Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Mahamalar kəndi ərazisində ümumi çəkisi 2 ton 860 kq olan, 480 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsinin kanal boyu sahibsiz ərazisində 0,35 ha sahədən ümumi çəkisi 387 kq olan, 2297 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək müvafiq qaydada yandırılaraq məhv edilmişdir.
Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Astaf kəndinin Yolqulular adlananərazisində, 5 ha sahədən yabanı halda bitmiş 8495 ədəd, ümumi çəkisi 2 ton 487 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 21 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Şəfəq kəndi ərazisində ümumi çəkisi 1320,0 kiloqram olan, 2220 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl halda yandırılma üsulu ilə məhv edilib.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 08 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramkoxa kəndi ərazisində, 4 ha sahədən yabanı halda bitmiş ümumi çəkisi 3 ton 950 kq olan, 7225 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl halda yandırılma üsulu ilə məhv edilib.
Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən " Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 29 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhər ərazisində yerləşən Xan arxının alt hissəsində dövlət mülkiyyətinə aid 1,2 ha sahədən ümumi çəkisi 3845 kq olan 1460 ədəd yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilmişdir.
05 iyul 2021-ci il tarixində Azərbaycan Texniki Universitetində "26 iyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü"nə həsr olunmuş “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinar keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən vebinarda giriş sözü ilə çıxış edən AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri Raqif Allahverdiyev narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Vüqar Mansurov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə məruzə ilə çıxış edib.
Məruzələr ətrafında aparılan müzakirələr vebinar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə “Narkomaniya, onun psixoloji səbəbləri və təhsil müəssisələrində görülməli işlər” mövzusunda universitet tələbələrinin iştirakı ilə maarifləndirici onlayn tədbir keçirilmişdir.
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyunun 26-dan etibarən “Azercell” abunəçilərinə SMS formasında müvafiq mətnli zəruri bildiriş və əlaqə vasitələri göndərilib.
SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada təqribən 4 milyon 450 min aktiv abunəçiyə ünvanlanıb.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 24 iyun tarixindən etibarən paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Qeyd olunan videoçarxların yayımlanması 1 ay müddətində davam edəcəkdir.
Nəsimi Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu, Nəsimi rayon Gənclər və İdman İdarəsinin və "Vətəndaş Cəmiyyətində Debat" (DVC) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş şou-debat keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sektor müdiri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri, debatçılar və gənclər iştirak edib.
Mövzusu "Gənclərin narkomaniyaya yönəlməsində ailə faktoru əsas rol oynayır" olan şou-debatda təsdiq mövqedən Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin debatçılarından təşkil olunmuş "Debateprime" komandası ilə inkar mövqedən çıxış edən Azərbaycan Universiteti və Azərbaycan Dillər Universitetinin "Həyat var" komandası qarşılaşıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “802” Qaynar Xəttinə dair videoçarxın nümayişi və zəruri təbliğat materiallarının iştirakçılar arasında paylanılması təşkil edildi.
Tədir yerli televiziya kanalı vasitəsilə işıqlandırılmışdır.
Balakən rayonu ərazisində 2 ton 860 kiloqram yabanı hal..
Samux rayonu ərazisində 387 kq yabanı halda bitmiş çətə..
Daşkəsən rayonu ərazisində 2 ton 487 kq yabanı halda bi..
Goranboy rayonu ərazisində 1 ton 320 kq yabanı halda bi..
Qəbələ rayonu ərazisində 3 ton 950 kiloqram yabanı hald..
Göygöl rayonu ərazisində 3 ton 845 kiloqram yabanı hald..
Azərbaycan Texniki Universitetində “Narkotiklər haqqınd..
Qərbi Kaspi Universitetində narkomanlığa qarşı mübarizə..
“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS..
Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..
Nəsimi rayonunda 26 iyun -“Narkotik vasitələrin qanunsu..
Sumqayıt şəhərində “26 iyun - Narkotik vasitələrin, sui..