Qalereya

“Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

  Azərbaycan Respublikası Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq göstərişinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin (4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər) icrası ilə əlaqədar, aidiyyəti orqanlarla birlikdə Bakı şəhər ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

   Həmçinin, keçiriləcək tədbirlərdə narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar, xüsusi şüarlar əsk olunan zəruri təbliğat materiallarının paylanılması və sağlam həyat tərzini təbliğ edən sosial rolikin yayılması təmin olunacaqdır.

 

/img/gallery/100x100/2018_11_12_17_47_04_7c58.png
  1. “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öy..

Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır.

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində görülən işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, onun işçi qrupu və şəhər/rayon komissiyaları arasında işgüzar əlaqələrin yaradılmasını asanlaşdırmaq məqsədi ilə Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası hazırlanmışdır.

  Tərtib olunmuş telefon-məlumat kitabçası xidməti istifadə üçün aidiyyəti nazirlik, komitə, təşkilat və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyalarına göndərilmişdir.

/img/gallery/100x100/2018_11_08_15_25_45_2c2d.jpg
  1. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

  2. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

  3. Dövlət Komissiyasının yeni telefon-məlumat kitabçası ha..

Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tamaşa nümayiş olunmuşdur

   Cari ilin 02 noyabr tarixində Nizami Kino Mərkəzində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film-tamaşasının ictimai nümayişi həyata keçirildi.

   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Milli Məclisin deputatları, Dövlət Komissiyasının üzvləri, aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, o cümlədən ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

  Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film-tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, o cümlədən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyəti tərəfindən ərsəyə gəlmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov,  Milli Məclisin deputatı Fazil Mustafa  çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan film-tamaşanın əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

    Daha sonra cənab Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə sahəsində dəyişməz qətiyyətli mövqə göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə böyük dəyər verərək onları dövlətimizin və millətimizin gələcəyi adlandırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət və həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi səylər nəticəsində Azərbaycanın artıq bütün dünyada tanındığıni və mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəmizin nüfuzunun artdığını bildirdi.

    Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqeyi nümayiş etdirməsini diqqətə çatdırdı.

   Cənab Əli Həsənov bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Belə ki, 19-23 noyabr 2018-ci il tarixdə Bakı şəhərində BMT-nin  Yaxın və Orta Şərqdə  narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçiriləcəkdir.

  Bundan əlavə, Beynəlxalq Norkotiklərlə Mübarizə Konfransının (İDEC) qərarına əsasən Azərbaycan 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində bu mötəbər qurumun növbəti konfrasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarların qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi olduğunu bildirdi.

  Yekunda Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə çərçivəsində istər dövlət qurumlarının, istər ictimai birliklərin, istərsə də vətəndaşların hər birinin təşəbbüsünü müsbət qiymətləndirdiyini və onların həyata keçirilməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu xüsusi ilə qeyd etdi.

   Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan “Bəla” film-tamaşasi nümayiş olunmuşdur.

  Daha sonra cənab Əli Həsənov “Bəla” film-tamaşasının ərsəyə gəlməsində zəhməti olan yaradıcı heyəti, aktyor və aktrisaları qəbul edərək onlara minnətdarlığını bildirərək öz tövsiyələrini vermişdir.

/img/gallery/100x100/2018_11_03_11_40_54_c846.jpg
  1. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  2. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  3. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  4. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  5. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  6. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  7. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  8. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  9. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  10. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  11. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  12. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  13. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  14. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  15. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  16. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  17. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

  18. Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tam..

"Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keçirilmişdir

    UNİSEF-in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlığı ilə cari ilin 24-26 oktyabr tarixlərində Ağcəbədi Pedaqoji Kollecində "Məişət zorakılıgi və narkomaniya", "Zərərli vərdişlərə təhrik olunmanın psixologiyası" mövzularında təlim-məşğələlər keçirilmişdir.

    Eyni zamanda tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_30_09_12_10_6eb6.JPG
  1. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  2. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  3. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  4. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  5. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  6. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  7. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

  8. "Məişət zorakılıgi və narkomaniya" mövzusunda təlim keç..

2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2018-ci ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

    Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilmişdir ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunmuşdur.

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100%  və 1878 ədəd həb təşkil etmişdir.

  Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 421 ha 46 sot ərazidən 132 ton 165 kq 418 qr (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

    Cinayət məsuliyyətinə 1841 nəfər cəlb edilmişdir ki, onlardan 7-i 16-18 yaşadək, 118-i       18-25 yaşadək, 235-i 26-29 yaşadək, 1481-i 30 yaşdan yuxarı, o cümlədən 24-ü fəhlə, 1566-ı işləməyənlər, 5-i qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 690-ı əvvələr cinayət törətmişlər, 12-i əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1814-ü kişilər, 27-si qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 48 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 34-ü İran İslam Respublikası, 4-ü Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-i  Türkiyə, 2-i Ukrayna 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olmuşdur.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

 2018-ci ilin III rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22986 nəfər keçmişdir. Onlardan 2751 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 1396 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülmüşdür.  

    Həmçinin, hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130 nəfəri Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji dispanserdə, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserindədir.     

     Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil etmişdir ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

     İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil etmişdir ki, onların da 1901 nəfəri İNİ olmuşdur. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilmişdir.

/img/gallery/100x100/2018_10_23_12_37_50_ac5c.jpg
  1. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  2. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  3. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  4. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

  5. 2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin,..

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton 380 kq xaş-xaş və 26 ton 607 kq çətənə kolları məhv edilib.

    Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən “Xaş-xaş 2018” şərti ad altında Astara, Lerik, Şəki, Yardımlı və Zaqatala şəhər/rayonların ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 10 ton 380 kq xaş-xaş və 26 ton 607 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv edilmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.

/img/gallery/100x100/2018_10_04_12_25_46_983a.jpg
  1. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  2. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  3. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  4. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  5. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  6. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  7. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  8. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

  9. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 10 ton ..

Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonlarında keçirilmişdir.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Quba və Xaçmaz rayonlarında maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_03_15_19_50_bb57.JPG
  1. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  2. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  3. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  4. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  5. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  6. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

  7. Növbəti maarifləndirmə tədbirləri Quba və Xaçmaz rayonl..

Şəki rayonu ərazisində 9 ton 381 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Şəki  rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Aşağı Daşağlı kəndi ərazisində hər birinin hündürlüyü 120-210 sm, ümumi sayı 31270 ədəd, ümumi çəkisi 9 ton 381 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_10_02_12_38_31_5f0a.png
  1. Şəki rayonu ərazisində 9 ton 381 kiloqram yabanı halda ..

  2. Şəki rayonu ərazisində 9 ton 381 kiloqram yabanı halda ..

  3. Şəki rayonu ərazisində 9 ton 381 kiloqram yabanı halda ..

  4. Şəki rayonu ərazisində 9 ton 381 kiloqram yabanı halda ..

Yevlax rayonu ərazisində 1 ton 216 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Yevlax  rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Varvara Bələdiyyəsinə məxsus torpaq sahəsində 2341 ədəd, ümumi çəkisi 1 ton 216 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2018_10_02_11_46_57_2e3d.jpg
  1. Yevlax rayonu ərazisində 1 ton 216 kiloqram yabanı hald..

  2. Yevlax rayonu ərazisində 1 ton 216 kiloqram yabanı hald..

  3. Yevlax rayonu ərazisində 1 ton 216 kiloqram yabanı hald..

Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirləri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.

  Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyalarının üzvləri, psixoloqlar, müəllim və yeniyetmələr iştirak etmişdirlər. Tədbirlərdə  çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmışlar.

  Natiqlər qeyd etmişlər ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur,eləcə də cinayətkarlığa zəmin yaradır.

  Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_02_10_51_59_f6e0.JPG
  1. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  2. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  3. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  4. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  5. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  6. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  7. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  8. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  9. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  10. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  11. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

  12. Sabirabad və Saatlı rayonlarında maarifləndirmə tədbirl..

Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacıqabul rayonunda təşkil olunub.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Şirvan şəhəri və Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər/rayon komissiyasının üzvləri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

 

/img/gallery/100x100/2018_10_01_14_24_37_baf4.JPG
  1. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  2. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  3. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  4. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  5. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  6. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  7. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  8. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

  9. Növbəti maarifləndirmə tədbirləri Şirvan şəhəri və Hacı..

Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirləri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayı ərzində “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda Siyəzən və Şabranrayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.

  Tədbirlərdə ağsaqqallar, din xadimləri çıxış edərək narkomaniyanın cəmiyyət üçün ağır bəla olduğunu və gənclərin, yeniyetmələrin bu məhvedici xəstəliyə düçar olmaması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulamışdır.

  Tədbirlərdə digər çıxış edənlər də narkotik vasitələrin, psixotrop maddələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmışlar.

   Natiqlər qeyd etmişlər ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə əxlaqi və mənəvi aşınmalara səbəb olur,eləcə də cinayətkarlığa zəmin yaradır.

    Tədbirlər çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.

/img/gallery/100x100/2018_10_01_11_11_35_4c56.JPG
  1. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  2. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  3. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  4. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  5. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  6. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  7. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  8. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  9. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  10. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..

  11. Siyəzən və Şabran rayonlarında maarifləndirmə tədbirlər..