Qalereya

Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar davam edir

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Şabran Rayon İcra Hakimiyyəti ilə birgə şəhər ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

 

/img/gallery/100x100/2026_05_26_14_15_41_6d96.jpg
  1. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

  2. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

  3. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

  4. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

  5. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

  6. Bölgələrdə narkomanlığa qarşı maarifləndirici aksiyalar..

Xızı rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Xızı rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 15 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_05_26_14_12_05_9823.jpg
  1. Xızı rayonunda məhkəmə qərarları əsasında müsadirə olun..

Şabran rayonunda məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Şabran rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 50 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

 

/img/gallery/100x100/2026_05_26_09_57_06_c47e.png
  1. Şabran rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..

Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə şəhər ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin”, "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

 

/img/gallery/100x100/2026_05_25_11_06_48_9511.jpg
  1. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  2. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  3. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  4. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  5. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  6. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  7. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  8. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  9. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

  10. Növbəti maarifləndirici aksiya Mingəçevirdə təşkil olun..

Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin və şəhər prokurorunun əməkdaşları çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça, həmçinin "Valideynlər üçün tövsiyə", "Rəqəmsal mühitdə gizli narkotik riskləri" və "Psixotrop maddələr haqqında həqiqət", "Məlumatlı ol, cinayət törətmə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_05_25_10_58_55_23a6.jpg
  1. Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..

  2. Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..

  3. Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..

  4. Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..

  5. Mingəçevir şəhərində valideynlər üçün maarifləndirici t..

Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maarifləndirici tədbir keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir təşkil edilib.

Tədbirə Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəis müavini, Narkolojı dispanserinin həkim-psixoloqu, Lənkəran Dövlət Universitetinin prorektoru, habelə müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində gənclərin asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, normativ hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim olunub. Tələbələrə isə "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar", "Məlumatlı ol, cinayət törətmə" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar paylanılıb.

/img/gallery/100x100/2026_05_22_15_23_16_f6a6.JPG
  1. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  2. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  3. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  4. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  5. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  6. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  7. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  8. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  9. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  10. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  11. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

  12. Lənkəran Dövlət Universitetində narkomanlığa qarşı maar..

Lənkəranda maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə şəhər ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin”, "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

 

/img/gallery/100x100/2026_05_22_09_13_08_67ff.jpg
  1. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  2. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  3. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  4. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  5. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  6. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

  7. Lənkəranda maarifləndirici aksiya təşkil olunub...

Əmək Məcəlləsinə və "Narkoloji xidmət və nəzarət haqqında" Qanuna yeni dəyişikliklər olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.2.2 yarımbəndinə uyğun olaraq  narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürəninməsuliyyətinin artırılması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilmişdir.

 Belə ki:

- işçilərin sağlamlıq haqqında tibbi arayış olmadan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri və qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerləri üzrə, narkoloji tibb müəssisəsinin tibbi müayinə (tibbi yoxlama) barədə rəyi olmadan isə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilməsi qadağan edilir;

- narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməlidirlər;

- narkoloji xəstələrin işləməsinə məhdudiyyət qoyulmuş iş yerləri üzrə narkoloji xəstə ilə əmək müqaviləsi bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə icbari tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradə və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək;

- qeyd olunan peşə növləri və vəzifələrdə çalışan işçilər işəgötürənin hesabına Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”na uyğun olaraq vaxtaşırı, habelə işçinin fəaliyyəti zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olması müşahidə edildikdə və ya buna əsaslı şübhələr yarandıqda o, əsaslandırılmaqla dərhal müvafiq icbari tibbi müayinədən (tibbi yoxlamadan) keçiriləcək.

 

/img/gallery/100x100/2026_05_21_11_06_58_c73d.png
  1. Əmək Məcəlləsinə və "Narkoloji xidmət və nəzarət haqqın..

Lənkəran şəhərində məhkəmə qərarları əsasında müsadirə olunmuş az və xeyli miqdarda olan narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Lənkəran şəhər komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 23 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2026_05_21_09_55_27_4b29.png
  1. Lənkəran şəhərində məhkəmə qərarları əsasında müsadirə ..

Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəranda təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin və Lənkəran şəhər Narkolojı dispanserin nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyəti, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə valideynlər tərəfindən daimi söhbətlərin aparılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və ağır fəsadları barədə ətraflı məlumat vermişlər.

Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Valideynlər üçün tövsiyə”, “Rəqəmsal mühitdə gizli narkotik riskləri” və “Psixotrop maddələr haqqında həqiqət”, "Məlumatlı ol, cinayət törətmə" adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2026_05_20_15_12_25_d9eb.jpg
  1. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  2. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  3. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  4. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  5. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  6. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  7. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

  8. Valideynlər üçün növbəti maarifləndirici tədbir Lənkəra..

İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil olunub.

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, İmişli Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana Haqqında Həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər Haqqında Həqiqəti Bilin” adlı yeni əyani vəsaitlər paylanılmışdır.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunmuşdur. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb

 

/img/gallery/100x100/2026_05_20_12_11_14_c115.jpg
  1. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  2. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  3. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  4. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  5. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  6. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

  7. İmişli rayonunda növbəti maarifləndirici aksiya təşkil ..

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maarifləndirici əyani vəsait hazırlanıb

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.21-ci yarımbəndinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində normativ hüquqi aktların müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici və məlumatlandırıcı əyani vəsait hazırlanmışdır.

Əyani vəsaitdə normativ hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi məqsədilə əsas hüquqi məlumatlar- az, xeyli və külli miqdarda saxlama, hazırlama, daşıma, satış, prekursorların qanunsuz dövriyyəsi, narkotik bitkilərin kultivasiyası, istifadəyə təhrik, habelə yetkinlik yaşına çatmayanlara satış, internet vasitəsilə yayılma və digər əməllərə görə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cəzalar konkret maddələr üzrə əks olunmuşdur.

Hazırlanan əyani vəsaitlərin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil edilən maarifləndirmə tədbirlərində, rayon və şəhərlərdə keçirilən aksiya və təlimlərdə, eləcə də digər kompleks tədbirlər çərçivəsində paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2026_05_20_09_43_54_d4cd.png
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maar..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maar..