Qalereya

2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2020-ci ilin 9 ayı ərzində  aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə  qarşı aparılmış mübarizə  tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda  təhlil olunaraq ümumiləşdirilmişdir.

 Müəyyən edilmişdir ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 4195 (+535 və ya 12,8%) fakt aşkar olunmuşdur. Onlardan 1507-si (+436) narkotik vasitələrin qanunsuz satışı, 2309-u (+19) narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si (+56)qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 62-si(+24) isə digər cinayətlərlə bağlı olmuşdur.

 Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kq 356,5 qr (+1 ton 831,7 kq) narkotik vasitələrin və psixotrop maddələrin 2 ton     297 kq 293,6 qr-nı (+ 1 ton 483,4 kq) heroin (60,4%), 848 kq 997,8 q-nı (+163,8 kq) marixuana (22,3%), 267 kq 258,7qr-nı (+ 19,7 kq) tiryək (7%), 90 kq 377,2 qr-nı (+68,9 kq) həşiş (2,4%), 394 qr-nı (-3,5 kq) kokain (0,01%) narkotik vasitələr, 302 kq  035,2  qr-nı  (+99,3 kq) psixotrop maddələr və digərləri (7,9%) təşkil etmişdir.

    Həmçinin hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513 (-111 ha) hektar sahədən çəkisi 152 ton 791 kq 035,6 qr (+25 ton 946 kq 106 qr) olan 414 min 644ədəd (+166 min 680) yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilmişdir.

    Ötən 9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə cinayət məsuliyyətinə 3105 (+487) nəfər cəlb edilmişdir ki, onlardan 16-18  yaşadək 4 (- 4) nəfər, 18-25 yaşadək 251 (+42) nəfər, 26-29 yaşadək 526 (+129) nəfər, 30 yaş və ondan yuxarı isə 2308 (+322) nəfər təşkil edir.

  Məsuliyyətə cəlb olunanlardan 16-sı (+8) əvvəllər xüsusi qeydiyatda olan, 891-i (+219) əvvəllər cinayət törətmişlər, 2135-i (+308) işləməyən, 3045-i (+514) kişilər, 60-ı (-9) qadınlar, 61-i  (-10) isə xarici ölkə vətəndaşı olmuşdur.

 Məsuliyyətə cəlb edilmiş 61 xarici ölkə vətəndaşından 34-ü İran İslam Respublikası, 10 - u Gürcüstan, 13 - ü Rusiya, 2-si Qazaxıstan, 1- i Pakistan və 1 - i Ukrayna vətəndaşı olmuşdur. Onlardan çəkisi  767 kq  292 qr müxtəlif növ narkotik vasitə, 18 kq 394,2 qr psixotrop maddə, 165 qr güclü təsir edən maddə, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülmüşdür.

  Cari ilin hesabat dövründə hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilmiş, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kq müxtəlif növ narkotik vasitə, 6 kq 501,4 qr psixotrop maddə, 2 kq 651 qr prekursor çıxarılmışdır.

  Ümumilikdə aşkar edilmiş cinayətlərin 305-i qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 252,4 qr narkotik vasitələr müsadirə edilmişdir.  Qeydə alınmış cinayətlərin 1252-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan çəkisi 435,1 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

   Təhlil göstərir ki, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 536, qanunsuz satışı ilə bağlı faktların sayı 437, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı56, qrup şəklində törədilmiş cinayətlərin sayı251 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 831 kq 734,4 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 25 ton      946 kq 106 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 487 nəfər artmışdır.

  Bunula yanaşı məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının  sayı 12, azyaşlıların sayı  4, qadınların sayı 9 nəfər azalmış, orta məktəb şagirdləri və kollec tələbəsi məsuliyyətə cəlb edilməmişdir.

 Qeyd olunanlarla yanaşı qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitə olan heroinin çəkisi - 1 ton 483,4 kq, marixuananın çəkisi - 163,8 kq, həşişin çəkisi - 68,9 kq, tiryəkin çəkisi - 19,7 kq,  psixotrop maddələr və digərlərinin çəkisi - 99,3 kq artmış, kokainin çəkisi  3,6 kq azalmışdır.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin  2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32 921 (+1489) nəfər narkotik istifadəçisi  vardır ki, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

  Hesabat dövründə Publik Hüquqi Şəxsin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24499 nəfər keçirilmişdir. Onlardan 4283 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 2570 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür.

 Ötən 9 ay ərzində  Publik Hüquqi Şəxsin Metadonla əvəzedici terapiya proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 370, Respublika Narkoloji Mərkəzində - 174, Sumqayıt şəhər Narkoloji Dispanserində - 84)  628  nəfər xəstə müalicə alır.

 Cari ilin 9 ayı ərzində 2701 nəfər Publik Hüquqi Şəxsin Ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir ki, onlardan 1816 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.

  Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən cari ilin  9 ayı ərzində İİV-ə 397 nəfər yoluxmuş, onlardan 390-ı Azərbaycan  Respublikası vətəndaşıdır.

  Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8526 nəfərdən (6112 kişi, 2434 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2620 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür. Qeydiyyatda olanların 8237 nəfəri Azərbaycan  Respublikası (5904 nəfər kişi, 2333 qadın ), 289-u (208 kişi, 81 qadın) əcnəbi vətəndaşlardır.

 31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda olanların 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. Onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadiçiləridir.

Cari ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçşidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olmuşdur.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 9 ayında aşkarlanmış 390 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının  54 (13,9%)  nəfəri inyeksion  narkotik istifadəçisi olmuşdur.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən cari ilin 9 ayı ərzində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, birgə əməkdaşlıq fəaliyyəti nəticəsində ictimai maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Dövlət Proqramının 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi  fəaliyyət  göstərən  İşçi  Qrupu tərəfindən “İllik Hesabat” hazırlanmışdır.

26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir:

 

  • Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, Bakı şəhəri və respublikanın şəhər, rayon komissiyalarının sədrlərinin ümumilikdə 61 nümayəndənin iştirakı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda  onlayn konfrans keçirilmiş;
  • narkomanlığın ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş (DK İsci Qrup: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) ölkə üzrə fəaliyyət göstərən “Bakcell”, “Azerfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada sms vasitəsilə abunəçilərə (təqribən 4 milyon) göndərilmiş, “Azercell” mobil operatoru tərəfindən də göndərilməsi nəzərdə tutulub;
  • Azərbaycan Televiziyasının (AzTv) “Çıxışa doğru” verilişində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Çalış ki, Narkotikə Hədəf Olmayasan” adlı sosial rolikin yayımlanması təmin edilmiş;
  • “Narkomanlığa birlikdə yox deyək” şüarı iki formada Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında mövcud olan monitorlarda nümayiş olunmuş;
  • narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişiklikləri və xəbərdaredici şüarları əks etdirən maarifləndirici video çarx Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin 220-dən artıq avtobusunda olan monitorlarda nümayiş olunmuş;
  • bu istiqamətdə həyata keçirilən bütün tədbirlər kütləvi informasiya vasitələrində o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.

 

Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni  təmin  etmək  məqsədilə  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “802” qaynar xətt rabitə əlaqəsi cari ilin avqust atından etibarən fəaliyyətə başlayıb və “802” telefon xidmətinin fəaliyyətinin ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə sosial çarx hazırlanmışdır.

Dövlət Proqramının 4.1.22 bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının mobil versiyasının hazırlanması təmin edilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi (məlumat, ərizə, şikayət və təklif) üçün nmdk.gov.az saytında onlayn müraciət bölümü yaradılmışdır.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, ailədaxili münasibətlər kontekstində valideyn nəzarətsizliyinin narkotik vasitələrdən istifadədə rolu movzusunda “Alimizə və övladlarımıza dəyər verək”, “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında “İçindəki günəşi qoru, narkotikə yox de” adlarında iki ədəd yeni maarifləndirici video çarx hazırlanmışdır. Qeyd olunan video çarxların mövcud şərait nəzərə alınmaqla, gələcəkdə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.

Dövlət Proqramı"nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanmışdır.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlar sisteminin modernləşdirilməsi üçün müvafiq elektron xəritələrin hazırlanması istiqamətində işlər davam etdirilir.

/img/gallery/100x100/2020_11_05_16_57_32_bf49.jpg
  1. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  2. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  3. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  4. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  5. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  6. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  7. 2020-ci ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

Dövlət Komissiyasının rəsmi internet səhifəsi təkmilləşdirilmişdir.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi, mobil versiyasının hazırlanması, həmçinin yeni bölümlərin yaradılması təmin edilmişdir.

   Eyni zamanda görülən işlərin davamı olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün saytda onlayn müraciət bölümü yaradılmışdır.

/img/gallery/100x100/2020_10_28_10_32_23_42cb.jpg
  1. Dövlət Komissiyasının rəsmi internet səhifəsi təkmilləş..

  2. Dövlət Komissiyasının rəsmi internet səhifəsi təkmilləş..

Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti altında tədbirlər davam edir.

"Xaş-xaş 2020" şərti altında Qax, Qazax, Yardımlı və Zaqatala rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 4435 kq xaş-xaş və 14037 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.

/img/gallery/100x100/2020_10_15_14_31_28_a586.jpg
  1. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  2. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  3. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  4. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  5. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  6. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  7. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

  8. Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2020" şərti a..

Qax rayonu ərazisində 2 ton yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin  əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində 9090 ədəd, ümumi  çəkisi 2000 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2020_10_15_14_19_13_58c5.JPG
  1. Qax rayonu ərazisində 2 ton yabanı halda bitmiş çətənə..

  2. Qax rayonu ərazisində 2 ton yabanı halda bitmiş çətənə..

Yeni sosial çarx hazırlanmışdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotik sərhədsiz fəlakətdir” adlı sosial çarx hazırlanmışdır.

Sosial rolikdə ailədaxili münasibətlər kontekstində valideyn nəzarətsizliyinin narkotik vasitələrdən istifadədə rolu təsvir olunmuşdur. Yekun olaraq video çarx “Ailəmizə və övladlarımıza dəyər verək! Narkotik sərhədsiz fəlakətdir” xəbərdaredici şüarları ilə tamamlanmışdır. Mövcud şəraitə uyğun olaraq həmin video çarxın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.

/img/gallery/100x100/2020_10_12_17_03_44_8d42.jpg
  1. Yeni sosial çarx hazırlanmışdır...

  2. Yeni sosial çarx hazırlanmışdır...

  3. Yeni sosial çarx hazırlanmışdır...

  4. Yeni sosial çarx hazırlanmışdır...

  5. Yeni sosial çarx hazırlanmışdır...

  6. Yeni sosial çarx hazırlanmışdır...

  7. Yeni sosial çarx hazırlanmışdır...

Yeni sosial lövhələr hazırlanmışdır.

    "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanmışdır.  

     Qeyd olunan sosial lövhələrin Bakı şəhərinin avtobus dayanacaqlarında, metro stansiyalarda, Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə, iri Ticarət və Əyləncə Mərkəzlərində və ictimaiyyətin sıx toplaşdığı digər yerlərdə yayımlanması, eyni zamanda respublikanın şəhər və rayonlarına xidməti istifadə üçün göndərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2020_09_25_10_30_12_653a.jpg
  1. Yeni sosial lövhələr hazırlanmışdır...

  2. Yeni sosial lövhələr hazırlanmışdır...

  3. Yeni sosial lövhələr hazırlanmışdır...

  4. Yeni sosial lövhələr hazırlanmışdır...

  5. Yeni sosial lövhələr hazırlanmışdır...

Göyçay rayonu ərazisində 280 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Göyçay  rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonunun Cəyirli kəndi ərazisində yabanı halda bitmiş 230 ədəd, ümumi  çəkisi 280 kq olan  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2020_08_14_17_04_38_bff6.jpg
  1. Göyçay rayonu ərazisində 280 kiloqram yabanı halda bitm..

  2. Göyçay rayonu ərazisində 280 kiloqram yabanı halda bitm..

  3. Göyçay rayonu ərazisində 280 kiloqram yabanı halda bitm..

Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı  rayon polis şöbəsinin  əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Goranboy rayonunun Todan kəndi ərazisində yabanı halda bitmiş 2849 ədəd, ümumi  çəkisi 1 ton 781 kq olan  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2020_08_11_14_39_10_4c4c.jpg
  1. Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı ha..

  2. Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı ha..

  3. Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı ha..

  4. Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı ha..

  5. Goranboy rayonu ərazisində 1 ton 781 kiloqram yabanı ha..

Ağdam rayonu ərazisində 18 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

 Ağdam rayon polis şöbəsinin  əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Orta Qərvənd kəndi ərazisində yerləşən neytral sahədə 954 ədəd, ümumi  çəkisi 18 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2020_08_05_11_47_28_78ef.jpg
  1. Ağdam rayonu ərazisində 18 kiloqram yabanı halda bitmiş..

  2. Ağdam rayonu ərazisində 18 kiloqram yabanı halda bitmiş..

Gəncə şəhər şəhəri ərazisində 1082 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Gəncə şəhər Nizami  rayon polis şöbəsinin  əməkdaşları tərəfindən “Xaş-xaş 2020” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Gəncə şəhəri Totanlı küçəsinin baş hissəsində "Gəncə" çayının boş torpaq ərazisində 1852 ədəd, ümumi  çəkisi 1018 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2020_08_05_11_42_12_47e5.jpg
  1. Gəncə şəhər şəhəri ərazisində 1082 kiloqram yabanı hald..

2020-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2020-ci ilin 6 ayı ərzində ölkə üzrə  narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təhlil edilərək ümumiləşdirilmişdir.

    Müəyyən edilmişdir ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkar olunmuşdur. Onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan  2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 091,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil etmişdir.

   Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton  163 kq 710,6 qr  (+16 ton 271 kq 409 qr) olan 271 min 712ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilmişdir.

 Cinayət məsuliyyətinə 1933 nəfər cəlb edilmişdir ki, onlardan 16-18  yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edir.

 Məsuliyyətə cəlb olunanlardan 85-i  fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı  kişi, 43-ü qadın, 49-u isə  xarici ölkə vətəndaşı olmuşdur.

  Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olmuşdur. Onlardan çəkisi  448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülmüşdür.

    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən 6 ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilmiş,faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

   Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kq narkotik vasitələr müsadirə edilmişdir.

  Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 208,4 kq  müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

   Təhlil göstərir ki, ötən ilin 1-ci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü  ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt,  ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artmış, 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının  sayı 7 nəfər azalmışdır.

   Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olmuşdur. 

  Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10832 nəfər keçirilmişdir. Onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 1759 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Hazırda  əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən   3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583  nəfər xəstə müalicə alır.

   Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur və ekspertizadan cəmi 1794 nəfər keçmişdir. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub,  mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

   Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna(İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

   Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülmüşdür. Ümumiyyətlə qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış  İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər olmuşdur.

  Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion  narkotik istifadəçisi olmuşdur.

/img/gallery/100x100/2020_08_04_10_35_06_185e.jpg
  1. 2020-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  2. 2020-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  3. 2020-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

  4. 2020-ci ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələr..

Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə videokonfrans keçirilmişdir

Cari ilin 29 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Informasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) təşəbbüsü ilə 2021-2025-ci illəri əhatə edən yeni proqram layihəsinin hazırlanması məqsədi ilə ölkəmizin aidiyyəti dövlət qurumlarının iştirakı ilə virtual platformada məsləhətləşmələrin aparılması üçün videokonfrans keçirilmişdir.

Məsləhətləşmələrin məqsədi Azərbaycan Respublikasının bu proqrama qoşulmaq marağını və qarşıda gələn illər üçün narkotiklər, cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsindəki prioritetlərini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin növbəti illər üçün qlobal istiqamətlərini təqdim etmək, birgə əməkdaşlıq planlarını və gələcək perspektiv imkanlarını müzakirə etmək olmuşdur.

Videokonfransda Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndəsi, MARİƏM-in rəhbərliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Səhiyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri iştirak etmişdir.

/img/gallery/100x100/2020_07_30_15_40_17_27de.jpg
  1. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  2. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  3. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  4. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  5. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  6. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..

  7. Mərkəzi Asiya üzrə Regional İnformasiya və Əlaqələndirm..