26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına uyğun olaraq, YAP Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!” adlı fləşmob keçirilib.
YAP Sumqayıt şəhər təşkilatının ərazisində təşkil edilən fləşmobda 250 gəncin iştirakı ilə “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!” şüarı yaradılıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib.
Heydər Əliyev meydanında baş tutan fləşmobda partiyanın fəal üzvləri yaxından iştirak ediblər. Dörd minə yaxın gəncin iştirakı ilə keçirilən fləşmobda “Narkomaniyaya yox deyirik!” şüarı canlandırılıb.
Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib.
Fləşmobda Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradılıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsibirgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar cari ilin 23 iyun tarixindən etibarən (7 gün müddətində) elektron informasiya terminallarında (VMS) nümayiş olunur.
İyunun 22-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Nizami rayon təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi idman növü üzrə açıq turnir keçirilib.
Tədbir iştirakçıları öncə Mərkəzin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış guşəni ziyarət ediblər.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov, Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Nizami RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Narkomanlığa qarşı mübarizə üzrə Nizami rayon komissiyasının məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Elvin Əliyev, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov və başqaları bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə YAP Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclərdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.
Çıxışlardan sonra turnirə start verilib. Turnirdə 5 çəki dərəcəsi üzrə 150 idmançı mübarizə aparıb.
Gərgin mübarizə şəraitində keçən turnirdə qaliblərə pul mükafatları, diplomlar, medallar və “İronMaxx – Azərbaycan” şirkətinin hədiyyələri təqdim edilib.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Xəzər rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Tədbirdə, Xəzər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, gənclər və idman idarəsinin rəisi iştirak etmişdir. Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Cünü münasibətilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdən öncə məktəblilərin 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov və digər aidiyyəti dovlət orqanlarının nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Çıxışçılar narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış“Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları və “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlığı ilə cari ilin 20 iyun tarixindən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilməsinə başlanılıb.
SMS-lər mərhələli qaydada 5 gün ərzində təqribən 2 milyondan çox abunəçiyə ünvanlanması nəzərdə tutulur.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədarNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yeniyetmə-gənclərin iştirakı ilə “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Nizami Rayon İcra Hakimiyyətinin, Nizami Rayon Gənclər və İdman İdarəsinin, Keşlə bələdiyyəsinin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları,o cümlədən rayonun fəal gəncləri və rayon könüllülər iştirak ediblər.
Görüşdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Aksiya çərçivəsində rayonun yaşayış ərazisində müxtəlif ünvanlarda, parklarda, dayanacaqlarda, metro çıxışlarında sakinlərlə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib, narkomaniya barədə maarifləndirici söhbətlər aparılıb eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə "Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!" adlı Armrestlinq idman növü üzrə açıq çempionat keçiriləcək.
Çempionat 22.06.2022-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq. İdman yarışı zamanı 4 çəki üzrə müəyyənləşəcək qaliblərə qiymətli hədiyyələr, diplom və medallar təqdim olunacaq.
Yarışın qeydiyyatı 22.06.2022-ci il tarixində saat 08:30-dan başlayacaq. Gücünü sınamaq istəyən hər kəs dəvətlidir.
Сari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4853 cinayət faktı aşkarlanmışdır. Onlardan 1760-ı narkotik vasitələrin qanunsuz satışı, 2948-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 102-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 43-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 kq 326,021 qr-nı tiryək, 10 kq 982,691 qr-nı həşiş, 198,940 qr-nı kokain, 529 kq 961,931 qr-nı psixotrop maddələr, 8 kq 957,887 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 11754 ədəd həb metadon və 18788 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 20 - si İran İslam Respublikası, 17-si Rusiya Federasiyası, 8-i Türkiyə, 7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i Türkmənistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr (52 ədəd) çətənə bitkiləri götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 929 kq 401,269 qr, 11754 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.
2022-ci ilin ötən 5 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 879 kq 824,75 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 89 milyon AZN kimi qiymətləndirilir.
Yanvar-may ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33893 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Müvafiq dövr ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 798 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 90-nı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 334-ü narkotik asılılıqdan müalicə, 374-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 427 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, rayon üzrə komissiyanın nümayəndələri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, müəllim və məktəb psixoloqları iştirak etmişdir. Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça təqdim olunub.
Sumqayıtda “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox..
“Narkomaniyaya yox deyirik!” adlı növbəti fləşmob Gənc..
“Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçi..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
“Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Binəqə..
Narkotiklərin ziyanı ilə bağlı “Bakcell” abunəçilərinə ..
Nizami rayonunda “Sağlam həyat tərzini seçirik, narkoma..
"Gələcəyimiz naminə, narkomaniyaya yox deyək!" adlı Arm..
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar növbət..