Qalereya

"Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfrans şəklində tədbir keçirilib

    Cari ilin 07 aprel tarixindəAzərbaycan Texniki Universiteti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda onlayn tədbir keçirilmişdir.

   Videokonfransda çıxış edən Tərbiyə işləri üzrə prorektor İsa Xəlilov, Elm və texnika işləri üzrə prorektor İlham Pirməmmədov görüşün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar AzTU-da müvafiq tədbirlər planı hazırlanıb və bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir.

   Daha sonra videokonfransda Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev,  AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov, universitetin SABAH qruplarının rəhbəri Aytən Sadıqova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Lalə Piriyeva, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Tələbə Gənclər Təşkilatının sədri Lalə Rüstəmova çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

   Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Universitetinin və Xəzər Universitetinin nümayəndələri də  iştirak edib.

/img/gallery/100x100/2021_04_08_15_05_17_1558.jpg
  1. "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfran..

  2. "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfran..

  3. "Narkotik sərhədsiz fəlakətdir" mövzusunda videokonfran..

Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr başa çatdırıldı.

    “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin fevral və mart aylarında “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn zona seminar-müşavirələrin təşkili başa çatmışdır.

   Keçirilən seminar-müşavirələrdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər muavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin rəisi İslam Hümbətov, Respublika Narkoloji Dispanserin baş həkimi OrxanCəfərov və Səhiyyə Nazirliyiİ ctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.

    Seminar-müşavirələrdə Bakı, Aran, Cənub, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan, Qarabağ və ətraf zonaları üzrə ümumilikdə 70-dən çox rayonun gənclər və idman idarələrinin rəisləri, Gənclər evlərinin və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin direktorları çıxış edərək bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermiş və təkliflər səsləndirmişdirlər.

     Ümumilikdə seminar-müşavirələrdə 1000-ə yaxın gənc iştirak etmişdir.

/img/gallery/100x100/
  1. Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..

  2. Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..

  3. Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..

  4. Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..

  5. Covid-19 pandemiyası dövründə gənclər arasında narkoman..

Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb

     Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində, antinarkotik təbliğat işinin effektivliyinin artırılmasını təmin etmək məqsədi ilə üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.

/img/gallery/100x100/2021_03_11_16_42_57_429e.JPG
  1. Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..

  2. Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..

  3. Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..

  4. Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..

“Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr davam etdirilir.

       2021-ci ilin 23 fevral və 02 mart tarixlərində «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı»nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan zonaları üzrə “Covid-19 pandemiyası dövründə gənclərar asında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr keçirilmişdir.

      Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər muavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.

       Gəncə-Qazax zonası (Gəncə, Qazax Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Naftalan), Abşeron və Dağlıq Şirvan zonası (Abşeron, Xızı, Sumqayıt, Qobustan, Ağsu, Şamaxı, Göyçay) üzrə gənclər və idman idarələrinin rəisləri və fəal gənclər iştirak etmiş, mövzu ətrafında  bu istiqamətdə görülmüş işlər haqqında məlumat və təklifləri səsləndirilmişdir.

/img/gallery/100x100/2021_03_03_10_15_33_e030.PNG
  1. “Covid-19 pandemiyası dövründə gənclər arasında narkoma..

“Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr davam etdirilir.

       2021-ci ilin 23 fevral və 02 mart tarixlərində «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı»nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gəncə-Qazax, Abşeron və Dağlıq Şirvan zonaları üzrə “Covid-19 pandemiyası dövründə gənclərar asında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr keçirilmişdir.

      Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər muavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.

       Gəncə-Qazax zonası (Gəncə, Qazax Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Naftalan), Abşeron və Dağlıq Şirvan zonası (Abşeron, Xızı, Sumqayıt, Qobustan, Ağsu, Şamaxı, Göyçay) üzrə gənclər və idman idarələrinin rəisləri və fəal gənclər iştirak etmiş, mövzu ətrafında  bu istiqamətdə görülmüş işlər haqqında məlumat və təklifləri səsləndirilmişdir.

/img/gallery/100x100/2021_03_03_10_15_16_7a4b.PNG
  1. “Covid-19 pandemiyası dövründə gənclər arasında narkoma..

“Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələr keçirilmişdir.

    2021-ci ilin 4-9-12-16-19 fevral tarixlərində «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı»nın və “Narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün DövlətProqramı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Aran, Cənub, Quba-Xaçmaz və Şəki-Zaqatala zonaları üzrə “Covid-19 pandemiyası dövründə gənclərar asında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda onlayn seminar-müşavirələrkeçirilmişdir.

  Tədbirlərdə Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər muavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Rəhim Novruzov, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Ülkər Camalova çıxış edərək gəncləri bu sahədə məlumatlandırmışdırlar.

       Aran zonası (Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Salyan, İmişli, Kürdəmir, Beyləqan, Ağcabədi, Ağdaş, Bərdə, Neftçala, Mingəçevir, Yevlax, Ucar, Zərdab), Cənub zonası (Lənkəran, Astara, Biləsuvar, Lerik, Yardımlı, Masallı, Cəlilabad), Quba-Xaçmaz zonası (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) və Şəki-Zaqatala zonası (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı) üzrə gənclər və idman idarələrinin rəisləri və fəal gənclər iştirak etmiş və mövzu ətrafında  bu istiqamətdə görülmüş işlər haqqında məlumat və təklifləri səsləndirilmişdir.

/img/gallery/100x100/2021_02_22_12_27_37_b17c.PNG
  1. “Covid-19 pandemiyası dövründə gənclər arasında narkoma..

Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiq edilmişdir.

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədov tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiq edilmiş və icraya yönəldilmişdir.

        Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilmişdir.

/img/gallery/100x100/2021_02_22_12_02_13_c457.jpg
  1. Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiq ..

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası növbəti iclasını keçirib

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

    Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə 16 fevral 2021-ci ildə keçirilmiş iclasda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.

    Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.

/img/gallery/100x100/2021_02_16_15_36_12_811b.jpg
  1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır

  Fevralın 03-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə “Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyası” arasında əməkdaşlığa dair 2021-2024-cü illəri əhatə edən Anlaşma Memorandumu imzalanmışdır.

    Memoranduma əsasən, tərəflər antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində əməkdaşlıq edəcək, beynəlxalq təcrübədən istifadə etməklə birgə məsləhətləşmələr, profilaktik tədbirlər və  seminarlar keçirəcəklər.

   “Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyası”nda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində fəaliyyət göstərən 12 qeyri-hökumət təşkilatı təmsil olunur.

/img/gallery/100x100/2021_02_04_10_36_01_5cbb.JPG
  1. Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır..

  2. Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır..

  3. Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır..

  4. Əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır..

Bakının bir sıra küçə və prospektlərində maarifləndirici sosial çarxlar yayımlanır

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsiləcari ilin 09 yanvar tarixindən etibarən paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

Qeyd olunan videoçarxların yayımlanması cari ilin 15 fevral tarixinədək davam edəcəkdir.

/img/gallery/100x100/2021_01_13_16_34_13_dd5b.jpg
  1. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  2. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  3. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  4. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  5. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

  6. Bakının bir sıra küçə və prospektlərində maarifləndiric..

“Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda videokonfrans şəklində görüş keçirilib

      Cari ilin 23 dekabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda onlayn konfrans keçirilmişdir.

    Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri,  50-dən çox müəllim və tələbə heyəti iştirak edib.

    Videokonfransda çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin fəsadları, insan orqanizminə məhvedici təsiri,  narkomanlığa qarşı mübarizədə erkən müalicənin və maarifləndirmə işinin vacibliyi, profilaktik tədbirlərə diqqətin artırılması barədə ətraflı məlumat və tövsiyələr vermiş, mövzu ətrafında geniş diskussiyalar aparılmış və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

/img/gallery/100x100/2020_12_23_16_23_28_5e6d.jpg
  1. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

  2. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

  3. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

  4. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

  5. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

  6. “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin tə..

Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dair sosial reklamlar yerləşdirilib

     “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və bir il ərzində nümayişi nəzərdə tutulmuşdur.

       Eyni zamanda görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılmışdır.

/img/gallery/100x100/2020_12_18_11_50_38_7437.jpg
  1. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  2. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  3. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  4. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  5. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  6. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  7. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  8. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..

  9. Metro stansiyalarında narkomanlığa qarşı mübarizəyə dai..