
Carı ilin 05 noyabr tarixində Balakən ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün tədbir və treninq keçirilib təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqlərdən öncə şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri əyani vəsaitlər təqdim edilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq yarımbəndlərinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda zəruri əyani təbliğat materialları (bukletlər) çap edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.
Carı ilin 4 noyabr tarixində Şəki şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbir keçirilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin nümayəndələrinin iştirak etdikləri tədbirdə şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına İşçi Qrupunun hazırladığı sertifikatlar və əyani təbliğat materialları verilib.
Narkomanlıq probleminə dair treninq və tədbirlərin davamı carı ilin 4 noyabr tarixində Qəbələ ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqdən öncə şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, əyani vəsaitlər ilə (eyni zamanda, elektron informasiya daşıyıcısında) təmin olunublar.
Daha sonra “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları paylanılıb.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilib.
Oktyabrın 29-da Bərdə rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər verilib.
Oktyabrın 29-daAğcabədi rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.
Azərbaycan Texniki Universitetində gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə həsr olunmuş “Narkotiksiz gələcək naminə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov açaraq Azərbaycanda narkomaniya əleyhinə tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını bildirib və bu istiqamətdə həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupununsektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və mətbuat xidmətinin əməkdaşları iştirak edib.
Məruzəçilər mövzu ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və müvafiq qanunvericilik aktlarının icrası ilə bağlı ətraflı məlumat verib, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə bağlı Azərbaycanda baş verən cinayətlər barədə çıxış ediblər.
Həmçinin tədbir iştirakçılarına narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib. Məruzələr ətrafında aparılan müzakirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə tələbələrin narkomaniyaya qarşı mübarizə ilə bağlı sualları ekspertlər tərəfindən cavablanırılıb.
Oktyabrın 28-də İmişli rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.
Oktyabrın 28-də Saatlı rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində oktyabrın 27-də Sabirabad rayonunda müvafiq tədbirlər keçirilib.
İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Sabirabad rayonu üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib
Oktyabrın 27-də Biləsuvar rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlər keçirilib.
İşçi qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninqlərdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və zəruri əyani vəsaitlər verilib.
Narkomanlıq probleminə dair treninq və tədbirlərin davamı 27 oktyabrda İsmayıllı ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil olunmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqlərdən öncə şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.
Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar və zəruri əyani vəsaitlər təqdim edilib.
Növbəti tədbir və treninq Balakən rayonunda təşkil olun..
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..
Şəki şəhərində narkomanlığa qarşı mübarizə işinin təşki..
Növbəti tədbir və treninq Qəbələ rayonunda təşkil olund..
Bərdədə narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə..
Ağcabədidə narkomanlığa qarşı mübarizə işinin təşkili ü..
Azərbaycan Texniki Universitetində maarifləndirmə tədbi..
İmişlidə antinarkotik təbliğat işinin təşkili üzrə tədb..
Saatlıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzr..
Sabirabadda narkomanlığın fəsadları ilə bağlı ümumtəhsi..
Narkomanlıq probleminə dair növbəti treninq Biləsuvar r..
Növbəti tədbir və treninq İsmayıllı rayonunda təşkil ol..