Qalereya

Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində 1114 ədəd, ümumi  çəkisi 848 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_05_11_11_31_e515.jpg
  1. Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətə..

  2. Ağdam rayonu ərazisində 848 kq yabanı halda bitmiş çətə..

Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti təlim keçirilib

Cari ilin 02 sentyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.

Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  “Yay Fest” iştirakçılarına təqdim edilmişdir.

/img/gallery/100x100/2022_09_05_09_39_36_81bc.JPG
  1. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  2. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  3. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

  4. Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti tə..

Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi barədə tədbir keçirildi

Sentyabrın 01-də Abşeron Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_09_02_11_35_26_494c.jpg
  1. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  2. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  3. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  4. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  5. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

  6. Abşeron rayonunda antinarkotik təbliğatın vacibliyi bar..

Növbəti profilaktik tədbir Qaradağ rayonunda təşkil edildi.

Sentyabrın 01-də Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_09_01_15_21_45_4320.jpg
  1. Növbəti profilaktik tədbir Qaradağ rayonunda təşkil edi..

  2. Növbəti profilaktik tədbir Qaradağ rayonunda təşkil edi..

  3. Növbəti profilaktik tədbir Qaradağ rayonunda təşkil edi..

Ağdaş rayonu ərazisində 785 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

 Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Abad meşə sahəsinin ərazisində  yabanı halda bitmiş 1424 ədəd, ümumi çəkisi 785 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_01_11_29_02_ff82.png
  1. Ağdaş rayonu ərazisində 785 kiloqramdan artıq yabanı ha..

  2. Ağdaş rayonu ərazisində 785 kiloqramdan artıq yabanı ha..

  3. Ağdaş rayonu ərazisində 785 kiloqramdan artıq yabanı ha..

Şəki rayonu ərazisində 1 ton 088 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Şəki  rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun ərazisində ümumi sayı 25200 ədəd, ümumi çəkisi 1 ton 088 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_01_11_11_54_4fa1.jpg
  1. Şəki rayonu ərazisində 1 ton 088 kiloqram yabanı halda ..

  2. Şəki rayonu ərazisində 1 ton 088 kiloqram yabanı halda ..

Tovuz rayonu ərazisində 200 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Tovuz  rayon polis şöbəsinin  əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qovlar şəhəri ərazisində 525 ədəd, ümumi  çəkisi 200 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_01_11_03_13_6074.jpg
  1. Tovuz rayonu ərazisində 200 kiloqram yabanı halda bitmi..

Ucar rayonu ərazisində 615 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq,  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar rayon Məlikballı kəndi ərazisində yerləşən su kanalının kənarında 386 ədəd, ümumi çəkisi 615 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_01_10_52_33_b3f6.jpg
  1. Ucar rayonu ərazisində 615 kq yabanı halda bitmiş çətən..

Qax rayonu ərazisində 1249 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində  rayonun Qanlı Qobu adlanan ərazisindən keçən su kanalının ətrafında,  yabanı halda bitmiş 3600 ədəd, ümumi çəkisi 1249 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_01_10_47_55_f690.png
  1. Qax rayonu ərazisində 1249 kiloqramdan artıq yabanı hal..

Pirallahı rayonunda aparılan profilaktik tədbirlərin keyfiyyətinin artırılması məqsədi ilə tədbir keçirilmişdir.

Pirallahı rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə avqustun 31-də aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_08_31_16_49_13_1f36.jpg
  1. Pirallahı rayonunda aparılan profilaktik tədbirlərin ke..

  2. Pirallahı rayonunda aparılan profilaktik tədbirlərin ke..

  3. Pirallahı rayonunda aparılan profilaktik tədbirlərin ke..

  4. Pirallahı rayonunda aparılan profilaktik tədbirlərin ke..

Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi barədə tədbir keçirildi

Avqustun 31-də Binəqədi Gənclər Evində Binəqədi rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim edilib.

/img/gallery/100x100/2022_08_31_16_40_47_ff42.JPG
  1. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  2. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  3. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  4. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  5. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  6. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  7. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

  8. Binəqədi rayonunda antinarkotik təbliğatın vacibliyi ba..

“Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib

Avqustun 30-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq,  YAP Mərkəzi Aparatının və Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.


Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Röya Bənənyarlı, Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov, Abşeron rayon Ağsaqqalar Şurasının sədri Nadir Ağayev, Əməkdar müəllim, Abşeron rayonu Saray Qəsəbə 3 nömrəli tam orta məktəbinin direktoru Teyyubə Hüseynova, Vətən müharibəsi qazisi Ülvi Qədir və digərləri müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, məhəbbət və sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir. Ailə sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitədir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Məhz bu baxımdan milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniyaya qarşı mübarizədə hər kəs səfərbər olmalı, zərərli və yad meyillərin qarşısının alınması istiqamətində əlindən gələni əsirgəməməlidir.


Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərin mənfi təsiri barədə geniş məlumat verilib.
Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s) paylanılıb.

/img/gallery/100x100/2022_08_30_17_16_36_6ba5.jpg
  1. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  2. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  3. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  4. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  5. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  6. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  7. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  8. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..

  9. “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli ..