Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, yeniyetmə və gənclər arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti qeyri-hökümət təşkilatınının iştirakı ilə cari ilin dekabr ayının müvafiq dövrü ərzində Baki şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarında sosial sorğular keçirilmişdir.
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinintəşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 18 dekabr 2017-ci il tarixdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun köməkliyi ilə “Sağlam genefondun qorunması!” adlı layihə çərçivəsində Quba rayonunun 2 və 4 nömrəli tam orta məktəblərində, Birinci Nügədi qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə və Amsar kənd tam orta məktəbində, Xaçmaz rayonunun 2, 4, 6 və 9 nömrəli tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirmişdir.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Quba və Xaçmaz rayon İcra hakimiyyətlərinin, rayon təhsil və səhiyyə şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən fəal iştirakçılar diplomla təltif edilmiş, müəllim və yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazlrlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm və dəftər) paylanmış, iştirakçılarla söhbət və müzakirələr məktəblərin bufetlərində açılan süfrə ətrafında da davam etdirilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 15 dekabr tarixində 12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tədbir çərçivəsində iştirakçılara paylanılmış, bundan əlavə xidməti istifadə üçün maarifləndirici materiallar müəssisə kiabxanasına təqdim edilmişdir.
“Həkimlər və Təbib tələbələr” İctimai birliyini tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ”Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata” doğru layihəsi çərçivəsində Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə 14 dekabr 2017-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə mövzu ətrafında çıxışlar edənlər, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.
Həmçinin tədbir çərçivəsində iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılmışdır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2017-ci il dekabr ayının 11-də 250 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam gələcəyimiz naminə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Bakı Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov, həmin bölmənin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və 250 №-li tam orta məktəbin direktor əvəzi Əfşan Əliyeva çıxış eedib, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.
Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunmuşdur.
İctimai maarifləndirmə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərin davamı olaraq, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video çarx cari ilin dekabr ayının 7-dən etibarən Bakı şəhərinin küçələrində yerləşən 19 elektron reklam tablosunda yayımlanır və adı çəkilən sosial rolikin uzun müddətli nümayişi nəzərdə tutulur.
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Sabunçu Rayon Polis İdarəsinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə 06 dekabr 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Rayon Polis İdarəsinin rəisi, Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
Tədbir kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun göstəriş və tapşırıqlarına müvafiq olaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən incəsənət ustalarının iştirakı ilə sayca beşinci yeni sosial rolik hazırlanmışdır.
Qeyd olunan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişikliklər təsvir olunmuşdur. Yekun olaraq video çarx “Çalış ki, Narkotikə Hədəf Olmayasan” xəbərdaredici şüar ilə tamamlanmışdır.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Gənclər və İdman İdarəsi ilə birgə 2017-ci il dekabr ayının 1-də 214 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Ağ ölümün qara fəsadları!”adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumatlar verib. B. Hüseynov qeyd edib ki, çox təəssüflər olsun ki, narkomanlıq gündən-günə cavanlaşır. Bu zərərli bəlaya düçar olanlar arasında gənclərin sayı artmaqdadır, ən acınaqlısı odur ki, onların arasında qızlar da vardır. Bütün bunlar yerlərdə yeniyetmə-gənclər arasında təbliğati və maarifləndirici tədbirlərin aparılmasının intensivliyinin daha da artırılmasını zəruri edir.
Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev tədbirdə şıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır. Hər bir gənc əsil vətəndaş və cəmiyyətə gərəkli şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir. E.Mirzəyev həmçinin tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, bu gün 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edilmişdir. QİÇS də insan sağlamlığının məhvinə yönələn son illərin ən qorxulu xəstəliklərindən biri sayılır və onunla mübarizə öz aktuallığı ilə seçilir. Azərbaycanda da bu problem, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb. İstər narkomanlığa, istərsə də QİÇS-ə qarşı mübarizədə yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.
Tədbirdə həmçinin Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə və 214 №-li tam orta məktəbin direktor müavini Arzu Alışqızı çıxış ediblər.
Tədbirin sonunda “Ağ ölüm”ün və QİÇS-in ağır fəsadlarında bəhs edən video-slayd göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2017-ci il noyabr ayının 28-də Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında yuxarı sinif şagirdlərinin, orta ixtisas nəktəblərin tələbələrinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri Gülnaz İsrafilova açaraq 2017-ci ildə ötən müddət ərzində keçirilmiş tədbirlər, görülmüş işlər barəsində ətraflı məlumatlar verib. G.İsrafilova xüsusi olaraq vurğulayıb ki, zərərli vərdişlər və onlara aludəçilik insan sağlamlığına çox ağır zərbə vurur. Bu cür neqativ hallara qarşı hamılıqla mübarizə aparılmalı, yeniyetmə-gənclərimizi sağlam mühitdə və sağlam ruhda böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq yerlərdə müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilməli, onların xüsusi olaraq asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalıdır. Zərərli vərdişlərin gənclərə vurduğu yaraların fəsadları çox ağır və sağalmaz olur, nəticədə bütün cəmiyyət əziyyət çəkir, gələcəyimiz üçün təhlükələr yaranır. Yeniyetmə-gənclər üçün sağlam həyat tərzi yeğanə və alternativsiz seçimdir, çünki sağlam həyat tərzi sağlam ruh və sağlam mənəviyyat deməkdir.
Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliyinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, Nizami RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Əliyev “Dini radikalizmin zərərli təsirləri”, Bakı şəhər Narkoloji Dispanserin narkoloq həkimi Ələddin İsmayılov “Narkotiklər haqqında nə bilirik: narkotik, yoxsa həyat”, Rayon Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əmir Bağırlı “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” və YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva “Sağlam gəncliyimizi qoruyaq və qayğı göstərək” mövzularında çıxışlar etmiş, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırmış, onlara dəyərli tövsiyələrini vermişlər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 noyabr 2017-ci il tarixdə İcra Hakimiyyətinin akt zalında aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.
Narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə..
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində maarifləndir..
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..
12 və 13 saylı cəzaçəkmə müəssisələrində tədbir keçiril..
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil ..
Nizami rayonunda narkomaniyaya qarşı mübarizə çərçivəsi..
"Çalış ki, Narkotikə Hədəf Olmayasan!” adlı yeni video ..
Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilmişd..
“Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı yeni sosial ..
Nizami rayonunda “Ağ ölümün qara fəsadları!” mövzusunda..
Nizami rayonunda “Yeniyetmə-gəncləri zərərli vərdişlərd..
Nərimanov rayonunda maarifləndirici tədbir keçirilmişdi..