Qalereya

“Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol turniri keçirilib

  İyun ayının 30-da YAP Mərkəzi Aparatının, Suraxanı rayon təşkilatının və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol idman növü üzrə turnir keçirilib.

  Turnir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

  Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Sonra mərasimdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov və başqaları bildiriblər ki, narkomaniya ilə mübarizə sahəsi daim diqqət mərkəzində olmuş, dövlət proqramları qəbul edilmiş, müxtəlif  layihələr həyata keçirilmişdir. Bugünkü tədbirin də əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.

  Çıxışlardan sonra final mərhələsinə start verilib. 10 komandanın iştirak etdiyi turnirin qalibləri xatirə hədiyyələri və diplomlar ilə mükafatlandırılıb.

/img/gallery/100x100/2022_06_30_16_13_18_46fc.jpg
  1. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  2. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  3. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  4. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  5. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  6. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  7. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  8. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  9. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  10. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  11. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  12. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

"Azərfon" abunəçilərinə 2 milyona yaxın narkotiklərin ziyanı ilə bağlı maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

    Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyun ayı ərzində ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə  "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş göndərilib.

     Bildiriş SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) mərhələli qaydada 1967209 milyon abunəçiyə ünvanlanıb.

 

/img/gallery/100x100/2022_06_30_11_39_41_ddd9.jpg
  1. "Azərfon" abunəçilərinə 2 milyona yaxın narkotiklərin z..

26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar fləşmoblar təşkil olunub.

 “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar carı ilin 20 iyun tarixindən 25 iyun tarixinədək Bakı şəhəri Yasamal  və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı  silsilə fləşmoblar təşkil olunub.

   Fləşmoblar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

/img/gallery/100x100/2022_06_28_16_34_12_201d.jpg
  1. 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübariz..

Sosial çarxlar reklam lövhələrində yayımlanır

    İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan Dövlət Reklam Agentliyi ilə əmədaşlığı çərçivəsində “802 qaynar xətt”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların cari ilin 25 iyun tarixindən etibarən Bakı şəhərinin Dilarə Əliyeva, Yusif Seferov, Səməd Vurğun, Landau, Atatürk, Azadliq, Neftçilər küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümayişinə başlanılıb və uzun müddət yayımlanması nəzərdə tutulub.

/img/gallery/100x100/2022_06_28_12_01_27_b6f9.jpg
  1. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  2. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  3. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  4. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  5. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  6. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  7. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  8. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

  26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə carı ilin 25 və 26 iyun terixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilib.

  SMS-lər mərhələli qaydada 2 gün ərzində təqribən 5 milyona yaxın abunəçiyə ünvanlanıb.

 

/img/gallery/100x100/2022_06_28_11_09_41_6c4b.jpg
  1. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

  2. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə tədbir təşkil olunub.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Gənclər Təşkilatlarının Resurs Mərkəzində (Globus Centre) gənclər üçün maarifləndirici tədbir keçirilib. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsmanın nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda narkomanlığa qarşı fədakar mübarizəsinə və gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsində nümayiş etdirdiyi fəallığa görə bir qrup gənc  “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən təşəkkürnamələrlə təltif edildi.

/img/gallery/100x100/2022_06_28_10_04_49_cbf4.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  7. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  8. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir

İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində  narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklər metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2022_06_25_16_06_03_23a6.jpg
  1. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

  2. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

Nəsimi rayonunda “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı fləşmob keçirilib

   26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarı altında YAP fəallarının iştirakı ilə Nəsimi rayonunda fləşmob keçirilib. 

  Nəsimi rayonunda yerləşən stadionda 170-dən çox gəncin iştirakı ilə keçirilən fləşmobda yaşıl və ağ rəngli karton lövhələrdən “Sağlam gələcəyi seç – Bizdən biri ol!” şüarları yaradılıb.

  Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

/img/gallery/100x100/2022_06_24_16_44_22_6b54.jpg
  1. Nəsimi rayonunda “Sağlam gələcəyi seç – Bizdən biri ol!..

Sumqayıtda “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!” adlı fləşmob keçirilib

  26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına uyğun olaraq, YAP Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!” adlı fləşmob keçirilib.

  YAP Sumqayıt şəhər təşkilatının ərazisində təşkil edilən fləşmobda 250 gəncin iştirakı ilə “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!” şüarı yaradılıb.   

/img/gallery/100x100/2022_06_24_15_17_14_2eb5.png
  1. Sumqayıtda “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox..

  2. Sumqayıtda “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox..

“Narkomaniyaya yox deyirik!” adlı növbəti fləşmob Gəncədə keçirilib

  Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib.

  Heydər Əliyev meydanında baş tutan fləşmobda partiyanın fəal üzvləri yaxından iştirak ediblər. Dörd minə yaxın gəncin iştirakı ilə keçirilən fləşmobda “Narkomaniyaya yox deyirik!” şüarı canlandırılıb.

  Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

/img/gallery/100x100/2022_06_24_11_42_41_5c7a.jpg
  1. “Narkomaniyaya yox deyirik!” adlı növbəti fləşmob Gənc..

“Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib

  Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, YAP Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçirilib.

Fləşmobda Azərbaycan Texniki Universitetinin tələbələrinin iştirakı ilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.

/img/gallery/100x100/2022_06_23_15_54_27_5e44.jpg
  1. “Gənclər sağlam həyat tərzini seçir!” adlı fləşmob keçi..

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron informasiya terminallarında

   Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsibirgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar cari ilin 23 iyun tarixindən etibarən (7 gün müddətində)  elektron informasiya terminallarında (VMS) nümayiş olunur.

/img/gallery/100x100/2022_06_23_14_42_59_aaeb.jpg
  1. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  2. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  3. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..

  4. “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..