həyat naminə narkotik..
Şirvan şəhərində “26 iyun - Narkotik vasitəlıərin, sui-..
Nəsimi rayonunda “26 iyun - Narkotik vasitəlıərin, sui-..
“Biz sağlam həyat tərzini seçirik” mövzusunda maariflən..
Qubadlı rayonu ərazisində 1 ton 700 kq yabanı halda bit..
Ağdam rayonu ərazisində 1 ton 200 kq yabanı halda bitmi..
Qax rayonu ərazisində 4 tondan artıq yabanı halda bitmi..
Ağdam rayonu ərazisində 800 kq yabanı halda bitmiş çətə..
Maarifləndirici sosial çarx “BakuBus” avtobuslarında..
“Narkomanlığa qarşı mübarizədə maarifləndirmənin rolu” ..
"Narkotik asılılıq və onun fəsadları" mövzusunda videok..