Qalereya

Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim keçirildi

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.

Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2023_06_25_12_27_20_2d40.jpg
  1. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  2. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  3. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  4. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  5. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

  6. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim ke..

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur. 
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov, videobloqer Nail Kəmərli və gənclər iştirak edirdilər.
 
Azərbaycan Respublikasının Dövlət Himninin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi. Komissiya sədri cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
 
Tədbirdə çıxış edənlər - Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyası Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsi Həbibzadə, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, videobloqer Nail Kəmərli gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.
 
Tədbir çərçivəsində mövzuya dair Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış slaydlar və videobloqer Nail Kəmərli tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi. Tədbir gəncləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.
/img/gallery/100x100/2023_06_25_10_05_15_0c4c.jpg
  1. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  2. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  3. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  4. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  5. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  6. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  7. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  8. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  9. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

  10. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mə..

“Güclü və sağlam gələcək naminə!”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyunun 24-də Gəncə şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Güclü və sağlam gələcək naminə!” mövzusunda tədbir keçirilib.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə, Daşkəsən, Goranboy, Göygöl, Samux, Naftalan, Xocalı və Kəlbəcər rayonunu təmsil edən fəal gənclər və “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bayram Aslanov qazanılan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını vurğulayıb. YAP Gəncə şəhər təşkilatının sədri müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb olan, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın fəsadlarından danışaraq gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. “Narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir” ,- deyən Zəkiyyə Musayeva gənclərin zərərli vərdişlərdən uzaq olması üçün həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasının əhəmiyyətinə diqqəti yönəldib.

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ruslan Həsənov cəmiyyətdə hər kəsi düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd edib, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev narkomaniya ilə mübarizə sahəsində ictimai nəzarətin əhəmiyyətindən danışıb. Bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən bəhs edən Raqif Allahverdiyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini qeyd edib.

Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkotik maddələrdən istifadənin fəsadları, narkomaniyanın insanların sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verilib.

Vətən müharibəsi iştirakçısı Mətin Abdinov gəncləri vətənpərvər, ölkəmizə layiqli vətəndaş olmağa, Vətəni hər zaman qorumağa çağırıb və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib.

Sonra iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda “Güclü və sağlam gələcək naminə!” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.  

/img/gallery/100x100/2023_06_25_09_30_31_887a.jpg
  1. “Güclü və sağlam gələcək naminə!”..

  2. “Güclü və sağlam gələcək naminə!”..

  3. “Güclü və sağlam gələcək naminə!”..

  4. “Güclü və sağlam gələcək naminə!”..

  5. “Güclü və sağlam gələcək naminə!”..

  6. “Güclü və sağlam gələcək naminə!”..

  7. “Güclü və sağlam gələcək naminə!”..

  8. “Güclü və sağlam gələcək naminə!”..

  9. “Güclü və sağlam gələcək naminə!”..

  10. “Güclü və sağlam gələcək naminə!”..

  11. “Güclü və sağlam gələcək naminə!”..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Xətai rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 194 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

 Tədbirdə, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, müəllimlər və psixoloqlar iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_06_24_11_02_15_9379.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai ..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai ..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai ..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai ..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xətai ..

“Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında konfrans təşkil edilmişdir.

Cari ilin iyun ayının 23-də “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Daxili İşlər Nazirliyinin “Xəzri” sağlamlıq və istrahət mərkəzini konfrans salonunda “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında konfrans keçirilmişdir. 

Konfransda Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının və Qeyri-Hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təşkil olunmuş görüşdə narkomanlığa və narkotiklərə qarşı mübarizə sahəsində ölkə ərazisində həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

/img/gallery/100x100/2023_06_24_10_52_41_3384.jpg
  1. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  2. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  3. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  4. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  5. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  6. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  7. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  8. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

  9. “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında k..

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

  26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə carı ilin 21 və 22 iyun tarixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) göndərilib.

  SMS-lər mərhələli qaydada 2 gün ərzində təqribən 4200 milyona yaxın abunəçiyə ünvanlanıb.

/img/gallery/100x100/2023_06_23_14_28_16_9465.png
  1. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

  2. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

  3. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıblar

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin birgə təşkilatçılığı ilə  maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

Tədbirdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı  zəruri məlumatlar vermişdir.

Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_06_21_17_10_59_b04c.jpg
  1. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

  2. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

  3. Peşə Təhsil Mərkəzinin tələbələri narkotik maddələrdən ..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Şamaxı və Qobustan rayon komissiyalarının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 13 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

 

 

/img/gallery/100x100/2023_06_21_16_59_14_dfbf.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılıblar

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq 26 İyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində təlim keçirilib.

Təlimdə İşçi Qrupunun sektor müdiri çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.

/img/gallery/100x100/2023_06_21_11_55_53_7792.jpg
  1. Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərə..

  2. Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərə..

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüarın cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində)  Bakı şəhərinin 23 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında  nümayişinə  başlanılmışdır.

   Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_20_15_22_32_1517.jpg
  1. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  2. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  3. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  4. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  5. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  6. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 15 iyun tarixindən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_19_14_52_59_f507.jpg
  1. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  2. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  3. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  4. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  5. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  6. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

  7. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin bir sıra küçə və p..

Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.27 yarımbəndinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda zəruri əyani təbliğat materialları çap edilmişdir.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı çap məhsullarının təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə kütləvi şəkildə paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_06_19_12_26_38_c6e8.jpg
  1. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  2. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  3. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  4. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..