Qalereya

Carı ilin 4 ayı ərzində qanunsuz dövriyyədən 3 ton 112 kiloqramdan çox müxtəlif növ narkotik vasitə müsadirə olunub

    Сari ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 3992 cinayət faktı aşkarlanmışdır. Onlardan 1330-u narkotik vasitələrin qanunsuz satışı, 2596-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 38-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 209 kq 253,454 qr-nı heroin, 1 ton 590 kq 303,118 qr-nı marixuana, 128 kq 867,863 qr-nı tiryək, 43 kq 155,165 qr-nı həşiş,139 kq 297,484 qr-nı psixotrop maddələr, 1 kq 332,53 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 19838 ədəd həb metadon, 1097 ədəd çətənə bitkisi,eləcə də 617,668 qr, 2321 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2557 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 42 nəfəri xarici ölkə vətəndaşıdır.

   Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 99 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 451 kq 605,358 qr və 19838 ədəd həb metadon narkotik vasitələr və 2321 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 80-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 604 kq 284,7 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 879 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 577 kq 807,8 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

    2023-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.

    Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü  ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı31,satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı204nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kq 890,876 qr artmışdır. O cümlədən,narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 108, digər növ cinayət faktların sayı 6, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı  2, qrup halında olan cinayətlərin sayı isə 9 fakt  azalmışdır.

   Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27140 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 946 nəfərindən 515-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

    Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 4 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 35 tədbir (19 maarifləndirmə tədbiri, 13 təlim, 1 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi) təşkil edilmişdir.

    2023-cü ilin yanvar-aprel ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 396 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 58-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 183-ü narkotik asılılıqdan müalicə, 155-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 241 məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

      Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 

/img/gallery/100x100/2023_05_12_17_19_08_09a6.png
  1. Carı ilin 4 ayı ərzində qanunsuz dövriyyədən 3 ton 112 ..

ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq,Azərbaycan Dillər Universitetində (ADU) “Biz sağlam gələcəyi seçirik ” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.

 Tədbirdə Azərbaycan Dillər Universitetinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı  zəruri məlumatlar vermişdir.

 Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_05_12_17_05_58_2992.jpg
  1. ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..

  2. ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..

  3. ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..

  4. ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..

  5. ADU-da antinarkotik təbliğat istiqamətində tədbir keçir..

Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

 Cari ilin 11 may tarixində 39 saylı tam orta məktəbdə “Biz sağlam düşüncəyə sahibik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, məktəbin təlim tərbiyyə üzrə müavini, sinif rəhbərləri və yuxarı sinif şagirdləri  iştirak etmişdir.

  Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

 

/img/gallery/100x100/2023_05_12_12_00_30_7cc9.jpg
  1. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  2. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  3. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  4. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  5. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  6. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  7. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  8. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  9. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

   Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi üçün təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət  göstərən  İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2023- 2024-cü ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.

  Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, ümumitəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_05_05_10_18_17_e25c.jpg
  1. Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin..

"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

 Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_05_04_15_25_33_7f14.JPG
  1. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  2. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  3. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  4. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  5. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  6. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  7. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  8. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  9. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kiloqram narkotik vasitə məhv edilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 kq kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

  Narkotiklərin məhv olunması prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.

  Ümumilikdə 1964  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş  2 ton 568 kq 614,733 qr heroin, 1 ton 404 kq 411,584 qr marixuana, 228 kq 669,39 qr tiryək, 71 kq 818,847 qr  həşiş, 519,114 qr kokain və 75802 ədəd həb metadon, 372 kq 265,438 qr və 5142 ədəd psixotrop maddə, o cümlədən 39031 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

 

 

/img/gallery/100x100/2023_05_01_14_12_21_7806.png
  1. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

  2. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

  3. Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 4 ton 646 k..

Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Nərimanov  rayon İcra Hakimiyyəti ilə  birgə 34  saylı tam orta məktəbdə  “Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Dillər Universitetinin psixologiya kafedirasının və rayon Polis şöbəsinin  məsul əməkdaşları iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_04_20_16_05_29_8318.jpg
  1. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  2. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  3. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  4. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  5. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

  6. Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir..

Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Narkotikə yox de” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon polis şöbəsinin rəis müavini, İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin  məsul əməkdaşları iştirak etmişdir.

Tədbirdə iştirak edənlər çıxış edərək narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2023_04_20_15_58_53_d7b7.JPG
  1. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  2. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  3. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  4. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  5. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  6. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  7. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

  8. Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub...

"Sən daha güclüsən" narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramı təşkil edilib

Cari ilin 14 aprel tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sən daha güclüsən"- narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramının təşkil edilib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini,  eyni zamanda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin əməkdaşları  iştirak ediblər. Layihə çərçivəsində keçirilən təlimdə layihənin önəmi və davamlılığı istiqamətində fikir mübadiləsi aparılıb. Təlim sessiyasında ekspertlər iştirakçıların suallarını cavablandırıb və onlarla praktiki təcrübələrini bölüşüblər.

/img/gallery/100x100/2023_04_20_15_33_29_96a9.jpg
  1. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  2. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  3. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  4. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

  5. "Sən daha güclüsən" narkotik vasitələrə və onlardan ist..

2023-cü il üzrə iş planı

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş planı 

/img/gallery/100x100/
  1. 2023-cü il üzrə iş planı..

Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 257 saylı tam orta məktəbdə "Narkomaniya ilə mübarizə hər birimizin sağlam gələcəyidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

 

 

/img/gallery/100x100/2023_04_18_15_03_38_78e8.jpg
  1. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  2. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  3. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  4. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  5. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

  6. Xətai rayonunda maarifləndirici tədbir təşkil olunub...

Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə təlim keçirilmişdir

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.9-cu bəndinə müvafiq olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə penitensiar müəssisələrin əməkdaşları üçün təlim keçirilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Respublika Narkoloji Mərkəzinin məsul əməkdaşları çıxış edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumatlar verilmiş və bəzi suallara aydınlıq gətirilmişdir.

 

/img/gallery/100x100/2023_04_18_12_36_04_d3fa.JPG
  1. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  2. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  3. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  4. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  5. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  6. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..

  7. Penitensiar xidmətin Baş idarəsində antinarkotik təbliğ..