Qalereya

Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşkil edildi.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-narkomaniya”  ictimai birliyinin birgə təşkilatçılığı ilə “Sərhədyanı rayonlarda gənclərin narkomaniya əleyhinə mübarizəni stimullaşdırmaq məqsədi ilə maarifləndirmə  kampaniyasının aparılması” layihəsi çərçivəsində cari ilin 10 aprel tarixində Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşkil edilmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edərək, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilmişdir.

  Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_04_11_10_16_50_1485.jpg
  1. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  2. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  3. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  4. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  5. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  6. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  7. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  8. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  9. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

  10. Astara Pedaqoji Kollecində maarifləndirmə tədbiri təşki..

Astara rayonunda maarifləndirici tədbir keçirib.

 Cari ilin 10 aprel tarixində  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu  Astara rayon İcra Hakimiyyəti ilə  birgə 2 saylı tam orta məktəbdə “ Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

 Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfimdən hazırlannış zəruri təbliğat materalları iştirakçılara paylanmışdır.

/img/gallery/100x100/2023_04_11_09_56_36_2ed8.jpg
  1. Astara rayonunda maarifləndirici tədbir keçirib...

  2. Astara rayonunda maarifləndirici tədbir keçirib...

  3. Astara rayonunda maarifləndirici tədbir keçirib...

  4. Astara rayonunda maarifləndirici tədbir keçirib...

15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

 Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.

/img/gallery/100x100/2023_04_07_15_41_15_3881.JPG
  1. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  2. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  3. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  4. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  5. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  6. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

  7. 15 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növ..

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri təşkil olunub.

  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində carı ilin 07 aprel tarixində 6 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunmuşdur.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu iştirak ediblər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.

/img/gallery/100x100/2023_04_07_14_12_14_dde1.jpg
  1. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

  2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

  3. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

  4. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

  5. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

  6. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkm..

"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində Sabunçu rayonu Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbin akt zalında "Bizsağlam gələcəyi seçirik" mövzusunda Zəngilan rayon 9 və 36 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma  xarakterli görüş keçirildi.

  Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

  Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

/img/gallery/100x100/2023_04_03_14_39_14_174f.JPG
  1. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  2. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  3. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  4. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  5. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  6. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  7. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  8. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  9. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  10. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  11. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

  12. "Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə ma..

2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr edilib

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi  Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.

Qeyd olunan hesabatda 2022-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.   

/img/gallery/100x100/2023_03_31_17_00_42_1808.jpg
  1. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  2. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  3. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  4. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  5. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  6. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  7. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr edilib

 "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi  Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.

 Qeyd olunan hesabatda 2022-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.

/img/gallery/100x100/2023_03_31_10_02_03_6a13.jpg
  1. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  2. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  3. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  4. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  5. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  6. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  7. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

  8. 2022-ci ilə dair “İllik hesabat” jurnal formasında nəşr..

ukiyu

hjhg

/img/gallery/100x100/2023_03_17_14_44_45_a4fa.jpg
  1. ukiyu..

2023-cü il üzrə statistik məlumat

2023-cü ilin yanvar ayı

/img/gallery/100x100/2023_03_16_11_48_15_e854.png
  1. 2023-cü il üzrə statistik məlumat..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumat

  Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə2035 cinayət faktı aşkarlanmışdır. Onlardan 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirəolunmuş        1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin 434 kq 333,824 qr-nı heroin, 804 kq 697,085 qr-nı marixuana, 21 kq 358,739 qr-nı tiryək, 32 kq 372,849 qr-nı həşiş, 58 kq 357,343 qr-nı psixotrop maddələr, 585,45 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qr və 1540 ədəd kapsul güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1194 nəfə cəlb edilmişdir, onlardan 20 nəfəri xarici olkə vətəndaşları olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 20 nəfər xarici ölkə vətəndaşından 10-u İran İslam Respublikası, 6-sı Türkiyə, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 32 kq 459,853 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 50 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 520 kq 551,788 qr və 18403ədəd həb metadon narkotik vasitələr və1540 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.

   Ümumilikdə, aşkar edilmiş cinayətlərin 48-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 230 kq 209,1 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 384 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 249 kq 728,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 54 milyon 292 min AZN (31 milyon 936  min  ABŞ dolları) kimi qiymətləndirilir.

   Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində1041nəfər yeni qeydiyyata götürülmüşdür. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxmuşdur. Onlardan    212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 16 nəfəri  (7,5 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

     2023-cü ilin yanvar-fevral ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 205 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 40-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 100-ü narkotik asılılıqdan müalicə, 65-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 140 məktub ünvanlanmışdır.

    Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə     üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 

/img/gallery/100x100/2023_03_16_10_31_52_2ba8.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

“Sağlam gənclik naminə ağ ölümə yox deyək!”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə martın 14-də “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.

Marafonun keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Mərkəzi Aparatının Gender bərabərliyi və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxış edərək bildiriblər ki, narkomaniya ilə mübarizə daim diqqət mərkəzindədir, bu sahədə dövlət proqramları qəbul edilib, müxtəlif  layihələr həyata keçirilib. Bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.

Qeyd edək ki, marofona Heydər Əliyev sarayının qarşısından start verilib. Marafonda 100 gənc iştirak edib. İştirakçılara və paytaxt sakinlərinə narkomaniya ilə mübarizənin təbliği məqsədilə bukletlər təqdim olunub.

/img/gallery/100x100/2023_03_14_16_48_43_8345.jpg
  1. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  2. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  3. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  4. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  5. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  6. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  7. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  8. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

  9. “Sağlam gənclik naminə ağ ölümə yox deyək!”..

Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planı təsdiq edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir.

 

 

/img/gallery/100x100/2023_03_14_16_03_01_063e.jpg
  1. Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planı təsdiq ..