Qalereya

Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır

   Narkomaniya bəşəriyyətin problemidir. Bu, Azərbaycan xalqı üçün xarakterik məsələ olmasa da, ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb.

      Bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşündə deyib.

    Baş Nazirin müavini bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra İranla olan dövlət sərhədimizin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib. Bu isə yeni narkotik tranzitinin yaranmasına səbəb olub.

    1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını bildirən Baş Nazirin müavini deyib ki, Azərbaycanda beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Bu proqramlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi baxımından önəmlidir. Bu il artıq dördüncü belə Proqram qəbul edilib. Bu sənəd 2019-2024-cü illəri əhatə edəcək. Dövlətimizin başçısı son 15 ildə Azərbaycanda narkomaniya ilə mübarizəyə dair 15 fərman, 56 sərəncam imzalayıb.

     Mişel Kazaçkin Azərbaycanda narkomaniya ilə mübarizənin səviyyəsindən məmnunluğunu ifadə edib.

/img/gallery/100x100/2019_10_02_14_30_03_d77e.jpg
  1. Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mü..

  2. Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mü..

  3. Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mü..

  4. Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində mü..

Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dair sosial lövhələr quraşdırılıb

   Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tapşırıq və göstərişlərinin davamı olaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin avtobus dayanacaqlarında üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 40 ədəd lövhə quraşdırılıb.

    Sosial layihənin məqsədi narkomanlığın zərəri ilə bağlı maarifləndirmə işini daha da genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

/img/gallery/100x100/2019_09_26_15_31_57_bbc9.jpg
  1. Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dai..

  2. Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dai..

  3. Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dai..

  4. Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dai..

  5. Avtobus dayanacaqlarında narkomaniya ilə mübarizəyə dai..

Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Topalhəsənli kəndi ərazisində 2764 ədəd, çəkisi 6185 kq, Toğanalı kəndi ərazisində 6250 ədəd, çəkisi 2187 kq, Balçılı kəndi ərazisində 8345 ədəd, 4393 kq olmaqla ümumilikdə 17359 ədəd, cəmi çəkisi 12 ton 765 kq  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2019_09_03_15_37_41_d757.jpg
  1. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

  2. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

  3. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

  4. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

  5. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

  6. Göygöl rayonu ərazisində 12 ton 765 kiloqram yabanı hal..

Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədbir keçirilib.

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 30 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə narkomanlıqla mübarizə sahəsində tədbir keçirmişdir.

  Tədbirdə iştirak edənlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət orqanlarının nümayəndələri, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri çıxış edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verib, iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

    Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.

/img/gallery/100x100/2019_09_02_11_30_51_fac7.JPG
  1. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  2. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  3. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  4. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  5. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  6. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

  7. Gədəbəy rayonunda narkomanlıqla mübarizə sahəsində tədb..

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair növbəti tədbirlər Şəmkir və Tovuz rayonlarında keçirilib.

  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu Rayon İcra Hakimiyyətləri ilə birgə carı ilin 29 avqust tarixində  Şəmkir və Tovuz rayonlarında  dəyirmi masa keçirmişdir.

   Tədbir zamanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini və digər əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmışdılar.

   Eyni zamanda, rayon komissiyasiyalarının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq tövsiyyələr verilmişdir.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə  hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

 

/img/gallery/100x100/2019_08_29_17_47_53_c34a.JPG
  1. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

  2. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

  3. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

  4. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

  5. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

  6. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübari..

Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir keçirilib.

  Carı ilin 28 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir təşkil edib.

   Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri  iştirak etmişdir.

   Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib, eyni zamanda, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqədə çatdırılmışdır.

   Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Sonda rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.

/img/gallery/100x100/2019_08_29_14_34_04_a2fe.JPG
  1. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  2. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  3. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  4. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  5. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  6. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  7. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

  8. Göygöl rayonunda narkotik vasitələrin qanunsuz dövriyyə..

Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir təşkil olunub.

  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 28 avqust tarixində Dövlət Komissiyasının İşçi Qrupu Yevlax şəhər İcra Hakimiyyəti ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir keçirmişdir.

  Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini, İşçi qrupun sektor müdiri və baş məsləhətçisi, Şəhər İcra Hakimiyyəti başçısının müavi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının üzvləri iştirak etmişdir.

  Həmçinin, tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

   Tədbir çərçivəsində şəhər komissiyasına metodiki köməklik göstərilmiş və zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.

/img/gallery/100x100/
  1. Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyə..

  2. Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyə..

  3. Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyə..

  4. Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyə..

  5. Yevlax şəhərində narkotik vasitələrin qanunsuz dövriyyə..

Ağdaş rayonu ərazisində 306 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Malay kəndləri ərazisində 982 ədəd, ümumi  çəkisi 306 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2019_08_27_12_08_43_5b4a.jpg
  1. Ağdaş rayonu ərazisində 306 kiloqram yabanı halda bitmi..

  2. Ağdaş rayonu ərazisində 306 kiloqram yabanı halda bitmi..

  3. Ağdaş rayonu ərazisində 306 kiloqram yabanı halda bitmi..

Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir keçirilib

 Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2019-cu ilə dair imzalanmış birgə “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 26 avqust tarixində 4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

  Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqındao cümlədən məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahat və tövsiyələr vermişlər.

   Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır.

/img/gallery/100x100/2019_08_26_16_15_33_4eb0.JPG
  1. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  2. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  3. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  4. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  5. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  6. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  7. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

  8. Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..

Tovuz rayonu ərazisində 1913 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

   Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonunun Qazaxbəyli kəndi ərazisində 2385 ədəd, cəmi çəkisi 1913 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/
  1. Tovuz rayonu ərazisində 1913 kiloqram çətənə bitkisi aş..

  2. Tovuz rayonu ərazisində 1913 kiloqram çətənə bitkisi aş..

Ağdam rayonu ərazisində 6 kiloqram çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonunun Çəmənli kəndi ərazisində 31 ədəd, cəmi çəkisi 9 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2019_08_20_14_21_42_3147.jpg
  1. Ağdam rayonu ərazisində 6 kiloqram çətənə bitkisi aşkar..

  2. Ağdam rayonu ərazisində 6 kiloqram çətənə bitkisi aşkar..

  3. Ağdam rayonu ərazisində 6 kiloqram çətənə bitkisi aşkar..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba rayonunda tədbirlər təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Quba rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbirlər keçirilmişdir.

/img/gallery/100x100/2019_08_20_14_11_05_3019.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Quba r..