26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Nərimanov rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sənaye və Texnologiya Kollecində maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, gənclər və idman idarəsinin rəisi, ağsaqqalar şurasının sədri, polis şöbəsinin əməkdaşları, mərkəzi klinik xəstəxananın psixiatoru iştirak etmişdir. Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
Cari ilin may ayı ərzində anti-narkotik təbliğatın kompleks şəkildə daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Səhiyyə Nazirliyi Respublika Narkolojı Mərkəzinin nümayəndələri cəlb edilməklə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və o cümlədən şəhər-rayon icra hakimiyyətlərində maarifləndirmə tədbirləri, seminarlar və təşkil edilmişdir.
Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmiş və iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.
Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və əməkdaşlarının iştirakı ilə Ucar, Zərdab, Ağdaş İcra Hakimiyyətlərinin akt zallarında, Yevlax rayon Uşaq Yaradıcılıq Mərkəzində, Kürdəmir rayon Heydər Əliyev Mərkəzində, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında, Quba Dövlət Sosial-İqtisadi Kollecində, Zərifə Əliyeva adına 8 saylı Xaçmaz şəhər məktəb-liseyində, Şabran rayon 5 saylı tam orta məktəbdə, Siyəzən 2 nömrəli tam orta məktəbdə, Qusar rayon 4 saylı tam orta məktəbdə yeniyetmə və gənclərin iştirakı ilə narkomanlıq probleminə dair maarifləndirmə xarakterli tədbirlər təşkil edilmişdir.
Həmçinin yuxarıda qeyd olunan bütün şəhər və rayonlar üzrə icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə görüşlər keçirilmiş, qanunvericiliyə uyğun olaraq müsadirə edilməklə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda olan narkotik vasitələrin məhvetmə prosesinin təşkili zamanı mövcud qayda və sərəncamda göstərilən tələblərə riayət edilməsi barədə müzakirələr aparılmış, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilmişdir.
Bundan əlavə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində mayın 24-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 6 və 15 saylı cəzaçəkmə müəssisələrində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Beləliklə cari ilin may ayı ərzində respublikanın 12 şəhər və rayonunda və cəzaçəkmə müəssisələrində ümumilikdə 32 tədbir (şəhər/rayon komissiyaları ilə 12 görüş, ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində 12 tədbir, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 6 təlim, cəzaçəkmə müəssisələrində 2 tədbir) təşkil edilmişdir.
Tədbirlərin gedişatı Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), Dövlət Komissiyasının rəsmi səhifəsində (nmdk.gov.az) və digər aparıcı elektron informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı” təsdiq olunmuşdur.
Tədbirlər Planı Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun narkomanlığa qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də bu istiqamətdə mübarizənin birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Tədbirlər Planı çərçivəsində yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı bilik, mövqe və davranışlar haqqında sosial tədqiqatın keçirilməsi və risk faktorlarının müəyyənləşdirilməsi, metodik vəsaitlərin hazırlanması, gənclərlə işləyən mütəxəssislər üçün təlimlərin keçirilməsi, potensialın və vətəndaş cəmiyyətinin iştirakının artırılması, kommunikasiya kanallarının inkişafı, preventiv fəaliyyətin təşkili istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Xızı rayonunda tədbir və təlim keçirilib.
Təlimdəndən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyində “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.
Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Siyəzən rayonunda tədbirlər təşkil edilib.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Eyni zamanda, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması və gücləndirilməsi məqsədilə yeniyetmə və gənclərin iştiraki ilə narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyində təlim keçirilib.
Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şabran nümayəndəliyində təlim keçirilib.

Şabran rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər təşkil edilib.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Eyni zamanda, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması və gücləndirilməsi məqsədilə Şabran rayon 5 saylı tam orta məktəbdə narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Xaçmaz rayonunda tədbirlər təşkil edilib.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Eyni zamanda, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması və gücləndirilməsi məqsədilə Zərifə Əliyeva adına 8 saylı Xaşmaz şəhər məktəb-liseyində narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şabran nümayəndəliyində təlim keçirilib.
Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilmişdir.
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nərima..
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanuns..
May ayı ərzində 32 maarifləndirmə tədbiri təşkil olunmu..
Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı tə..
Xızı rayonunda narkomanlığa qarşı mübarizə işinin təşki..
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayən..
Siyəzən rayonunda narkomanlığa qarşı mübarizə işinin tə..
Növbəti təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin X..
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndə..
Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti..
Xaçmaz rayonunda narkomanlığa qarşı mübarizə işinin təş..
Növbəti təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ş..