Qalereya

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumat

   Сari ilin yanvar - mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanmışdır. Onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton   880 kq 475,692 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq 478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161 qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop maddələr, 4 kq 252,797 qr-nı  isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

    Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.

   Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik vasitə, 17 kq 956,92 qr psixotrop maddələr  və 1,125 qr güclü təsir edən maddə götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.

   2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN   (41 milyon   ABŞ dolları) kimi qiymətləndirilir.

   Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18526 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

   Cari ilin yanvar- mart ayları ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanmışdır.

   Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəüzrə Dövlət Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu

/img/gallery/100x100/2022_04_19_12_06_02_ae3a.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

“802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı artmışdır

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və o cümlədən televiziya kanalları və sosial şəbəkələrivasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır.

   Cari ilin yanvar- mart ayları ərzində qaynar xətt zəng xidmətinə 498 müraciət daxil olmuşdur ki,onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə,   249-u isə digər məsələlər ilə bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 252 məktub ünvanlanmışdır.

  Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/
  1. “802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı art..

Antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə görüş keçirilmişdir

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğat işlərinin daha da məqsədyönlü davam etdirilməsinin vacibliyini nəzərə alaraq, bu istiqamətdə xüsusilə sosial şəbəkələr üzərindən müvafiq zəruri işlərin aparılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev ilə video bloqqer Nail Kəmərli arasında görüş keçirilmişdir.

  Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə işinin müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla təşkilinin vacibliyi, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi çərçivəsində qısa metrajlı filmlərin, sosial çarxların hazırlanması və “802” qaynar xətt telefon zəng xidmətinin fəaliyyət istiqamətləri barədə məlumatların sosial şəbəkələrdə geniş işıqlandırılması məqsədilə fikir mübadiləsi aparılmışdır.

/img/gallery/100x100/2022_04_15_16_58_01_5ded.jpg
  1. Antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərin..

  2. Antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərin..

Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilib

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Oğuz peşə  məktəbində maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşları tərəfindən təqdimat əsasında tələbələrə slaydlarla  narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumat verib. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulanmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

 

/img/gallery/100x100/2022_04_15_16_55_05_b1f6.jpg
  1. Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda..

  2. Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda..

  3. Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda..

  4. Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda..

  5. Oğuz rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda..

Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edilmişdir.

    Qax rayonu Peşə Liseyində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Qax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

    Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

   Çıxışlarda narkomaniyanın doğurduğu faciələr və narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_04_15_16_33_45_c94a.JPG
  1. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

  2. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

  3. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

  4. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

  5. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

  6. Növbəti maarifləndirmə tədbiri Qax rayonunda təşkil edi..

Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil olunub.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Ağsu rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq carı ilin 14 aprel  tarixində Ağsu rayon 4 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün maarifləndirmə xarakterli tədbir təşkil etmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

 Tədbirdə narkotiklərin  və psixoaktiv maddələrin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar,  narkotik maddələrdən istifadənin risk amilləri, narkomanlığa qarşı mübarizə tədbirləri barədə geniş məlumat verilib.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.

/img/gallery/100x100/2022_04_15_10_35_44_8db1.JPG
  1. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  2. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  3. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  4. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  5. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  6. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  7. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  8. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  9. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

  10. Ağsu rayonunda maarifləndirmə xarakterli tədbir təşkil ..

Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filialında tədbir keçirilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Şamaxı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filialında “Narkotik və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar vermişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_04_14_15_19_47_d94e.JPG
  1. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

  2. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

  3. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

  4. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

  5. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

  6. Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filia..

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik asılılıq probleminə dair təlim keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyi Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda interaktiv təlim keçirildi.

  Təlimdə narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Respublika Uşaq-Gənlər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəklərinin rəhbərlərinə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

  ​Təlimin sonunda iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən sertifikat və  metodik vəsaitlər təqdim olunub.

/img/gallery/100x100/2022_04_14_13_01_52_5ef9.jpg
  1. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

  2. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

  3. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində narkotik ası..

2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı mübarizəyə dair təlim keçirilib

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində 2 Saylı Bakı Baza Tibb Kollecində təlim keçirilib.

  Təlimdə narkotik asılılıq probleminin spesifik cəhətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

/img/gallery/100x100/2022_04_14_10_31_54_b58f.JPG
  1. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  2. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  3. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

  4. 2 Saylı Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı m..

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində təlim keçirilib

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyində “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilib.

   Təlimdə könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

/img/gallery/100x100/2022_04_14_09_05_06_311a.jpg
  1. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  2. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  3. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

  4. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndə..

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

  Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2022-ci il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

 Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun tabeliyində olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin, interaktiv təlimlərin, “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminarların keçirilməsi, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada nümayişinin təşkil edilməsi planlaşdırılıb.

  Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinə təqdim olunması nəzərdə tutulur.

/img/gallery/100x100/2022_04_12_12_24_07_6150.jpg
  1. Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Kom..

Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqojı Kollecində “Mən öz gələcəyimi seçirəm” mövzusunda interaktiv təlim keçirilib.

  Təlimdə narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib,iştirakçıları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Eyni zamanda, tədbir iştirakçıları zəruri təbliğat materialları ilə təmin olunublar.

 

.

 

/img/gallery/100x100/2022_04_11_16_44_28_4ba2.JPG
  1. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  2. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  3. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..

  4. Ağcabədi Pedaqoji Kollecində təlim keçirilmişdir..