
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Xaçmaz rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xudat şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, müəllim heyyəti və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Xaçmaz rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.
Tədbirin rəsmi açılış hissəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsalbacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Xaçmaz rayon komissiyası tərəfindən barəsində məhvetmə qərarı qəbul edilmiş 32 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə Narkoloji Mərkəzinin həkim-narkoloqu, Humanitar Kollecin müəllim və tələbələri iştirak ediblər.
Görüşdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Qusar rayonunda təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.
Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.
Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici çap materialları iştirakçılara təqdim edilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilmişdir.
Tədbirdə Sabunçu rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimləri, psixoloqları və valideynlər şurasının üzvləri iştirak etmişlər. Seminar zamanı narkotik və psixotrop maddələrin fəsadları, onların insan orqanizminə və cəmiyyətə vurduğu zərər, həmçinin erkən profilaktika və valideyn nəzarətinin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Məktəb, ailə və cəmiyyət arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanaraq, gənclərin sağlam həyat tərzinə yönəldilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi qeyd olunmuşdur.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.
Qusar rayonu Hil kənd 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdən əvvəl məktəbin foyesində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə narkotik mövzusunda sərgiyə baxış keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları, müstəqil ekspert, aidiyyəti qurumların nümayəndələri və müəllim heyəti iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Həmçinin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyyətinə “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar şagirdlərə təqdim olunub.
“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər baş tutmuşdur. Belə ki, Qusar rayonunda məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə keçirilən təlimdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Gərəkli kəndinin "Mazımqara" yaşayış məntəqəsi ərazisində 4600 ədəd, çəkisi 4 ton 120 kq və Gərəkli kəndinin "Poştbinə" yaşayış məntəqəsi ərazisində 6117 ədəd, çəkisi 5 ton 670 kq olmaqla, ümumilikdə 10717 ədəd, ümumi çəkisi 9 ton 790 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaradeyn kəndi ərazisində 1000 ədəd, ümumi çəkisi 500 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Mürsəl kəndi ərazisində 6580 ədəd, ümumi çəkisi 2050 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..
Xaçmaz rayonunda maarifləndirici tədbir təşkil olunub...
“Səyyar Gənclər Xidməti” layihəsi Xaçmaz rayonunda təşk..
Xaçmaz rayonunda məhkəmə qərarları əsasında müsadirə ol..
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin..
Səyyar Gənclər Xidmətinin Qusar rayonunda təlimləri dav..
Sabunçu rayonunda narkotiklərə qarşı maarifləndirici se..
Qusarda narkotiklərlə mübarizə istiqamətində maariflənd..
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər..
Balakən rayonu ərazisində 9 ton 790 kiloqram yabanı hal..
Qəbələ rayonu ərazisində 500 kiloqram yabanı halda bitm..
Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda ..