
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə ilə cari ilin 20 və 26 iyun tarixlərində “Bakcell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.
SMS-lər mərhələli qaydada 6 gün ərzində təqribən 2127390 abunəçiyə ünvanlanıb.
26 iyun “Ümumdünya Narkotiklər Əleyinə Mübarizə Günü” ilə əlaqədar cari ilin 24 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Gənclər evində tədbir təşkil olunmuşdur.
Tədbirdə, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Göygöl rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət edilib.
Göygöl Gənclər Evində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Kəmalə İbrahimova, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Vətən müharibəsi qazisi Faiq Bayramov çıxış ediblər.
Çıxış edənlər xalqımızın Silahlı Qüvvələr Gününü böyük coşqu və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Bu gün Ordumuz müharibə dövründəki ordudan daha güclü, daha qüvvətlidir və qarşısında dayanan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadir və hazırdır.
Çıxışlarda narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğu bildirilib. Vurğulanıb ki, narkomaniya insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən maarifləndirmə işləri də davamlı olaraq həyata keçirilir.
Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə ilə carı ilin 21 və 25 iyun tarixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt:802) göndərilib.
SMS-lər mərhələli qaydada 4 gün ərzində təqribən 5 milyon 600 minə yaxın abunəçiyə ünvanlanıb.
Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Kötüklü kəndi ərazisində 6422 ədəd, ümumi çəkisi 2954 kq, Fıstıqlı kəndi ərazisində 8775 ədəd, ümumi çəkisi 1816 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun ərazisində yerləşən 1 nömrəli tam orta məktəbdən 200 metr məsafədə, 30 sot ərazini əhatə edən sahədə 411 ədəd, ümumi çəkisi 221 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun ərazisində yerləşən yaşayış evlərindən 50 metr məsafədə, 40 sot ərazini əhatə edən sahədə 423 ədəd, ümumi çəkisi 237 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Ağdaş rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi anılıb. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət edilib.
Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Şirazi Qasımzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxış edənlər əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimizin bərpasına nail olan Azərbaycan Silahlı Qüvvələrinin qazandığı şanlı qələbənin əhəmiyyətindən, Vətən oğullarının misilsiz qəhrəmanlıq nümunələrindən danışıblar.
Natiqlər çıxışlarında narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən bəhs ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından böyük önəm daşıyır: “Sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. Müasir dövrdə isə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır. Gənclər daha çox bilik qazanmağa, sağlam həyat tərzinə üstünlük verməli, eyni zamanda, narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər”.
O da diqqətə çatdırılıb ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.
Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari ilin 20 iyun tarixindən 24 iyun tarixinədək əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə "Azərfon" MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət: 802) göndərilməsi həyata keçirilmişdir.
SMS-lər mərhələli qaydada 3 gün ərzində təqribən 2 milyon 200 minə yaxın abunəçiyə ünvanlanıb.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət İşçi Qrupu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə “Narkomaniyaya birlikdə yox deyək” adlı şüarın cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində) Bakı şəhərinin 16 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında nümayişinə başlanılmışdır.
Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün təlim təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı və Bakı şəhər Narkoloji Mərkəzinin həkim psixoloqu çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin səmərələliyindən, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə hazırlanmış “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 14 iyun tarixindən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
Narkotiklərin ziyanı ilə bağlı abunəçilərə SMS-bildiriş..
26 iyun “ Ümumdünya Narkotiklər Əleyinə Mübarizə Günü”..
“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyya..
“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..
Qax rayonu ərazisində 4 ton 770 kiloqram yabanı halda b..
Xocalı rayonu ərazisində 221 kiloqram yabanı halda bitm..
Xocalı rayonu ərazisində 237 kiloqram yabanı halda bitm..
“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək”..
"Azərfon" abunəçilərinə maarifləndirmə xarakterli SMS-b..
“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar elektron i..
Gənclər təşkilatlarının könüllüləri üçün təlim təşkil e..
Bakı, Sumqayıt və Gəncənin küçə və prospektlərində nark..