Qalereya

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2021-ci ilin yanvar-avqust ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5963 cinayət faktı aşkarlanmışdır. Onlardan 2181-i narkotik vasitələrin qanunsuz satışı, 3376-sı satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 328-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 78-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

     Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 432 kq 105 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 403 kq 172 qr-nı heroin, 1 ton 013 kq 540 qr-nı marixuana, 285 kq 846 qr-nı tiryək, 71 kq 931 qr-nı həşiş, 89,679 qr-nı kokain, 5327 ədədini metadon, 177 kq 684 qr-nı digər narkotik vasitələr və 479 kq 842 qr-nı psixotrop maddələr təşkil etmişdir. O cümlədən, göstərilən dövr ərzindənarkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı 45 600 ədəd çətənə və xaş-xaş bitkilər aşkar edilmişdir. 

      Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3696 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

     Göstərilən dövr ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 241 fakt aşkar edilmişdir ki, həmin faktlar üzrə  2 ton 046 kq 571, 315 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Aşkar edilmiş cinayətlərin 260-ı qrup halında törədilmiş və həmin faktlar üzrə  qanunsuz dövriyyədən 1 ton 401 kq 120,574 qr narkotik vasitə,17 kq 299 qr psixotrop maddə və 142,8 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

      2021-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə çəkisi 171 ton 067 kq 903 qr olan yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

/img/gallery/100x100/2021_09_16_17_38_48_7c6f.jpg
  1. 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə nar..

Televiziya kanallarında maarifləndirici videoçarxlar yayımlanır

    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı təbliğat-təşviqat, maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək səmərələliyinin daha da artırılması məqsədilə cari ilin avqust ayının 20-dən etibarən Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış sosial videoçarxlar “AZTV”, “Ictimai”, “Space TV”, “ATV”, “Xəzər TV”, “ARB”, “ARB 24”, “Real TV” və “CBC Sport TV” kanallarının efirlərində mütəmadi olaraq yayımlanır.

   Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusu kanalların proqramlarıında müzakirə edilmiş, o cümlədən hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri barədə sujetlər yuxarıda qeyd olunan kanallar vasitəsilə xəbər proqramlarında nümayiş olunmuşdur.

   Həmçinin oktyabr ayından yeni televiziya mövsümünün başlanması ilə əlaqədar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində yeni proqramlar və layihələr hazırlanması nəzərdə tutulur.

 

 

/img/gallery/100x100/2021_09_08_14_49_52_2f39.jpg
  1. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  2. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  3. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

  4. Televiziya kanallarında maarifləndirici videoçarxlar ya..

Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu mövzusunda videokonfrans formatında tədbir keçirilib

2021-ci il avqustun 27-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə, respublikanın şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarının sədrlərinin iştirakı ilə “Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyalarının rolu” mövzusunda videokonfrans formatında görüş keçirilmişdir.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotik vasitələrə və psixotrop maddələrə nəzarət üzrə institusional sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunmuşdur. Bununla yanası şəhər və rayon komissiyalarıtərəfindən bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin səmərələliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı şəhər və rayon komissiyalarıtərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilmiş, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Yevlax, Xacmaz şəhər və rayon komissiyalarının sədrləri məruzə ilə çıxış edərək, Dövlət Komissiyasının sədrinə hesabat vermişlər.

Görüşün yekunu olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarətin artırılması, narkomanlığa qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin nəticəsinin təhlil edilərək qiymətləndirilməsi və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin aparılması, təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın mütəmadi xarakter daşıması və Dövlət Komissiyasının İşçi Qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsinə dair müvafiq tapşırıqlar verilmişdir

/img/gallery/100x100/2021_08_27_19_10_16_7364.jpg
  1. Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..

  2. Narkomanlığa qarşı mübarizədə şəhər və rayon komissiyal..

İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və eyni zamanda 4.4.35-ci bəndinə müvafiq olaraq, ictimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə  “802 qaynar xətt” və “Narkotik sərhədsiz fəlakətdir” adlı sosial videoçarxların cari ilin 24 avqust tarixindən etibarən MetroPark Ticarət və Əyləncə Mərkəzinin və Stimul Hospital özəl tibb müəssəsinin mövcud monitorlarında nümayişinə başlanılıb və iki ay müddətinə yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2021_08_25_14_30_53_4f87.JPG
  1. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  2. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  3. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  4. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  5. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

  6. İctimai yerlərdə maarifləndirmə işləri davam etdirilir...

Narkotik vasitələrin insan orqanizminə təsiri movzusunda tədbir keçirilib

      24 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupununbirgə təşkilatçılığı ilə “Narkotik vasitələrin insan orqanizminə təsiri” mövzusunda Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qobustan, Siyəzən, İsmayıllı, Bərdə, Qax və Qazax Nümayəndəliklərinin əməkdaşları, üzvləri, o cümlədən könüllüləri üçün videokonfrans formatında seminar keçirilib.

       Görüşdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Hafiz Namazov və Tural Hüseynzadə, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsullarından və zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadları barədə geniş danışmış, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

/img/gallery/100x100/2021_08_24_17_35_27_c802.jpg
  1. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

  2. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

  3. Narkotik vasitələrin insan orqanizminə təsiri movzusund..

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu mövzusunda tədbir keçirilib

    2021-ci il avqustun 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda Azərbaycan Respublikası Nazirlər Kabinetində görüş keçirilmişdir.

    Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilməsi nəzərdə tutulanişlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

     Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki,  narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problemlərdən biridir.  Bütövlükdə bəşəriyyətin müasir gündəliyində duran ən vacib məsələlə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir. Ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılması, ölkə ərazisində hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunması və bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək səmərələliyinin daha da artırılmasının zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Medianın İnkişafı Agentliyi İcraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov narkomanlığa qarşı müasir informasiya vasitələrinin imkanlarından istifadə etməklə təşkil olunması nəzərdə tutulan maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyərək, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələri barədə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.

    Görüşün yekunu olaraq, antinarkotik təbliğatın təşkili istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin təşkili məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, narkomanlığın zərəri ilə bağlı sənədli filmlərin və sujetlərin çəkilməsi, problemin mahiyyətini ifadə edən müəllif yazılarının və araşdırmalarının hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssilərini cəlb etməklə xüsusi verilişlərin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

/img/gallery/100x100/2021_08_20_18_17_31_53c6.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

  3. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanl..

Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində tədbirlər keçirilib

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.33-cü bəndinin icrası ilə əlaqədar həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupu birgə təşkilatşılığı ilə aidiyyəti qurumları cəlb etməklə cari ilin 10,11 və 12 avqust tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “N” saylı hərbi hissə və birləşmələrində seminar və görüşlər keçirilib.

    Tədbirlərdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini Aydın Əyyubov, Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydinov, sektor müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktor müavini İlham Məmmədov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Zeynalov və DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Laçın Paşayev iştirak edərək antinarkotik təbliğat istiqamətində çıxışlar etmişlər.

    Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təmin edilmişdir.

/img/gallery/100x100/2021_08_16_15_35_44_b071.jpg
  1. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..

  2. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..

  3. Narkomanlığa qarşı mübarizə mövzusunda hərbi hissə və b..

2021-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2021-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4131 cinayət faktı aşkarlanmışdır. Onlardan 1493-ü narkotik vasitələrin qanunsuz satışı, 2391-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 191-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

     Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 466 kq 596,472 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 142 kq 635,117 qr-nı heroin, 671 kq 044,478 qr-nı marixuana, 243 kq 092,165 qr-nı tiryək, 71 kq 560,56 qr-nı həşiş, 89,679 qr-nı kokain, 338 kq 174,473 qr-nı digər narkotik vasitələr və psixotrop maddələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 37 kq 012,1 qr güclü təsir edən maddə, 4,05 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.

      Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir. Həmin şəxslərdən 2730-u kişi, 68-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35 nəfəri xarici ölkə vətəndaşıdır.

      Məsuliyyətə cəlb edilmiş 35 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 7-si Gürcüstan, 6-sı Türkiyə, 3-ü Ukrayna və 6-sı Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 825 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

      2021-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 759,984 hektar sahədən çəkisi 139 ton 586 kq 977 qr olan 344 059 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

     2021-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 107 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 713 kq 289,914 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

     Ümumilikdə, aşkar edilmiş cinayətlərin 181-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 167 kq 821,453 qr narkotik vasitələr müsadirə edilmişdir.

      Hesabat dövründə 1242 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 591 kq 559,069 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.

     Təhlil göstərir ki, 2020-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1244, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 478, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 732, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21, bu kateqoriyadan olan digər cinayətlərin sayı 13 fakt artmışdır.

     Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 157 kq 053, 272 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 865 nəfər, qadınların sayı isə 23 nəfər artmışdır.

     Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 36 fakt azalmasına baxmayaraq, götürülən narkotik vasitələrin ümumi çəkisi 415 kq artmışdır. Eyni zamanda, qrup halında törədilmiş cinayətlərin sayı 13 fakt azalsa da, narkotik vasitələrin miqdarında 397 kq 821,4 qr artım olmuşdur.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli  qərarı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın tələblərinə və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının müvafiq Sərəncamının tələblərinə uyğun olaraq, cari ilin 19-20 may tarixlərində Müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə ( 909 kq 985 qr heroin,  516 kq 281 qr marixuana, 240 kq 285 qr tiryək,27 kq473qr həşiş, 1 kq 944 qr kokain, 40 kq 312 qr -18272ədəd psixotrop maddə), o cümlədən 21190 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilmişdir.

       Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 31307 nəfər istiqamətləndirilmişdir.Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2264nəfərindən 1238-nin istifadəçi olması müəyyən edilmiş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.Hesabat dövründə 2703 nəfər stasionar müalicədə olmuşdur.Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 828 xəstə müalicə alır.

     Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülmüş, 1856 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

     Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artmışdır (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).

      Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.

     Hesabat dövründə Azərbaycanda 293 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1988-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8989 nəfər qeydiyyata götürülmüşdür (8687-si Azərbaycan vətəndaşı, 302-i əcnəbi).İİV-ə yoluxanların 6434-ü kişi, 2555-i qadındır.Onlardan 3418-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2714 nəfəri hazırda dispanser qeydiyyatındadır.

     2021-ci ilin 6 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.2021-ci ilin 31 iyun tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil etmişdir ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

    Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı hazırlanaraq təsdiq edilmiş və icraya yönəldilmişdir.

    Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi Qrupu tərəfindən illik hesabat hazırlanmışdır.

     Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda fəaliyyət göstərən “802” qaynar xətt əlaqə mərkəzinə cari ilin 6 ayı ərzində 52 müraciət daxil olmuş,onlardan 13-ü narkotik vasitələrin qanunsuz satışı(9 müraciət əsasında cinayət işi başlanılıb, 3 məlumat öz təsdiqini tapmamış, 1 fakt üzrə əməliyyat tədirləri davam etdirilir),21-i narkomaniyadan müalicə (16 nəfər müalicəyə qəbul olunub), 18-i isə digər məsələlərlə bağlı olmuşdur.Qeyd olunan müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.

     Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə 30 müraciət daxil olmuş, onlardan 7-si narkotik vasitələrin qanunsuz satışı (5 müraciət əsasında cinayət işləri başlanılıb, 1 məlumat öz təsdiqini tapmamış, 1 fakt üzrə əməliyyat tədirləri davam etdirilir ), 9-u narkomaniyadan müalicə (4 nəfər müalicəyə qəbul olunub), 14-ü isə digər məsələlərlə bağlı olmuşdur.

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsi və Azərbaycan Milli Antidopinq Agentliyi ilə birgə tədbirlər planları imzalamış və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir.

    Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması məqsədilə Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlığa dair 3 fevral 2021-ci il tarixində Anlaşma Memorandumu imzalanmışdır.

    Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki Sahil” qəzetində açılmış rubrikanın qrafikinə uyğun olaraq məqalələr dərc edilmişdir.

     Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinin icrası ilə əlaqədarcari ilin müvafiq dövrü ərzində “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə, metro stansiyalarında nümayişi və eyni zamanda televiziya kanallarında yayımlanması təmin edilmişdir.

    Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.9-cu bəndinə uyğun olaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə Penitensiar Xidmətin Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində quraşdırılmış, 17 ədəd lövhə isə təhsil müəssisələrində yerləşdirilməsi üçünTəhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsinə təqdim olunmuşdur.

    Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.

    Cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən onlayn zona seminar-müşavirələrində və digər tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak etmişdir.

   Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.17-ci bəndinə müvafiq olaraq, cari ilin 07 aprel tarixində Azərbaycan Texniki Universiteti ilə birgə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir, 15 aprel tarixində Yasamal rayon Gənclər və İdman İdarəsi ilə “Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri” mövzusunda onlayn seminar-müşavirə, 22 aprel tarixində Bakı Musiqi Akademiyası ilə birlikdə "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı vebinar, 29 aprel tarixində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə onlayn formatında elmi-praktiki konfrans keçirilmişdir.

    Bundan əlavə 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində, Qərbi Kaspi Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində vebinarlar keçirilmiş, eyni zamanda Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən digər ali və orta ixtisas təhsili müəssisələrində də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda videokonfrans şəklində tədbirlər təşkil edilmişdir.

    Həmçinin Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, respublikanın Sumqayıt, Şirvan və Qəbələ şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən videokonfrans şəklində maarifləndirici tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları iştirak etmiş, eyni zamanda digər şəhər və rayon komissiyaları tərəfindən də silsilə tədbirlər keçirilmişdir.

     Eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən ümumilikdə 7 milyon 750 min aktiv abunəçiyə göndərilməsi təmin edilmişdir.

     “Narkomanlığa birlikdə yox deyək” şüarı cari ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyi vasitəsi ilə elektron informasiya terminallarında və avtobuslarda mövcud olan monitorlarda nümayiş olunmuşdur.

/img/gallery/100x100/2021_08_09_16_21_42_0bd6.jpg
  1. 2021-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları tərəfindən 05 iyul 2021-ci il tarixdə “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Gəncə şəhəri, Totanlı küçəsi, "Gəncə" çayının sağ sahili ərazisində 2 ha boş sahədən 4021 ədəd, ümumi  çəkisi 1306 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

 

/img/gallery/100x100/2021_07_30_15_00_31_cfe8.jpg
  1. Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..

  2. Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..

  3. Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..

  4. Gəncə şəhəri ərazisində 1306 kiloqram yabanı halda bitm..

İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir

    Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda yaradılan “802 qaynar xətt” telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə carı ilin 25 iyul tarixindən sosial çarx metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2021_07_30_14_13_17_f8bf.jpg
  1. İçtimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

    05 iyun 2021-ci il tarixdə Xocavənd rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans keçirilmişdir.   

   “26 iyun - Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı, Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, Rayon Polis şöbəsinin rəisi, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

   Tədbirdə çıxış edənlər tərəfindən qeyd edilmişdir ki, bu istiqamətdə keçirilən tədbirlərdə əsas məqsədin yeniyetmə və gəncləri narkotiklərin yaratdığı asılılıq, törətdiyi fəsadlar və insan orqanizminə vurduğu ziyanlar barədə məlumatlandırmaq və narkomaniyanın qarşısının alınması istiqamətində mübarizənin daha da gücləndirilməsidir. Bununla yanaşı bu sahədə aparılan işlərə daim ciddi nəzarət olunmasının vacibliyi bildirilmişdir.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

/img/gallery/100x100/2021_07_30_12_02_01_746b.JPG
  1. Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..

  2. Xocavənd rayonunda “26 iyun - Narkotik vasitələrin, s..

Təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilir

   Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq, bir sıra təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilmişdir.

  Cari ilin iyul ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 17 ədəd sosial lövhə və Narkotiklər Haqqında həqiqəti bilin, Marixuana haqqında həqiqət, Psixotrop maddələr haqqında həqiqət adlı 1200 ədəd zəruri təbliğat materialları Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim edilib.

  Təqdim edilmiş sosial lövhələrin  Bakı şəhəri üzrə fəaliyyət göstərən 17 ümumitəhsil məktəbində quraşdırlması təşkil edilib.

/img/gallery/100x100/2021_07_27_10_40_47_ae35.jpg
  1. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  2. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  3. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..

  4. Təhsil müəssisələrində maarifləndirmə işi davam etdiril..