Qalereya

Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşları  tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qındırğa kəndi ərazisində 6000 ədəd, ümumi çəkisi 1056 kq, Qıpçaq kəndi ərazisində 9000 ədəd, ümumi çəkisi 4212 kq, Kötüklü kəndi ərazisində 3020 ədəd, ümumi çəkisi 1815 kq- bütövlükdə 18020 ədəd və cəmi çəkisi 7 ton 083 kq  olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_11_17_19_11_b98a.png
  1. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  2. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  3. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  4. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  5. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

Ağdam rayonu ərazisində 6 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Əlimədətli kəndi ərazisində 27915 ədəd, ümumi  çəkisi 6 ton 227 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_11_16_47_34_9fdb.jpg
  1. Ağdam rayonu ərazisində 6 tondan artıq yabanı halda bit..

“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı yeni sosial çarx hazırlanıb

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı sosial çarx hazırlanmışdır.

   Sosial rolikdə narkotik istifadəçisi olan bir gəncin narkotikdən istifadə etdiyini ailəsindən və yaxınlarından gizlətməyə çalışması təsvir olunmuşdur. Yekun olaraq video çarx “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır" xəbərdaredici şüarları ilə tamamlanmışdır. Maarifləndirici sosial rolikin mediya subyektləri vasitəsilə, eyni zamanda sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_07_10_16_48_04_debe.png
  1. “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..

  2. “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..

  3. “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..

  4. “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır..

26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir

26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

 

  • Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı ilə müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və "Azərfon" mobil rabitə operatorları tərəfindən mərhələli qaydada 5 gün ərzində təqribən 7 milyon 757 min 723 abunəçiyə göndərilməsi təmin edilmiş;
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, Şamaxı rayonunda “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda təlim, Sumqayıt şəhərində “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş, Gəncə şəhərində “Güclü və sağlam gələcək naminə!” devizi altında tanınmış şəxslərin, elm və mədəniyyət xadimlərinin, ziyalıların, hərbçilərin, idmançıların, gənclərin iştirakı ilə tədbir və sonda qaçış idman növü üzrə marafon keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına 5-ci bəndinə müvafiq olaraq, ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 1000 nəfərdən çox olduğu Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan şəhər və rayonlarında fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində “Biz narkotikə yox deyirik” mövzusunda gənclər üçün təlimlər keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış tədbirlər planının 3-cü bəndinə müvafiq olaraq, Bakı Modern Məktəbində, 194 saylı tam orta məktəbdə, 24 nömrəli tam orta məktəbdə, 90 saylı tam orta məktəbdə və 52 saylı tam orta məktəbdə ““Daha sağlam gələcək naminə!” mövzusunda şagirdlər ilə maarifləndirici görüşlər təşkil edilmiş;
  • tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Azərbaycan Dillər Universitetində Filologiya fakültəsinin nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasında “Biz sağlam gələcəyi seçirik!” adlı ictimai mühazirə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzində, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində, Lənkəran Peşə Liseyində “Biz sağlam gələcəyi seçirik” mövzusunda seminarlar və ictimai mühazirələr təşkil edilmiş;
  • Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Gəncə, Şəmkir, Ağstafa və Ağdaş Regional Mədəniyyət İdarələrinə tabeli müəssisələrinin mütəxəsisləri üçün təlimlər keçirilmiş;
  • Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 27-ci bəndinə müvafiq olaraq, Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, Xətai, Qaradağ, respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, İmişli, Saatlı, Sabirabad şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar ilə birlikdə aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər keçirilmiş;
  • cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində) Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 23 küçə və prospektində mövcud olan elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi təmin olunmuş (sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur);
  • maarifləndirici videoçarxlar Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayiş olunmuş;
  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı ilə birgə sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilib və #Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb və bütovlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 78 mindən artıq paylaşım edilib;
  • narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları əhali arasında paylanılıb, müəyyən izahatlar verilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış video çarxlar televiziya kanallarının efirlərində ümumilikdə 1733 dəfə yayımlanmış və narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 11 veriliş hazırlanmış;
  • həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin edilmişdir.

 

Beləliklə, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ümumilikdə 44 tədbir (22 maarifləndirici görüş, 13 təlim, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.

/img/gallery/100x100/2023_07_07_09_50_56_bbbe.jpg
  1. 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsu..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sumqayıt şəhər komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 123 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_07_04_15_15_58_fe51.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nizami rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 56 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_07_04_15_13_12_1c82.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Ağstafa mədəniyyət Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

 

/img/gallery/100x100/2023_07_03_12_09_13_416e.jpg
  1. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  2. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  3. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  4. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  5. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

Narkotiklərin ziyanı ilə bağlı abunəçilərinə SMS-bildiriş göndərilməyə başlanılıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlığı ilə cari ilin 21 iyun tarixindən 26 iyun tarixinədək etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” və "Azərfon" MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilməsi həyata keçirilmişdir.

    SMS-lər mərhələli qaydada 5 gün ərzində təqribən 4 milyona yaxın abunəçiyə göndərilib.

 

/img/gallery/100x100/2023_07_01_15_28_54_3e3a.jpg
  1. Narkotiklərin ziyanı ilə bağlı abunəçilərinə SMS-bildir..

  2. Narkotiklərin ziyanı ilə bağlı abunəçilərinə SMS-bildir..

Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun - BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilib.

#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb. "Twitter" sosial şəbəkə seqmentində 35 min 144, "instagram" sosial şəbəkə seqmentində 15 min 643, "facebook" sosial şəbəkə seqmentində isə 27 min 469 paylaşım edilib. Bütovlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 78 mindən artıq paylaşım edilib.

/img/gallery/100x100/2023_06_27_16_01_07_bd85.png
  1. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  2. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  3. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  4. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  5. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  6. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

  7. Sosial şəbəkədə maarifləndirici aksiya keçirilib..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rimanov rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Nərimanov rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Modern Məktəbində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

 Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, müəllimlər və psixoloqlar iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_27_13_07_38_7790.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rima..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rima..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rima..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar N"rima..

Sosial şəbəkədə maarifləndirici aksiya...

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə bigə yox deyək !” devizli  aksiyaya start verilib.  

#Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “twitter”, “facebook” və “instagram” sosial platformalarında 30-dan çox poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılmışdır. İndiyədək "twitter" sosial şəbəkə seqmentində 34 min 70, "instagram" sosial şəbəkə seqmentində 10 min 98, "facebook" sosial şəbəkə seqmentində is 25 min 455 paylaşım edilib.

Aksiya iyunun 26-dək davam edəcək.

/img/gallery/100x100/2023_06_25_16_30_15_81ca.png
  1. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  2. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  3. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  4. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  5. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  6. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  7. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  8. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  9. Sosial şəbəkədə maarifləndirici aksiya.....

  10. Sosial şəbəkədə maarifləndirici aksiya.....

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Xətai rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 218 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_06_25_15_33_44_0322.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..