Qalereya

Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş olundu

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 02 mart tarixində 12 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələrə əsaslanarаq səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunmuşdur.

   Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və yeni metodlar vasitəsilə narkotik asılılıq probleminə dair məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı cox təsirli təbliğat vasitəsidir.

    Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.

 

/img/gallery/100x100/2022_03_02_14_22_58_973a.jpg
  1. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  2. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  3. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  4. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  5. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  6. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  7. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

Ağdaş Dövlət Humanitar Kollecində “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 02 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Dövlət Humanitar Kollecində“Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

   Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş rayonu üzrə nümayəndələrinində iştirak etdiyi tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

    Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_02_10_03_27_0bf7.jpg
  1. Ağdaş Dövlət Humanitar Kollecində “Narkotiklər haqqında..

  2. Ağdaş Dövlət Humanitar Kollecində “Narkotiklər haqqında..

  3. Ağdaş Dövlət Humanitar Kollecində “Narkotiklər haqqında..

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda tədbir keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 01 mart tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilmişdir. Tədbirdə tələbələrlə yanaşı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay rayonu üzrə nümayəndəliyinin əməkdaşlarıda iştirak etmişdir.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_03_01_16_49_28_d478.jpg
  1. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psix..

  2. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psix..

  3. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Psix..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar ayının yekununa dair məlumat

    Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 969 cinayət faktı aşkarlanmışdır. Onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

        Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş         614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin 265 kq 299,28 qr-nı heroin, 204 kq 953,323 qr-nı marixuana, 76 kq 032,52 qr-nı tiryək, 4 kq 993,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 60 kq 064,847 qr-nı psixotrop maddələr, 3 kq 400,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 2165 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

        Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 463 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 6-sı İran İslam Respublikası,1-i Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 87 kq 663,15 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

       2022-ci ilin yanvar ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 614 kq 942,991 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 20 milyon 711 min AZN       (12 milyon 183  min  ABŞ dolları) kimi qiymətləndirilir.

      Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 4676 nəfər istiqamətləndirilmişdir.

        Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 330 nəfərindən 268-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

       Cari ilin yanvar ayı ərzində 802” qaynar xətt telefon zəng xidmətinə 157 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 21-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 69-u narkotik asılılıqdan müalicə, 67-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 90məktub ünvanlanmışdır.

        Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə  Dövlət  Komissiyasının  daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş keçirilmişdir

  Cari ilin 18 fevral tarixində gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərliyi arasında görüş keçirilmişdir.

  Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadənin və Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyevin iştirak etdiyi görüşdə regionlarda gənclər üçün təşkil edilməsi nəzərdə tutulan tədbirlərin fəaliyyət istiqamətləri geniş müzakirə edilmişdir.

  Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən interaktiv formatda təlimlərin keçirilməsi və qeyd olunan təşkilati tədbirlərin sistemli şəkildə həyata keçirilməsi üçün 2022-ci ilə dair birgə Tədbirlər Planının hazırlanması istiqamətində fikir mübadiləsi aparılmışdır.

/img/gallery/100x100/2022_02_24_17_32_57_37db.jpg
  1. Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilmə..

  2. Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilmə..

  3. Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilmə..

Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş keçirilmişdir

   Cari ilin 18 fevral tarixində gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbərliyi ilə görüş keçirilmiş, regionlarda gənclər üçün təşkil edilməsi nəzərdə tutulan tədbirlərin fəaliyyət istiqamətləri müzakirə edilmişdir.

   Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən interaktiv formatda təlimlərin keçirilməsi və qeyd olunan təşkilati tədbirlərin sistemli şəkildə həyata keçirilməsi üçün 2022-ci ilə dair birgə Tədbirlər Planının hazırlanması istiqamətində fikir mübadiləsi aparılmışdır.

/img/gallery/100x100/2022_02_24_17_11_54_b91a.jpg
  1. Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilmə..

  2. Gənclər arasında anti-narkotik təbliğatın gücləndirilmə..

Xəzər rayonunda tədbir keçirilmişdir.

   Carı ilin 18 fevral tarixində Xəzər rayonun 119 saylı tam orta məktəbində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, Xəzər rayonun Gənclər və İdman idarəsi və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir.

   Əvvəlcə, məktəbin foesində şagirdlərin əl işləri ilə  hazırlanmış narkomaniyanın insan sağlamlığına törətdikləri fəsadları əks etdirən rəsm sərgisinə baxış keçirilmişdir.

  Tədbirdə, Dövlət Komissiyasın İşçi Qrupunun, DİN-Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin, Gənclər və İdman idarəsinin, Bakı şəhər Narkoloji Mərkəzin həkim narkoluqu və digər nümayəndələr də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq,psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunmasıbarədə ətraflı məlumatlar verilmişdir. Daha sonra şagirdiləri  maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2022_02_21_10_11_29_1fa6.JPG
  1. Xəzər rayonunda tədbir keçirilmişdir...

  2. Xəzər rayonunda tədbir keçirilmişdir...

  3. Xəzər rayonunda tədbir keçirilmişdir...

  4. Xəzər rayonunda tədbir keçirilmişdir...

  5. Xəzər rayonunda tədbir keçirilmişdir...

  6. Xəzər rayonunda tədbir keçirilmişdir...

  7. Xəzər rayonunda tədbir keçirilmişdir...

  8. Xəzər rayonunda tədbir keçirilmişdir...

  9. Xəzər rayonunda tədbir keçirilmişdir...

  10. Xəzər rayonunda tədbir keçirilmişdir...

  11. Xəzər rayonunda tədbir keçirilmişdir...

  12. Xəzər rayonunda tədbir keçirilmişdir...

  13. Xəzər rayonunda tədbir keçirilmişdir...

  14. Xəzər rayonunda tədbir keçirilmişdir...

  15. Xəzər rayonunda tədbir keçirilmişdir...

  16. Xəzər rayonunda tədbir keçirilmişdir...

Sosial çarxlar reklam lövhələrində yayımlanır

     İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun Azərbaycan Dövlət Reklam Agentliyi ilə əmədaşlığı çərçivəsində “802 qaynar xətt”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların cari ilin 16 fevral tarixindən etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümayişinə başlanılıb və uzun müddət yayımlanması nəzərdə tutulub.

/img/gallery/100x100/2022_02_18_17_06_17_c4fa.jpg
  1. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  2. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  3. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  4. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  5. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş olunudu

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, cari ilin 17 fevral tarixində 1 nömrəli tam orta məktəbdə Bakı Uşaq və Gənclər Teatrının real hadisələrə əsaslanarаq səhnələşdirdiyi “Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası canlı ifada nümayiş olunmuşdur.

   Tamaşanın əsas məqsədi bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə çağırış və yeni metodlar vasitəsilə narkotik asılılıq probleminə dair məlumatlandırma işi aparmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı cox təsirli təbliğat vasitəsidir.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edilmişdir.

/img/gallery/100x100/2022_02_17_16_48_24_09d9.jpg
  1. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  2. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  3. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  4. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  5. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  6. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  7. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

  8. Narkomanlığın zərəri ilə bağlı teatr tamaşası nümayiş o..

Penitensiar Xidmətin Mühafizə Alayında maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində fevralın 11-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Komissiyanın İşçi Qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı, Səhiyyə Nazirliyi Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi mövzu ətrafında çıxışlar ediblər.

Çıxışlarda narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi.

/img/gallery/100x100/2022_02_11_16_45_37_c828.jpg
  1. Penitensiar Xidmətin Mühafizə Alayında maarifləndirmə t..

  2. Penitensiar Xidmətin Mühafizə Alayında maarifləndirmə t..

  3. Penitensiar Xidmətin Mühafizə Alayında maarifləndirmə t..

“Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

   Cari ilin 31 yanvar tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Binəqədi rayon İcra Hakimiyyətinin, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

   Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri və digər ictimai fəallar mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar verilmişdir.

/img/gallery/100x100/2022_02_01_16_49_33_384b.jpg
  1. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  2. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  3. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  4. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  5. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  6. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

  7. “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib..

Ötən il ərzində “802 qaynar xətt” zəng xidmətinə müraciətlərin sayı artmışdır

“802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, video çarxın metro stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində, o cümlədən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanmasından sonra ötən il üzrə daxil olan vətəndaş müraciətlərinin sayı artmışdır.

Ötən il ərzində qaynar xətt zəng xidmətinə 1130 müraciət daxil olmuşdur ki, onların 204-ü narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi,  359-u  narkotik  asılılıqdan müalicə, 567-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 563 məktub ünvanlanmışdır.

Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

/img/gallery/100x100/2022_01_31_14_56_52_9831.jpg
  1. Ötən il ərzində “802 qaynar xətt” zəng xidmətinə müraci..