Qalereya

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

 Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı və iştirak ediblər.

 Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.

/img/gallery/100x100/2023_02_23_11_18_06_2109.jpg
  1. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkm..

  2. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkm..

  3. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkm..

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə  aidiyyəti qurumları cəlb etməklə carı ilin 22 fevral tarixində N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.

  Tədbirlərdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərəknarkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça  və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

/img/gallery/100x100/2023_02_22_16_14_03_a3fe.jpg
  1. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  2. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  3. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

  4. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində maariflən..

“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası yayımlanıb

  Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.30-cu yarımbəndinin icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı  hazırlanmış “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli vasitəsilə yutub kanalında yayınlanmışdir.

  Real həyat hadisələrini özündə əks etdirən və əsasən maarifləndirmə funksiyasını yerinə yetirən film tez bir zamanda geniş izləyici sayı ilə rəğbətləqarşılandığını nəzərə alaraq növbəti seriyasının da çəkilişinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur.

/img/gallery/100x100/2023_02_20_12_23_03_2650.jpg
  1. “Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası yay..

2023-cü ilin yanvar ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2023-cü ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.       

   Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanmışdır. Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş   674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş,    18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

   Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfə cəlb edilmişdir ki, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər,    30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edir. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olmuşdur.Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11nəfəri xarici ölkə vətəndaşıdır.

   Cinayət məsuliyyətinə cəlb edilmiş 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə,1-i Rusiya Federasiyası vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qrmüxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

   148 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 158 kq 470,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   Qanunsuz  dövriyyədən götürülmüş 674 kq  760,289 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 26 milyon 491 min AZN.

   Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7427 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 178 nəfərindən 118-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  “802” qaynar xətt telefon zəng xidmətinə 98 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 17-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 52-si narkotik asılılıqdan müalicə, 29-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 69 məktub ünvanlanmışdır.

   Belə ki, “802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

/img/gallery/100x100/2023_02_20_10_12_48_211a.png
  1. 2023-cü ilin yanvar ayı ərzində ölkə üzrə narkotik vasi..

Xəzər rayonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xəzər Gənclər Evində keçirilən tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladan Z.Musayeva Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov  narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış edən “Narkotizmlə mübarizə” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, sağlam gəncliyin yetişməsi hər bir cəmiyyət üçün önəmlidir. Ona görə də narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır.

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin əməkdaşı Ruslan Həsənli isə çıxışında narkomaniyaya qarşı mübarizədə birlik və həmrəyliyin önəmindən danışıb. Onun fikrincə, əgər bu məsələdə cəmiyyət yüksək fəallıq nümayiş etdirərsə, nəticə daha uğurlu olacaq.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov gənclərin bu zərərli vərdişdən uzaq olmasının vacibliyindən danışıb. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir.

Xəzər rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, baş leytenant Həsən Əliyev isə rayon üzrə narkomaniyaya qarşı mübarizə tədbirlərindən danışıb.

Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxışında gənclərin bu zərərli vərdişin qarşısının alınmasında rolundan bəhs edib.

Sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotizmlə mübarizə” İctimai Birliyinin hazırladığı “Ağ ölüm-narkotikə “YOX” deyək!” qısametrajlı film nümayiş olunub. Eləcə də tədbirdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş bukletlər paylanılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

/img/gallery/100x100/2023_02_18_14_23_14_2849.jpg
  1. Xəzər rayonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş..

“Sağlam həyat seç” mövzusunda maarifləndirici tədbir keçirildi.

 "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Nərimanov  rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə Evrika liseyində “Sağlam həyat seç” mövzusunda maarifləndirmə tədbiri təşkil edilmişdir. 

  Tədbirdə  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, Bakı şəhər Narkolojı mərkəzinin məsul əməkdaşları iştirak etmişlər.

   Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilmiş.

  Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.

/img/gallery/100x100/2023_02_10_17_18_42_2d00.jpg
  1. “Sağlam həyat seç” mövzusunda maarifləndirici tədbir ke..

  2. “Sağlam həyat seç” mövzusunda maarifləndirici tədbir ke..

“Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusunda tədbir keçirilib

  Fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusunda interaktiv təlim keçirilib.

  Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad olunub.

  Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib. Onun sözlərinə görə, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

  YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladan Z.Musayeva Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

  Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın katibi Rasim Əliyev çıxış edərək Yasamal rayonunda bu istiqamətdə görülən işlərdən danışıb.

  Çıxış edən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. Onun sözlərinə görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub. “Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Belə insanlar öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər”, - deyə R.Allahverdiyev vurğulayıb.

  Tədbirdə, həmçinin Yasamal rayon Polis idarəsinin Narkotiklərə qarşı mübarizə bölməsinin rəisi vəzifəsini icra edən polis mayoru Anar Şıxəliyev çıxış edərək narkomaniyaya qarşı mübarizə ilə bağlı statistik məlumatları diqqətə çatdırıb.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

/img/gallery/100x100/2023_02_08_10_28_27_9e88.jpg
  1. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  2. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  3. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  4. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  5. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  6. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  7. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  8. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  9. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  10. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

  11. “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusu..

“Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunub

  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı çərçivəsində bir sıra idman növü üzrə yarışların, mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulur.

  Tədbirlər Planına uyğun olaraq fevralın 5-də Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konsert proqramında tanınmış gənc ifaçılar çıxış ediblər. 

 Konsert proqramının təşkil olunmasında məqsəd yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verməkdir.

/img/gallery/100x100/2023_02_06_09_22_21_3214.jpg
  1. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  2. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  3. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  4. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  5. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  6. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  7. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  8. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  9. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  10. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

  11. “Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Park..

“Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası hazırlanmışdır.

  Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.30-cuyarımbəndinin icrası məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı olmaqla yanaşı həm də müvafiq sahə üzrə tanınmış və geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli tərəfindən “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası hazırlanmışdır.

 Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən və real həyat hadisələrini özündə əks etdirən filmin daha da təsirli və effektiv olması üçün iştirak edən aktyorların yalnız biri peşəkar olmaqla digərləri keçmiş narkotik istifadəçiləri, reabilitasiya kursu keçmiş və narkotiklərdən imtina etmiş şəxslər, eləcə də narkotik asılılıqdan əziyyət çəkən ailələrin üzvləridir. Eyni zamanda filmin sosial şəbəkələr üzərindən yayımlanması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_02_03_16_57_29_ef0b.png
  1. “Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası haz..

  2. “Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası haz..

  3. “Həyat deyəsən davam edir” adlı filmin ilk seriyası haz..

Növbəti maarifləndirmə tədbiri Nəsimi rayonunda təşkil edildi.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nəsimi rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.

 Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib.

 Sonda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça və digər zəruri məlumatları özündə əks etdirən çap matiralları təqdim edilib.

 

/img/gallery/100x100/2023_02_01_10_15_14_3b2a.jpg
  1. Növbəti maarifləndirmə tədbiri Nəsimi rayonunda təşkil..

  2. Növbəti maarifləndirmə tədbiri Nəsimi rayonunda təşkil..

  3. Növbəti maarifləndirmə tədbiri Nəsimi rayonunda təşkil..

Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

   Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2022-ci ilə dair imzalanmış Tədbirlər Planına əsasən narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, fləşmobların, müxtəlif həştaqlarla sosial aksiyaların, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, mədəni-kütləvi tədbirlərin, mövzuya dair dəyirmi masaların, rəsm sərgilərinin keçirilməsi və tədbirlərin televiziyada işıqlandırılması təmin edilmiş və hesabat dövründə ümumilikdə birgə 18 tədbir həyata keçirilmişdir.

   Görülən işlərin davamlılığının təmin edilməsi, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2023-ci il üçün də birgə Tədbirlər Planı təsdiq edilmişdir.

   Tədbirlər Planı çərçivəsində  “Narkotiklərə sən də yox de” devizli sosial çarxların hazırlanması, respublikanın şəhər və rayonlarında interaktiv təlimlərin, mövzuya dair dəyirmi masaların keçirilməsi, “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” devizli marafonun, “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə yarışların, regionlarda mədəni-kütləvi konsert proqramlarının təşkili və qeyd olunan tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.

/img/gallery/100x100/2023_01_27_14_54_29_3385.jpg
  1. Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin..

Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqsədilə növbəti treninq təşkil olunub.

 Cari ilin 26 yanvar tarixində  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Xətai rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.

 Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək təqdimat əsasında narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat verib.

 Sonda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça və digər zəruri məlumatları özündə əks etdirən çap matiralları təqdim edilib

/img/gallery/100x100/2023_01_26_14_19_26_c28e.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  2. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..

  3. Narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi məqs..