Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar yeniyetmə və gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” devizi altında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bəla” tamaşası nümayiş olunmuşdur.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və aidiyyəti strukturların nümayəndələri, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Tədbir çərçivəsində Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin akt zalında 18 noyabr 2014-cü il tarixdə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox dəyək” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Daha sonra tədbirdə narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev mərkəzində 07 noyabr 2014-cü il tarixdə “Narkomanlıqla mübarizə hər birimizin borcudur” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Həmçinin, keçirilmiş tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Yasamal rayon İcra Hakimiyyətinin hazırladığı, narkomaniyanın törətdiyi bəlalardan bəhs edən qısametrajlı maarifləndirici film nümayiş olunmuşdur.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Bakı şəhəri Pirallahı rayonu V.Mustafazadə adına mədəniyyət mərkəzində 31 oktyabr 2014-cü il tarixdə “Narkomaniyaya yox deyək-pis vərdişlərdən uzaq olaq” mövzusunda tədbir keçirilmişdir.
Mədəniyyət mərkəzində keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin, Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları, rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Dövlət Televiziyası və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmış və bununla yanaşı Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) iştirakçılara paylanılmışdır.
28 oktyabr 2014-cü il tarixində saat 12:00-da Azərbaycan Dövlət Pedaqoji universitetinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işləri çərçivəsində “Səbail rayon gəncləri narkomanlığa yox deyir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları, Səbail rayon Komissiya üzvləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər, “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və s.) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 23 oktyabr 2014-cü il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsi 187 saylı orta məktəbdə “narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı rayon məktəbliləri arasında “Narkotiklərin insan orqanizminə məhvedici təsiri” haqqında rəsm müsabiqəsi təşkil edilmiş, eyni zamanda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videoçarx nümayiş etdirilmişdir, həmçinin narkotiklərin törətdiyi sosial bəlalar mövzusunda şagirdlər tərəfindən “ağ ölümə yox deyək” adlı səhnəcik hazırlanaraq təqdim olunmuşdur.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü xanım Fidumə Hüseynova, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev, həmin qurumun əməkdaşı Kənan Məmmədyarlı, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Ağakişi İsmayılov, Təhsil Nazirliyinin Baş məsləhətçisi Elnur Əlizadə, Bakı Şəhər Gənclər İdarəsinin rəis müavini Aydın Yüsifov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyasının sədri Güloğlan Məmmədov və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s.) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 oktyabr 2014-cü il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində narkomanlığın yayılmasının qarşısının alınması sahəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbir zamanı rayon məktəbliləri arasında “Narkotiklərə yox deyək” mövzusunda rəsm müsabiqəsi təşkil edilmiş, eyni zamanda maarifləndirici qısametrajlı film işıqlandırılmıışdır.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (bukletlər və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları) tədbir iştirakçılarına paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Müəllimlər İnstitutunda “Biz narkomaniyaya qalib gələcəyik” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Yekunda tədbir iştirakçılarına Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış buklet və yaddaş kitabçaları paylanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası məqsədi ilə yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar hazırlanaraq paylanılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun müvafiq tağşırığına əsasən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə və “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Dövlət Komissiyasının işçi qrupu və Gənclər İdman Nazirliyi tərəfindən hazırlanmış 1 dəqiqə 7 saniyəlik video rolik Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 9 reklam tablolarında 24-25 iyun tarixlərində yayımlanmış, həmçinin 26 iyun tarixdə də işıqlandırılması nəzərədə tutulmuşdur.
Bununla yanaşı, Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında hazırlanmış video rolik cari ilin 24 iyun tarixdən işiqlandırılmaqdadır (3 gün ərzində).
Eyni zamanda, narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkomaniyaya birlikdə yox deyək” adlı xüsusi loqo 26 iyun tarixdə intelektual VMS məlumat məntəqələrinin 14 yerləşmə löhvəsində işıqlandırılacaqdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və digər aidiyyəti orqanlar ilə birgə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” münasibəti ilə, 2014-cü il iyunun 24-də saat 10:30-da dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiya keçirilmişdir.
Tədbirdə İşçi qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları və üzəri yazılmış köynəklər tədbir iştirakçılarına və ictimaiyyətə paylanılmışdır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun tağşırığına əsasən, “Beynəlxalq Narkotiklərlə Mübarizə Günü” ərəfəsində, 20 iyun 2014-cü il tarixdə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 161 məhkəmə hökmü ilə müsadirə olunmuş 625 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilmişdir.
Məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 31 kq 182,85 qr -ı heroin, 176 kq 253,6 qr -ı marixuana, 209 kq 728,758 qr -ı həşiş, 55 kq 236,334 qr -ı tiryək, 19 kq 964,941 qr-ı metamfetamin, 119 kq 600,93 qr və 3079 ədədi çətənə bitkiləri, 13 kq 550,4 qr-ı xaş-xaş, 0,685 qr-ı metadon təşkil etmişdir. (Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin qarabazarda ümumi dəyəri 7 mln ABŞ dollar təşkil edir).
Məhv edilmiş müxtəlif növ narkotik vasitələrin 424 kq 425,661 qr -ı Daxili İşlər Nazirliyi, 32 kq 517,566 qr-ı Milli Təhlükəsizlik Nazirliyi, 90 kq 933,859 qr -ı Dövlət Gömrük Komitəsi və 77 kq 642,41 qr-ı Dövlət Sərhəd Xidməti tərəfindən aşkar olunmuş faktlara aiddir.
Məhvetmə prosesi respublikada fəaliyyət göstərən televiziya kanalları və digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.
Rəşid Behbudov adına Mahnı Teatrında “Narkomaniya bəşər..
Dövlət Komissiyasının işçi qrupu Xətai Rayon İcra Hakim..
Dövlət Komissiyasının işçi qrupu Yasamal Rayon İcra Hak..
Dövlət Komissiyasının işçi qrupu Pirallahı Rayon İcra H..
Dövlət Komissiyasının işçi qrupu Səbail Rayon İcra Haki..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..
Dövlət Komissiyasının işçi qrupu Nərimanov Rayon İcra H..
Dövlət Proqramının icrası ilə əlaqədar Dövlət Komissiya..
26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əl..
Dənizkənarı bulvar ərazisində “Narkomaniyadan özümüzü q..
625 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr m..