Qalereya

2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanmışdır. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kq 377,662 qr və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin    2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2514 ədəd psixotrop maddə təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində  1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

   Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası,    9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə      1 ton 045 kq 484,880 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

     2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kq 789,349 qr və 36427 ədəd metadon, 2514 ədəd  kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 363-ü qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 060 kq 652,194 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

     Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin         05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilmişdir.

    Təhlil göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artmışdır.

    Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kq  969,079 qr,  qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı   6 fakt azalmışdır.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı     34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

    Hesabat dövründə 731 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur, bunların 715-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülmüşdür (9772-si Azərbaycan vətəndaşı,          329-u əcnəbi). İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

    Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN  (107 milyon  340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

     2022-ci ilin 11 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

   Cari ilin 11 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 232 tədbir (şəhər,rayon komissiyaları ilə 57 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 98 təhsil müəssisəsində maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, mədəniyyət müəssisələrinin mütəxəssisləri  üçün 1 təlim,  idman növü üzrə 4 turnir  və 4 fləşmob) təşkil edilmişdir.

     Cari ilin yanvar-noyabr ayları ərzində  “802”  qaynar xətt  telefon zəng  xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.

     Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

     Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.

   “802 qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/
  1. 2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələ..

Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim keçirildi

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nınicrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilmişdir.

  Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

/img/gallery/100x100/2022_12_20_10_35_41_243f.jpg
  1. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  2. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  3. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  4. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

  5. Mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün təlim k..

Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil edildi.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin akt zalında “Gələcəyimi mən özüm seçirəm” adlı maarifləndirici tədbir keçirilib.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı, rayon komissiyasının üzvləri, rayon ictimaiyyət nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

 Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

 Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_12_20_10_04_43_9fd5.JPG
  1. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  2. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  3. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  4. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  5. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  6. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

  7. Növbəti marifləndirmə tədbiri Lənkəran şəhərində təşkil..

“Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Salyanda tədbir keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon 2 saylı məktəbin akt zalında ““Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, rayon ictimaiyyət nümayəndələri, Ağsaqqlar Şurasının üzvləri, rayon fəalları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

  320 nəfərdən artıq şəxsin toplaşdığı tədbirdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, gənclərin asudə vaxtın səmərəli təşkil olunması məsələsinə toxunulmuş, o cümlədən iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_12_20_08_48_59_b8b4.jpg
  1. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  2. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  3. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  4. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  5. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  6. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  7. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  8. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  9. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  10. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

  11. “Gələcəyimizi narkomaniyadan xilas edək!” mövzusunda Sa..

Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir.

    Cari ilin dekabr ayının 16-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi ilə birlikdə Bakı Biznes və Kooperasiya Kollecində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 

  Tədbirdə, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Dini Qurumlar üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etmişdir. Tələbələrlə keçirilmiş görüşdə, narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

   Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_19_14_11_59_0721.jpg
  1. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  2. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  3. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  4. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  5. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  6. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

  7. Narkotikə yox deyək mövzusunda tədbir təşkil edilmişdir..

Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” adlı maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov, Şirvan şəhər Polis şöbəsinin rəis müavini Kəmaləddin Məmmədov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleçinin direktoru Barxudar Barxudarov, Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Mehralıyev, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Həsənov, Peşə liseyinin direktoru Elnur Novruzov, İctimai Təhlükəsizlik bölməsinin rəisi Aqşin Məmmədli, Kollecin müəllim və tələbələri iştirak edib.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Eyni zamanda  təqdimat vasitəsilə narkotiklərin insan orqanizminə mənfi təsiri və ölümcül fəsadları barədə ətraflı məlumat verib.

 Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının gördüyü işləri, narkomanlığın cəmiyyətə ziyanı, onunla mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi,  yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.

 Sonra çıxış edən Şirvan şəhər Polis şöbəsinin müavini Kəmaləddin Məmmədov, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Hüseynov, Peşə liseyinin direktoru Elnur Novruzov hazırda narkomanlığın dünyada çox böyük təhlükə olduğunu, “ağ ölümün” gəncləri və gənc ailələri məhv etdiyini, sağlam həyat tərzinin təbliğinin, mənəvi-əxlaqi dəyərlərinin qorunmasının vacibliyini, bununla bağlı  Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini  vurğulayıblar. Şirvan və Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərn qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə xeyli narkotacirin məsuliyyətə cəlb edildiyini, şəhər ərazisində ictimai sabitliyin təmin olunduğunu qeyd ediblər.

 Tədbirin sonunda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

/img/gallery/100x100/2022_12_19_14_07_09_767b.jpg
  1. Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..

  2. Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..

  3. Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..

  4. Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..

  5. Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətənda..

Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik təbliğat çərçivəsində tədbir keçirilmişdir

   Carı ilin 16 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkotik vasitələrdən istifadənin  risk  amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, DİN-nin Səbail rayon Polis İdarəsinin əməkdaşı  iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda müəllim heyyətinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.

/img/gallery/100x100/2022_12_16_16_14_42_d3a7.jpg
  1. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  2. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  3. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  4. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  5. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  6. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

  7. Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik..

“Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Qaradağ rayon təşkilatının birgə təşəbbüsü ilə “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” mövzusunda tədbir keçirilib.

  Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

  YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva çıxışında bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. O qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində dəyirmi masalar, fləşmoblar, idman yarışları, mədəni-kütləvi tədbirlər keçirilir. Məqsəd cəmiyyətimizdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Emil Abbasov çıxışında rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Onun sözlərinə görə, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıdır.

  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev isə qeyd edib ki, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir.

  Çıxış edən Əməkdar jurnalist, “Qara talelər” sənədli filminin müəllifi Mübariz Əsgərov bildirib ki, bütün cəmiyyətimiz narkomaniya ilə mübarizədə fəal olmalıdır. Çünki narkomaniya böyük bəladır. O, “Qara talelər” sənədli filminin bu bəlanın qurbanlarına, narkomaniyanıın insan həyatına vurduğu ağır təsirlərə həsr olunduğunu diqqətə çatdırıb. Film maarifləndirici xarakter daşıyır.

Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Qara talelər” sənədli filmi nümayiş etdirilib.

/img/gallery/100x100/2022_12_15_09_55_01_f449.jpg
  1. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  2. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  3. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  4. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  5. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  6. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  7. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  8. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

  9. “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ..

Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil edilmişdir.

 Cari ilin dekabr ayının 14-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Turizm və Menecment Universiteti ilə birlikdə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 

 Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və  Turizm və Menecment Universitetin nümayəndəsi iştirak etmişdir.Keçirilmiş görüşdə, narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır. 

 Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyyələr adlı kitabça təqdim edilmişdir.

 

 

 

/img/gallery/100x100/2022_12_15_09_47_31_39dc.JPG
  1. Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..

  2. Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..

  3. Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..

  4. Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..

  5. Narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədi..

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti maarifləndirmə tədbiri keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə  aidiyyəti qurumları cəlb etməklə N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

 Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2022_12_14_16_34_25_2393.jpg
  1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti m..

  2. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti m..

  3. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində növbəti m..

"Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

 "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Zəngilan  rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbiri təşkil edilmişdir. 

 Tədbirdə  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov; Zəngilan rayon Polis Şöbəsinin- Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev; Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Zakir Məmmədov; Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə; Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova; Zəngilan rayon 9 və 36 nömrəli məktəbin şagirdləri, məktəblərin psixoloqları iştirak etdilər.

  Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

  Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.

/img/gallery/100x100/2022_12_14_16_29_39_d198.jpg
  1. "Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..

  2. "Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..

  3. "Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..

  4. "Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maariflə..

"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçirildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov  qəsəbəsi 309 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

 Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

/img/gallery/100x100/2022_12_14_14_51_25_bc6d.jpg
  1. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  2. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  3. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..

  4. "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növb..