
2020-ci ilin I rübü ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilmişdir ki, onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 26-sı isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 630 kq 874,4 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kq 009 qramını marixuana (37,4%), 93 kq 253,9 qramını tiryək (14,3%), 233 kq 805 qramını heroin (37%), 16 kq 694 qramını həşiş (3,1%), 51 kq 111 qramını psixotrop maddələr və digərləri(8,1%) təşkil etmişdir.
Cinayət məsuliyyətinə 780 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 2 nəfər, 18-25 yaş 69 nəfər, 26-29 yaş 142 nəfər, 30 yaşdan yuxarı isə 567 nəfər təşkil edir. Məsuliyyətə cəlb olunanlardan 28 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 1-i kənd təsərrüfatı işçisi, 177-si əvəllər cinayət törətmişlər, 3-ü əvvəllər xüsusi qeydiyyatda olan, 530-u işləməyən, 757-si kişilər, 23-ü qadın, 24 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 17-si İran İslam Respublikası, 4-ü Gürcüstan və 3-ü Rusiya Federasiyasının vətəndaşıdır.
Ümumulikdə hüquq muhafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 98-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 189 kq 096,1 qr müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.
Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 104-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 148 kq 769 qr narkotik vasitələr müsadirə edilmişdir.
Ümumulikdə müəyyən edilmiş cinayətlərin 277-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 103 kq 465 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış 630 kq 874 qr narkotik vasitənin 236 kiloqramını və ya 37,4 faizini yüngül təsirə malik narkotik vasitə olan marixuana təşkil etmişdir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən2020-ci ilin 3 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 9353 nəfər keçmişdir. Onlardan 1769 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 964 nəfərdə pozitiv nəticə aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Eyni zamanda cari ilin müvafiq dövrü ərzində 828 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmiş və onlardan 546 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin I rübü ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 13,4%-i, ümumiliklə isə 1992-ci ildən 2020-ci ilin mart ayının 1-dək yoluxma hallarının 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8296 nəfərdən 3314 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2598 nəfəri (78,4%) dispanser qeydiyyatına götürülmüşdür.Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur.2020-ci ilin I rübü ərzində aşkarlanmış 164 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 22 (13,4%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur. Onların 19 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülmüşlər, digərləri isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda penitensiar xidmət müəssisələrində müşahidə olunurlar.
2020-ci ilin 4-5 mart tarixlərində Brussel şəhərində Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, Azadlıq və Təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt-komitənin növbəti 8-ci iclasında Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı iştirak etmişdir.
İclasın ikinci günündə, alt-komitə Azərbaycan və Avropa İttifaqında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi mövzusunda fikir mübadiləsi ilə davam etmişdir. Müzakirələrdə Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə siyasətində aparılan islahatlar, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər qeyd olunmuş, bundan başqa, ötən il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər, aşkarlanmış cinayət faktlarının və müsadirə edilmiş narkotik vasitələrin statistikasına dair məlumat verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış “Tədbirlər Planı”na uyğun olaraq Bakı şəhəri üzrə təhsil müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə cari ilin 21 fevral tarixində 18 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ailə, Qadın və Uşaq Probleri üzrə Dövlət Komitəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotik və psixotrop maddələrin fəsadları, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış, müəllim və şagirdlərin sualları cavablandırılmışdır.
Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadə hallarının qarşısının alınması, penitensiar müəssisələrdə cəza çəkən məhkumlar arasında maarifləndirmə tədbirlərinin və anti-narkotik təbliğat işinin gücləndirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 12 fevral tarixində 17 saylı cəzaçəkmə müəssisəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərindən, eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası ilə əlaqədar cari ilin 12 fevral tarixində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər, bukletlər və xəbərdarlıq vərəqələri iştirakçılar arasında paylanılmışdır.
Azərbaycan Turizm və Menecment Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar sosial menecment fakültəsinin tələbələrinin iştirakı ilə “Narkomaniya-könüllü ölüm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Sosial Menecment fakültəsinin dekanı, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Gənclərin Sağlamlıq Mərkəzinin direktoru, Tələbə Elmi Cəmiyyətinin sədri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda bu istiqamətdə təşkil olunan tədbirlərdə fəallıq göstərən tələbələrə təşəkkürnamə, sertifkatlar və zəruri təbliğat materialları təqdim olundu.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu arasında imzalanmış “Tədbirlər Planı”na müvafiq olaraq cari ilin 20 dekabr tarixində 14 və 5 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomaniya ilə bağlı hazırlanmış yeni maarifləndirmə xarakterli sosial çarxın Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə yayımlanmasına başlanılıb.
Qeyd olunan sosial çarx “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yayımlanır.
Cari ilin 05 dekabr tarixində Xətai rayon 98 saylı tamortaməktəbdə “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və 98 saylı tamortaməktəbin təşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, məktəbin direktoru mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik”adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.
Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Cari ilin 05 dekabr tarixində Xətai rayon 98 saylı tamortaməktəbdə “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun, Xətai Rayon İcra Hakimiyyətinin və 98 saylı tamortaməktəbin təşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, məktəbin direktoru mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyib, sağlam həyatı seçirik”adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.
Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədi iləNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin birgə təşkilatçılığı ilə cari ilin 03 dekabr tarixindəYasamal rayon 2 saylı Tibb Kollecində“Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda tədbir keçirilib.
TədbirdəNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyi idarə heyətinin sədri,Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, 2 saylı Tibb Kollecinin direktoru, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verilmişdir.
Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, narkotiklərin ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib.
Həmçinin tədbirdə iştirakçılarla mövzu ətrafında interaktiv söhbətlər aparılıb, onlara narkomanlıqla mübarizəyə dair çap materialları və maarifləndirici bukletlər paylanmışdır.
Bundan əlavə iştirakçılara narkotiklərin növləri və onların törətdiyi fəsadlar barədə slayd nümayiş olunmuşdur.
Cari ilin 29 noyabr tarixində Nizamirayon 220 saylı tamortaməktəbdə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun və Nizami Rayon İcra Hakimiyyətinintəşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən digər aidiyyəti dövlət qurumlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, maarifləndirmə sahəsində həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tamaşa nümayiş olunmuşdur.
Həmçinin, tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı ictimai maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi iləNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial rolik cari ilin 25 noyabr tarixindən etibarən “MetroPark" Alış Veriş Mərkəzində olan monitorlarda yayımlanmağa başlanılmışdır.
2020-ci ilin I rübü ərzində ölkə üzrə narkotik vasitələ..
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəs..
18 nömrəli tam orta məktəbdə “Narkotiklər Haqqında Həqi..
17 saylı Cəzaçəkmə Müəssisəsində narkomaniyanın zərərlə..
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayı..
Azərbaycan Turizm və Menecment Universitetində “Narkoma..
14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..
Bakı şəhərinin bir sıra küçə və prospektlərdə maariflən..
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..
Yasamal rayonunda narkomanlıqla mübarizə sahəsində maar..
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..
Metro Park Ticarət və Əyləncə Mərkəzində narkomaniya il..