2017-ci ilin 03 mart tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilətəlimçilərin hazırlanması üçün təlim-məşğələ keçirilib.
Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.
Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyətı orqanların əməkdaşlarıı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
2017-ci ilin 02 mart tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilətəlimçilərin hazırlanması üçün təlim-məşğələ keçirilib.
Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.
Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyətı orqanların əməkdaşlarıı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 24 fevral tarixində Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə tərbiyə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 24 fevral tarixində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar arasında profilaktik tədbir həyata keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə cəzaçəkmə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 10 ədəd 296x147 sm ölçüdə laytboks, 10 ədəd 146x96 sm ölçüdə kicik pisterxolder “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Koroğlu”, “Gənclik”, “Nəriman Nərimanov”, “20 Yanvar”, “Əhmədli”, “Həzi Aslanov” və s. stansiyalarında quraşdırılması təmin edilmişdir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2017-ci il fevral ayının 20- də Keşlə qəsəbəsində yerləşən 201 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Rəfael Albabayev, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov, Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu Vəfa Əliyeva və 201 №-li məktəbin direktoru Süsən Salmanovab çıxış etmiş, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar vermiş, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirmiş və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırmışlar.
Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılmış, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq izahatlar verilmişdir.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarxı nümayiş olunmuşdur.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2017-ci il iş planınına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2017-ci il fevral ayının 13-də Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərdən uzaq olmaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon komissiyasının məsul katibi, Rayon İcra Hakimiyəti başçısı aparatında şöbə müdirinin müavini Bəhman Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, liseyin həkimi Həmidə Ələfsərova və tədris müəssisəsinin direktoru Kamran Rəhimov çıxış etmiş, zərərli vərdişlər və onların törətdiyi fəsadlar, insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə məlumatlar vermiş, məktəbliləri bu neqativ hallardan uzaq durmağa çağırmışlar. Çıxış edənlər onu da bildirmişlər ki, istər narkomanlıq, istərsə də siqaretçəkmə və ya da alkaqolizm sağlamlığmızın əsil düşmənləridir və mövcud olan belə düşmənlərlə hamılıqla amansız və güzəştsiz mübarizə aparmalıyıq. Tədbirdə yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz seçim olması xüsusilə vurğulanmış və onların diqqətinə çatdırılmışdır ki, sağlam həyat tərzi sağlam ruh və sağlam mənəviyyat deməkdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, həmçinin narkomanlığın bəlalarından bəhs edən video-çarx nümayiş olunmuşdur.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 31 yanvar tarixində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbirlər keçirilmişdir.
TədbirlərdəNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılmışdır
2016-cı ildə ictimai maarifləndirmə tədbirləri çərçivəsində Bakı şəhərinin 34 avtobus dayanacağında və 2 yeraltı piyada keçidində sosial xarakterli lövhələr yerləşdirilmiş və cari ildə də nümayişi davam etdirilir.
Eyni zamanda qeyd olunan istiqamətdə görülən işlərin davamlılığını və əhatəsinin genişləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il ərzində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan sosial lövhələr Bakı şəhər ərazisi üzrə 50 (ümumilikdə 84) avtobus dayanacağında quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Dövlət Komissiyasınınİşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün yeddi adda 10 min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.
Cari il ərzində Dövlət Komissiyasınınİşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdəyeni üslubda hazırlanmış “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Özünə inan, həyati sev narkotiklərə yox de”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkotiklər bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır”, “Marixuana Haqqında Həqiqət”, “Narkotiklər haqqında həqiqəti bilin” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.
Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair “Tədbirlər Planı” təsdiq edilmişdir.
Tədbirlər Planındanarkotiklərin insan orqanizminə məhvedici təsiri barədə təbliğat tədbirlərinin keçirilməsi, həmçinin tədbirlərdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilmlərin nümayiş etdirilməsi, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan teatr tamaşalarının nümayişi, o cümlədən təbliğat yönümlü, narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və bu sahədə digər zəruri maarifləndirici çap məhsulların məhkumlar arasında paylanılması nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın bəndlərinə müvafiq olaraq, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Sabirabad rayon İcra Hakimiyyəti ilə birgə Daxili İşlər,Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə 13 may 2016-cı il tarixdə rayon komissiyasının üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ keçirmişdir.
Təlimdə aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış edərək narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, , təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə kütləvi idman və bilik yarışlarının keçirilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi barədə təlim iştirakçıları məlumatlandırılmış, təlim iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar (o cümlədən təlim materiallarının diskə daxil edilmiş elektron variantda da əlavə olunaraq) təlim iştirakçılarına təqdim olunub.
Suraxanı rayonunda narkomanlıqla mübarizə sahəsində təl..
Qaradağ rayonunda narkomanlıqla mübarizə sahəsində təli..
Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində..
4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar ara..
Metro stansiyalarında yeni sosial lövhələr quraşdırılı..
Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsin..
Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsin..
Cəzaçəkmə müəssisələrində təbliğat işinin daha da güclə..
İctimai maarifləndirmə tədbirlərinin əhatəsi genişləndi..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..
2017-ci ildə cəzaçəkmə müəssisələrində təbliğat işinin ..
Dövlət Komissiyasının İşçi Qrupu narkomanlıqla mübarizə..