Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının birgə təşkilatçılığı ilə cari ilin 04 iyun tarixində narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dövlətin narkomanlığa qarşı mübarizə ilə bağlı həyata keçirdiyi layihələrdən, son illər respublikamızda narkotik vasitələrə və psixotrop maddələrə qarşı mübarizənin güclənməsindən, bu sahədə maarifləndirmənin daha da güclənməsinə köməklik edəcək bu kimi tədbirlərin davamlı olması barədə danışmışlar.
Sonda iştirakçılara narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə videofilm nümayiş etdirilmişdir.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tapşırığına əsasən, 26 may 2015-ci il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 199 məhkəmə hökmü ilə müsadirə olunmuş 358 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 3620 ədəd çətənə bitkiləri Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 27 kq 448, 509 qr heroin, 145 kq 124,55 qr marixuana, 46 kq 776, 867qr həşiş qətranı, 104 kq 932,806 qr tiryək, 15 kq 852 qr xaş-xaş kütləsi, 200,571 qr kokain, 358,756 qr psixotrop maddələr təşkil etmişdir. (Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 5 milyon manat təşkil edir).
Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar ictimai maarifləndirmənin genişləndirilməsi məqsədi ilə təbliğat işində sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən “Narkomaniya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir”, “Gələcəyimizi birlikdə düşünək narkomaniya yox deyək” şüarları adı altında hazırlanmış mətnlər cari ilin 22 may tarixindən etibarən Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində və Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsindəki dairədə quraşdırılmış reklam lövhələrində (600 sm x 300 sm ölçülərdə) yerləşdirilmiş və həmin məlumatların uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar 23 may 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonu 251 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra məktəblilər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəasdlar barədə qısa pantamimo teatrı, rəsm sərgisi, həmçinin Bakı Teatrnın səhnələşdirdiyi “Həyatla oyun” adlı tamaşa iştirakçılara nümayiş olunmuşdur.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları, rayon komissiyasının sədri, üzvləri, digər aidiyyəti qurumların nümayəndələri, çoxsaylı müəllimlər və şagirdlər iştirak etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.
Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Yevlax şəhər komissiyasının köməkliyi ilə 14 may 2015-ci il tarixdə Yevlax şəhərinin Sahib Əliyev adına 1 nömrəli və İ.Nəsimi adına 3 nömrəli tam orta məktəblərində “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin, şəhərin aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.
Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Gəncə şəhər komissiyasının köməkliyi ilə 12 may 2015-ci il tarixdə Gəncə şəhərinin 4 və 22 nömrəli tam orta məktəblərində “Gələcək sağlam gənclərindir!” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin, şəhərin aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.
Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ucar rayon komissiyasının köməkliyi ilə 7 may 2015-ci il tarixdə Ucar şəhər 1 nömrəli Texniki-Humanitar Təmayüllü Məktəb-Liseydə və rayonun Qazyan kənd 1 nömrəli tam orta məktəbində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayonun aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.
Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu işləri davam etdirmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göyçay rayon komissiyasının köməkliyi ilə 5 may 2015-ci il tarixdə Göyçay şəhəri Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə və 5 nömrəli tam orta məktəbdə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər narkomaniya, QİÇS və s. kimi təhlükəli xəstəliklər barədə geniş məlumat vermiş, gələcəyimiz olan gənclərin belə bəlalardan uzaq olması üçün maarifləndirici məlumatların onlara tez-tez çatdırılması, əyani vəsaitlərin paylanılmasının zəruriliyi vurğulanmışdır.
Sonda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən hazırlanmış xüsusi geyim formaları, bukletlər şagirdlərə paylanılmış, rəsmi hissədən sonra çay süfrəsi arxasında mövzu üzrə müzakirələr davam etdirilmişdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, rayonun aidiyyəti strukturlarının nümayəndələri, həmçinin adı çəkilən məktəblərin çoxsaylı şagird və müəllim kollektivi iştirak etmişlər.
2015 ci il may ayının 15-də Şirvan şəhər 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhər ictimaiyyətinin iştirakı ilə “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, şəhər komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları, müəllimlər və məktəblilər iştirak etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Konfrans Regional Televiziya vasitəsilə işıqlandırılmışdır.
May ayının 14-də İmişli Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Belə ki, keçirilmiş tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini bir daha bu məsələyə cəlb etmək, narkomaniyaya qarşı mübarizəni gücləndirməkdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların əməkdaşları və məktəblilər iştirak etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası “Narkomaniya əsrin bəlasıdır” devizi altında növbəti tədbirini 06 may 2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsinin konfrans zalında rayon komissiyasınn üzvlərinin, aidiyyəti yerli strukturların nümayəndələrinin, çoxsaylı müəllim və şagirdlərin iştirakı ilə keçirmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş bəhs etmişlər.
Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 05 may 2015-ci il tarixdə Xacmaz Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası tərəfindənyeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə“Narkomanlığın dövlətə, cəmiyyətə və insanların sağlamlığına ziyanı” mövzusunda rayon tədbiri keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasınn sədri və üzvləri, aidiyyəti yerli strukturların nümayəndələri, çoxsaylı müəllimər iştirak etmişlər.
Tədbir çərçivəsindəDövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) iştirakçılara paylanılmışdır.
Dövlət Komissiyasının İşçi qrupu narkomanlığın qarşısın..
358 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, ..
İctimai maarifləndirmə işlərinin genişləndirilməsi məqs..
Dövlət Komissiyasının İşçi qrupu Nizami Rayon İcra Haki..
Yevlax şəhərində “Gələcək sağlam gənclərindir!” adlı tə..
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi Gəncə şəh..
“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai..
Göyçay rayonunda “Sağlam gənclik, sağlam gələcək deməkd..
Dövlət Komissiyasının İşçi qrupu Şirvan Şəhər İcra Haki..
Dövlət Komissiyasının İşçi qrupu profilaktik tədbirləri..
Dövlət Komissiyasının İşçi qrupu Qusar Rayon İcra Hakim..
Dövlət Komissiyasının İşçi qrupu Xacmaz Rayon İcra Haki..