Qalereya

Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsi ərazisində 11 ha sahədə yabanı halda bitmiş 8100 ədəd, ümumi  çəkisi 4 ton 170 kq  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_27_10_48_18_7949.jpg
  1. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  2. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  3. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  4. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

  5. Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı hald..

Ağsu rayonu ərazisində 1050 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ağsu rayonunda, Ağsu dolaylarıbda 2 hektara yaxın sahədə yabanı halda bitmiş 2763 ədəd, ümumi çəkisi 1 ton 050 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_27_10_36_15_a03c.png
  1. Ağsu rayonu ərazisində 1050 kq yabanı halda bitmiş çətə..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Şəki, Oğuz, Qax və Balakən  şəhər/rayon komissiyalarının birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 40 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_07_24_11_53_01_68a6.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Abşeron rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 119 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

 Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_07_24_10_01_10_6230.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Siyəzən, Şabran, Xaçmaz, Quba  və Qusar rayon komissiyalarının birgə təşkilatçılığı ilə qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 124 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2023_07_20_17_23_19_cdd9.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Lerik rayonu ərazisində 5 ton 049 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Lerik rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lerik rayon Oran kəndi (2-ci SZ), Yardımlı rayon Alar kəndi (1-ci SZ)  ərazisində yerləşən Sərhəd Zastavalarının 15 hektar torpaq sahəsindən 20196 ədəd, ümumi çəkisi 5 ton 049 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_19_12_00_43_7edc.png
  1. Lerik rayonu ərazisində 5 ton 049 kq yabanı halda bitmi..

Lerik rayonu ərazisində 3 ton 517 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Mistan  kəndi  "Girvə" adlanan dağlıq ərazidə 13572 ədəd, ümumi çəkisi 3 ton 517 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_19_11_51_30_a03c.png
  1. Lerik rayonu ərazisində 3 ton 517 kq yabanı halda bitmi..

  2. Lerik rayonu ərazisində 3 ton 517 kq yabanı halda bitmi..

Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyulun 17-də Qəbələ rayonunda “Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilib.

  Qəbələ Arxeoloji Mərkəzində baş tutan tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.

  Əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzdə qədim Qəbələ şəhərinin tarixi və sərgilənən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 Tədbirdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Arif Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Əli Səmədov və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər. Qeyd olunub ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

/img/gallery/100x100/2023_07_18_10_38_41_1195.jpg
  1. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  2. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  3. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  4. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  5. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  6. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  7. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  8. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  9. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

  10. Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyə..

Qax rayonu ərazisində 2 ton 400 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qum kəndi ərazisində 2890 ədəd, ümumi çəkisi 2400 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2023_07_13_15_53_26_52aa.png
  1. Qax rayonu ərazisində 2 ton 400 kq yabanı halda bitmiş ..

  2. Qax rayonu ərazisində 2 ton 400 kq yabanı halda bitmiş ..

  3. Qax rayonu ərazisində 2 ton 400 kq yabanı halda bitmiş ..

“802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik və dizaynda sosial çarx hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.1.10-cu bəndinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün “802 qaynar xətt” telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə qrafik üsulu ilə yeni sosial çarx hazırlanmışdır.

/img/gallery/100x100/2023_07_13_11_43_32_da54.png
  1. “802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik..

  2. “802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik..

  3. “802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-iyun aylarının yekununa dair məlumat

2023-cü ilin yanvar-iyun ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.      

Сari ilin yanvar-iyun ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 5881 cinayət faktı aşkarlanmışdır. Onlardan 2048-i narkotik vasitələrin qanunsuz satışı, 3638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 166-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 29-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 517 kq 650,954 qr-nı heroin, 2 ton 510 kq 387,573 qr-nı marixuana, 183 kq 113,261 qr-nı tiryək, 50 kq 885,902 qr-nı həşiş, 247 kq 007,907 qr-nı psixotrop maddələr, 113 kq 982,43 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 38418 ədəd həb metadon, 8476 ədəd çətənə bitkisi,eləcə də 3 kq 153,268 qr, 7631 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 298,98 hektar sahədən çəkisi 147 ton 477 kq 276,98 qr olan 438018 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

  Müvafiq dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4277 nəfər cəlb edilmiş, onlardan 4179-u kişi, 98-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşlarıdır.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 142 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 959 kq 617,071 qr və 38418 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

  Ümumilikdə, aşkar edilmiş cinayətlərin 135-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 017 kq 567,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 958 kq 088,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  2023-cü ilin yanvar-iyun ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.

  Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kq 707,107 qrartmışdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalmışdır.

  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 89 tədbir (49 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.

  Müvafiq dövr ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 652 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 88-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 228-i narkotik asılılıqdan müalicə, 336-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 316 məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2023_07_12_09_46_08_2c6a.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşları  tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qındırğa kəndi ərazisində 6000 ədəd, ümumi çəkisi 1056 kq, Qıpçaq kəndi ərazisində 9000 ədəd, ümumi çəkisi 4212 kq, Kötüklü kəndi ərazisində 3020 ədəd, ümumi çəkisi 1815 kq- bütövlükdə 18020 ədəd və cəmi çəkisi 7 ton 083 kq  olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2023_07_11_17_19_11_b98a.png
  1. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  2. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  3. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  4. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..

  5. Qax rayonu ərazisində 7 tondan artıq yabanı halda bitmi..