Qalereya

İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

01 may 2025-ci il tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndələri, rayon Təhsil sektorunun əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təmsilçisi, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə nümayəndəsi və məktəb-liseyin direktoru iştirak ediblər.

Tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətin fəaliyyəti, gənclərin asudə vaxtlarının faydalı təşkili, narkotiklərin sağlamlığa, mənəviyyata və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Tədbir zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

 

 

/img/gallery/100x100/2025_05_02_11_15_47_bb57.jpg
  1. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  2. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  3. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  4. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  5. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  6. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  7. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  8. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

  9. İsmayıllıda “Sağlam gələcək naminə narkotikə yox deyək”..

Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçirilib

30 aprel 2025-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Yaradıcı sənayelər narkomaniyaya qarşı” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri, universitetin hüquq şöbəsinin müdiri, Gəncə Regional Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri, eləcə də müxtəlif ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı narkomaniyanın fəsadları, onunla mübarizə yolları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin risk amilləri, asılılığın yaranma mərhələləri, eləcə də antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_04_30_15_22_01_e605.jpg
  1. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

  2. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

  3. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

  4. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

  5. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

  6. Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçi..

Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində “Yaradıcı sənayelər narkomaniyaya qarşı” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri, kollecin direktoru, Gəncə Regional Narkotiklərlə Mübarizə İdarəsinin və digər ictimai birliklərin nümayəndələri çıxış edərək narkotik asılılığı ilə bağlı biliklərin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mübarizə üsulları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

/img/gallery/100x100/2025_04_29_14_55_34_ea20.jpg
  1. Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..

  2. Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..

  3. Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..

  4. Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..

  5. Mingəçevir Tibb Kollecində narkomaniyaya qarşı maariflə..

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Binəqədi rayon komissiyası tərəfindən ümumilikdə 96 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

  Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.

/img/gallery/100x100/2025_04_23_15_24_46_1cd3.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat

2025-ci ilin yanvar-mart aylarında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2325  Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş        2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin1 ton 908 kq 958,14 qramını marixuana, 137 kq 897, 45 qramını heroin,  50 kq 206,512 qramını tiryək, 30kq 759,3 qramını həşiş, 21kq 101,767 qramını digər narkotik vasitələr və 56 kq 086,613 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 2174 ədəd metadon, 15 ədəd çətənə bitkisi  qanunsuz dövriyyədən  götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 58 milyon 539 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilmiş, onlardan 18 yaş-1 nəfər, 18-25 yaşadək  68 nəfər, 26 - 29 yaşadək 175 nəfər,  30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olmuşdur.Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 28  xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 329 kq 497,152 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 58 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 711 kq 912,182 qr və 2174 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə  çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 56 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 581q 214,033 maddə müsadirə edilmişdir.

415 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 496 kq 971,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 584, qanunsuz satış ilə bağlı faktların sayı 142, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 438, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 6, qrup halında olan cinayətlərin sayı 5 fakt,məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 547 nəfər azalmışdır.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 133 kq 281,759 qr (49,2%),  tiryəkin çəkisi  çəkisi 2 kq 940,115 qr (5,5%),psixotrop maddələrin çəkisi 24 kq 020,838 qr (30,0%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 908 kq 958,14 qr-n  (86,5 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 729 kq 225,74 qramı (90,5%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 179 kq 732,4 qramı (9,4 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 754 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 19 kq 621,973 qr müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 129 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 22317 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1202 nəfərdən 696 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2025 ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə       204 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 22-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 23-ü narkotik asılılıqdan müalicə, 159-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 45 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2025_04_21_10_55_26_5103.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..

Anti-narkomaniya mövzusunda tədbir keçirilib.

     Cari ilin 10 aprel tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə tələbələr arasında “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, “Gənclərin Anti-narkomaniya" İctimai birliyin rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliytyət göstərən İşçi qrupunun məsul nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı iştirak etmişdir.

  Təşkil olunan tədbirdə tələbələrə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

   Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.

/img/gallery/100x100/2025_04_14_09_45_26_3d9d.jpg
  1. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  2. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  3. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  4. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  5. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  6. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  7. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

  8. Anti-narkomaniya mövzusunda tədbir keçirilib...

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Bakı şəhər Binəqədi rayon komissiyası tərəfindən ümumilikdə 53 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.



/img/gallery/100x100/2025_04_04_11_57_32_5678.jpg
  1. Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə, o cümlədən antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunmasına dair Dövlət Komissiyasının 2025-ci ilə dair İş Planı təsdiq edilmiş və aidiyyəti üzrə icraya yönəldilmişdir.

Qeyd olunan İş Planının elektron forması saytın sənədlər bölməsində yerləşdilmişdir.

/img/gallery/100x100/2025_04_01_09_56_37_6192.jpg
  1. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəs..

Bayram günlərində 802 Qaynar Xəttin WhatsApp xidməti fəaliyyət göstərəcək.

"Martın 21-dən 31-dək bayram günlərində 802 Qaynar Xəttin rəsmi WhatsApp hesabı (055-600-08-02) vasitəsilə vətəndaşlara operativ informasiya və dəstək xidməti təqdim olunacaq."

/img/gallery/100x100/2025_03_19_12_39_09_9308.png
  1. Bayram günlərində 802 Qaynar Xəttin WhatsApp xidməti fə..

Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

14 mart 2025-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 159 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə - sağlam həyata təminatdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri, məktəbin direktoru, rayon polis şöbəsinin rəis müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul nümayəndəsi, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu, həmçinin aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.

Tədbirdən öncə məktəbin foyesində yuxarı sinif şagirdlərinin narkomaniyanın insan sağlamlığına vurduğu zərərləri əks etdirən əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Maarifləndirici tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim olunub.

/img/gallery/100x100/2025_03_17_12_09_35_81b4.jpg
  1. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  2. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  3. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  4. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  5. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  6. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  7. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  8. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  9. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

  10. Nəsimi rayonunda narkomaniyaya qarşı maarifləndirici tə..

15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Maarifləndirmə Tədbiri Keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən birgə icra edilən Tədbirlər Planı çərçivəsində 15 saylı cəzaçəkmə müəssisəsində növbəti maarifləndirmə tədbiri baş tutub.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-psixoloqu və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri iştirak ediblər.

 Görüş zamanı narkotiklərlə bağlı cinayətlərin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu fəsadlar, həmçinin bu sahədə dövlətin apardığı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası mövzusuna xüsusi diqqət yetirilib. Bundan əlavə, QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı maarifləndirici çıxışlar edilib.

 Tədbirin sonunda iştirakçılar suallarını ünvanlayıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış təbliğat materialları təqdim olunub.

 

/img/gallery/100x100/2025_03_17_11_20_56_991d.jpg
  1. 15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Ma..

  2. 15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Ma..

  3. 15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Ma..

  4. 15 Saylı Cəzaçəkmə Müəssisəsində Narkomaniyaya Qarşı Ma..

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2025-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumat

2025-ci ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanmışdır. Onlardan 447-i narkotik vasitələrin qanunsuz satışı, 1069-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton  269 kq 316, 871 qramını marixuana, 102 kq 963,95 qramını heroin,32 kq 819,082 qramını tiryək, 13 kq 325,5 qramını həşiş, 4kq 158,247 qramını digər narkotik vasitələr və 38 kq 664,283 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində2074 ədədmetadon, 15 ədəd çətənə bitkisi,  3 kq 210 qr və 13155 ədəd həb  güclü təsir edən maddə qanunsuz dövriyyədən  götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 39 milyon 45 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilmiş, onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək  32 nəfər, 26 - 29 yaşadək  91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202kq 081,647 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 38 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 429 kq 905,233 qr və 2074 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə  çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 39 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 455 kq 780,203 maddə müsadirə edilmişdir.

205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 406 kq 734,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 459, qanunsuz satış ilə bağlı faktların sayı 119, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 342, qrup halında olan cinayətlərin sayı1 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 5 fakt,  məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 387 nəfər azalmışdır.

Bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 248 kq 248,613qr artmışdır.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi53 kq 800,4 qr (34,3%),həşişinçəkisi 9 kq 523,95 qr (41,7%),psixotrop maddələrin çəkisi 14 kq 656,382 qr (27,5%)azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 269 kq 316,871 qr-n      (86,8 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 154 kq 043,671 qramı (90,9%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 115 kq 273,2 qramı (9,0 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 701 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 19 kq 583,692 qr müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 129 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14750 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 854 nəfərdən 426 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2025 ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 153 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 20-i narkotik asılılıqdan müalicə, 117-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 36 məktub ünvanlanmışdır

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2025_03_12_11_30_39_728f.png
  1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəs..