
Cari ilin 13 dekabr tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun və “Sosial İnkişafa Yardım” İctimai birliyinin təşkilatçılığı ilə Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “"Gənclərin Anti-narkomaniya"” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi və Bakı Şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsdinə qarşı mübarizə işinin təşkilində, gənclərin asudə vaxtlarının səmərəli təşkilində dövlətin rolu, narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və fərqlənən şagirdlər müxtəlif buklet, qovluq və karandaşlarla mükafatlandırılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Cari ilin 11 dekabr tarixində “Sosial İnkişafa Yardım” İctimai birliyin təşkilatçılığı ilə Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “Antinarkotizim” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Cari ilin 10 dekabr tarixində “Sosial İnkişafa Yardım” İctimai birliyin təşkilatçılığı ilə 20 nömrəli tam orta məktəbdə “Narkotikdən asılılığa qarşı mübarizə” deyək mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, “Sosial İnkişafa Yardım” İctimai birliyin layihə rəhbəri, “Antinarkotizim” İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Dekabrın 6-da Lənkəran şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq “İctimai sağlamlıq və təhlükəsizlik: mənfi təsirlərdən özünü və ətrafını qoru!” mövzusunda tədbir təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, ŞİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Mikayıl Cəfərzadə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin önəmi vurğulanıb. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təşviqi və təbliğat işlərinin gücləndirilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemə qarşı sistemli və məqsədyönlü mübarizənin aparılması üçün müstəsna əhəmiyyət daşıyır.
Eyni zamanda, gənclərin bilik və bacarıqlarının artırılması, elmə, təhsilə və idmana marağının yüksəldilməsi onların zərərli vərdişlərdən uzaq qalmasında əsas amil kimi vurğulanıb. Müasir dövrdə gənclərin cəmiyyət həyatında fəal iştirakının dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri olduğu qeyd edilib.
İnteraktiv formada davam etdirilən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.
Sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Dekabrın 5-də Salyan rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!” mövzusunda interaktiv təlim təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Salyan rayon təşkilatı sədrinin müavini Aqşin Babayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Rəşad Cəbrayılov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanda narkomaniya ilə qətiyyətli mübarizə aparılır. Bu istiqamətdə müxtəlif dövlət proqramları qəbul edilib və bir çox layihələr həyata keçirilib. Vurğulanıb ki, cəmiyyətdə, xüsusilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə təbliğat işləri çox mühüm əhəmiyyət daşıyır. Yeniyetmə və gənclərin narkomaniyadan qorunması sağlam gələcəyin təmin olunması üçün əsas şərtlərdəndir.
Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi narkotik vasitələrdən istifadənin fəsadlarına dair maarifləndirmə işlərini gücləndirmək və gənc nəslin təhlükəli vərdişlərə aludə olmasının qarşısını almaqdır.
İnteraktiv formada davam etdirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.
Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 29 noyabr tarixində Qaradağ Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “Dəmir yumruq", "Zəfər", "Ulduz", "Gizlilər", "Qarabağ", "Zirvə" və "Qaliblər" adlı komandaları mübarizə aparmış, 228 saylı tam orta məktəbin şagirdləri (“Dəmir yumruq") qalib olmuşdur.
Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatar təqdim edilmişdir.
İntellektual müsabiqənin respublikanın digər rayon və şəhərlərində də təşkil olunması nəzərdə tutulur.
Cari ilin 26 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Nəsimi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 44 saylı tam orta məktəbdə “ Narkomaniyaya Yox” deyək mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, rayon polis şöbəsinin rəisi, rayon səfərbərlik və hərbi xidmətə çağırış şöbəsinin rəisi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Bakı şəhəri Narkoloji Mərkəzin klinik-psixoloqu və digər adiyyəti təşkilatların əməkdaşları iştirak etmişdir.
Əvvəlcə, məktəbin foyesində yuxarı sinif şagirdlərinin əl işlərindən hazırlanmış narkomaniyanın insan sağlamlığına törətdiyi fəsadları özündə əks etdirən rəsm sərgisinə baxış keçirilmişdir.
Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq yarımbəndlərinin icrası məqsədilə narkotik tərkibli bitkilərin yabanı halda inkişafının, yetişməsinin və vegetasiyasını əks etdirən yeni formada xəritə, tablo və fotoalbomlar hazırlanmışdır.
Tərtib olunmuş xəritə, tablo vəfoto albomlarməlumatüçün aidiyyəti nazirlik, komitə və təşkilatlaragöndərilmişdir.
Zəngilan rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq birgə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Yenikənd kəndi ərazisində 679 ədəd, ümumi çəkisi 943 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanmışdır. Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq 382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq 416,514 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6247 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək 2 nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4835 nəfər təşkil edir. Həmin şəxslərdən 6066-ı kişi, 181-i qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kq 615,722 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 219 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 254 kq 607,596 qr narkotik vasitə və psixotrop maddə, 37317 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 280-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 133 kq 174,251 qr və 13220 ədəd metadon həbi narkotik vasitə, psixotrop maddə və 85,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2653 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 809 kq 573,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövriərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1184, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 482, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 611, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 67, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 479 kq 781,116 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 843 nəfər azalmışdır. Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 9 fakt artmışdır.
2023-cü ilin 10 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 371 kq 953,4"5 qr(72,8%), tiryəkin çəkisi 102 kq 294,165 qr (39,9%), həşişin çəkisi 14 kq 601,551 qr (27,3%), kokainin çəkisi 750,831 qr (100%), psixotrop maddələrin çəkisi 196 kq 742,687 qr (50,7%) azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 008 kq 382,751 qr-nı (82,6%) marixuana təşkil etmişdir. Onun da 4 ton 360 kq-ı (87%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 648 kq (13%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.
Həmçinin 39 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 1719 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir. Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74625 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2545 nəfərdən 1635 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır.
Narkotik vasitələrdən aşırı doza nəticəsində yanvar-sentyabr aylarında 4-ü qadın və 68-i kişi olmaqla ümumilikdə 72 nəfər vəfat etmişdir ki, onlardan 17-20 yaşadək 1 nəfər, 25-29 yaşadək 10 nəfər, 30-40 yaşadək 28 nəfər, 41-50 yaşadək 19 nəfər, 50-52 yaşadək 7 nəfər, 55-65 yaşadək 7 nəfər təşkil edir. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövri ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 90 nəfər azalmışdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.
Cari ilin yanvar-oktyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 139-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 108-i narkotik asılılıqdan müalicə, 1295-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 247 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 147 tədbir (69 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 1 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
Cari ilin 05 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Avrasiya Kolleci ilə birgə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə, Bakı Avrasiya Kollecinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və Bakı şəhər Narkoloji Mərkəzinin həkim narkoloqu iştirak etmişdir.
Tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə geniş məlumat verilmiş, onları maraqlandıran suallar ətrafında diskussiya aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.
“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..
“Narkotikdən asılılığa qarşı mübarizə” mövzusunda növbə..
Yasamal rayonunda tədbir keçirilib..
“İctimai sağlamlıq və təhlükəsizlik: mənfi təsirlərdən ..
“Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”..
Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə..
Nəsimi rayonunda tədbir keçirilib..
Narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yer qur..
Zəngilan rayonu ərazisində 943 kiloqram yabanı halda bi..
2024-cü il üzrə statistik məlumat..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
Bakı Avrasiya Kollecində tədbir keçirilmişdir...