Qalereya

Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər.

   Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin sentyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində YAP Mərkəzi Aparatının və Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qüvvət elmdədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
  • YAP Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri təşkil edilmişdir. Keçirilən sərbəst güləş üzrə idman turnirində 9 çəki üzrə 100-ə yaxın gənc iştirak etmiş;
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 1, 10, 12 və 13  saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Nizami, Sabunçu və Suraxanı rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmiş;.
  • Cari ilin 02 və 06 sentyabr tarixlərində Gənclər Fondunun Şamaxı rayonunda təşkil etdiyi “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları ekspert qismində iştirak etmiş;
  • Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz  Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə olaq!” adlı tədbir keçirilmiş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən sentyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

   Beləliklə,cari ilin sentyabr ayı ərzində ümumilikdə 12 tədbir, 1 idman turniri, 6 maarifləndirmə tədbiri, 3 ümumtəhsil məktəblərinin psixoloqları üçün təlim və “Yayfest” gənclər festivalında 2 interaktiv təlim təşkil edilmişdir.

/img/gallery/100x100/2022_10_07_12_22_49_4d8b.jpg
  1. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  2. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  3. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  4. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  5. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  6. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  7. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  8. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  9. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

  10. Cari ilin sentyabr ayı ərzində keçirilən tədbirlər...

“Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tədbir keçirilib

Oktyabrın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bakı Slavyan Universitetində keçirilən tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, narkomaniya ilə mübarizə hər bir cəmiyyətin əsas vəzifələrindəndir. Onun sözlərinə görə, ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Azərbaycanın bu istiqamətdə müvafiq beynəlxalq konvensiyalara qoşulduğunu deyən təşkilat sədri qeyd edib ki, bu tədbir Azərbaycan Prezidentinin təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə müvafiq proqramların qəbul edilməsi sağlam gələcəyimiz üçün önəmlidir. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirmə kampaniyaları daxildir. Z.Musayeva gənclərin də bu prosesdə fəal iştirakının önəmini vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, müasir dövrdə gənclərin zərərli vərdişlərdən qorunması olduqca aktualdır. Gənclər daha çox biliklər qazanmağa, sağlam həyat tərzinə üstünlük verməlidirlər.

Çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Zahid Xəlilov narkomaniya ilə mübarizədə milli qanunvericiliyin əhəmiyyətindən bəhs edib.  Z.Xəlilov qeyd edib ki, hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş fərman imzalayıb. 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev isə bu istiqamətdə bir neçə dövlət proqramı təsdiq edib.

Tədbirdə, həmçinin YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov, “Azərbaycan Televiziya və  Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev, Nəsimi rayon Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə şöbəsinin rəisi Valeh Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov və Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Pirəli Əliyev çıxış edərək narkomaniyaya qarşı mübarizədə sosial fəallığın önəmindən bəhs ediblər.

Daha sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər paylanılıb.

/img/gallery/100x100/2022_10_06_09_18_26_4d63.jpg
  1. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  2. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  3. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  4. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  5. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  6. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  7. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  8. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  9. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

  10. “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda tə..

Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir təşkil edilib

  Oktyabrın 4-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Binəqədi rayonu 83 nömrəli məktəb-liseydə narkomanlıq probleminə dairşagirdlər üçün maarifləndirmə xarakterli tədbir keçirilib.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiribarədə zəruri məlumatlar verdi.

  Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları şagirdlər arasında paylanılıb

/img/gallery/100x100/2022_10_04_16_24_33_1aa7.jpg
  1. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..

  2. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..

  3. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..

  4. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..

  5. Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir ..

YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövzusunda tədbir keçirilib

Sentyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə “Qüvvət elmdədir” mövzusunda maarifləndirici tədbir keçirilib.

YAP Nərimanov rayon təşkilatında keçirilən tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. Bu tədbir də dövlətimizin başçısının təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Onun sözlərinə görə, gənclərin bu kimi vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir. Elmli, bilikli gənclərin digər həmyaşıdlarının zərərli vərdişlərdən uzaqlaşmasında oynaya biləcəyi rol danılmazdır.

Tədbirdə, həmçinin Nərimanov rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini İradə Mahmudova, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli, “Azərbaycan Televiziya və  Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahin Verdiyev, Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Cavadzadə, ADA Universitetinin 1-ci kurs tələbəsi, Vətən müharibəsi qazisi Elşən Mustafayevin qızı Ayan Mustafayeva çıxış edərək narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elm və təhsilə marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir.

Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Şahin İsmayılov slaydlar vasitəsilə məlumatlar təqdim edib. O qeyd edib ki, dövlət tərəfindən bu sahədə zəruri tədbirlər həyata keçirilir: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın bir çox  bəndləri məhz maarifləndirmə məsələlərinə həsr olunub. Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Belə gənclər öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər”.

/img/gallery/100x100/2022_10_01_11_35_31_c1b8.jpg
  1. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  2. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  3. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  4. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  5. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  6. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  7. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  8. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  9. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

  10. YAP Nərimanov rayon təşkilatında “Qüvvət elmdədir” mövz..

1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

/img/gallery/100x100/2022_09_30_15_30_30_0d77.jpg
  1. 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növb..

  2. 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növb..

  3. 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növb..

  4. 1 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növb..

“Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” adlı sərbəst güləş üzrə turnir keçirilib

  Sentyabrın 29-da Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.

  Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirləri də məhz bu məqsədə xidmət edir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

  Qeyd olunub ki, Xəzər rayonunda keçirilən sərbəst güləş üzrə idman turnirində 9 çəki üzrə 100-ə yaxın gənc iştirak edir.

  Daha sonra final oyunlarına start verilib. Maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri müəyyənləşib. Sonda turnirin müxtəlif çəki üzrə I, II, və III yerlərinin qalibləri mükafatlandırılıb.

  Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.

/img/gallery/100x100/
  1. “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” a..

Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə treninq təşkil edilib

   Cari ilin sentyabr ayının 28-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Suraxanı rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilmişdir.

   Treninqdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələr barədə geniş məlumat vermişdir.

     Treninqdə iştirak edənlərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.

/img/gallery/100x100/2022_09_29_11_21_24_2c79.jpg
  1. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  2. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  3. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  4. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  5. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  6. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

  7. Suraxanı rayonunda narkomanlığa qarşı mübarizə işinin t..

Daşkəsən rayonu ərazisində 2870 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində "Yolqullar" adlanan inzibati sahəsində 8890 ədəd, ümumi  çəkisi 2870 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 

/img/gallery/100x100/2022_09_29_10_10_00_08f3.jpg
  1. Daşkəsən rayonu ərazisində 2870 kq yabanı halda bitmiş ..

Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Bayramkoxalı kəndi ərazisində 8000 ədəd, ümumi  çəkisi 4 ton olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_29_10_01_54_d9bd.jpg
  1. Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..

  2. Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..

  3. Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..

  4. Qəbələ rayonu ərazisində 4 ton yabanı halda bitmiş çətə..

10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maarifləndirmə tədbiri keçirilib

 Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

  Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

  Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

  Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

/img/gallery/100x100/2022_09_29_09_24_57_1e50.jpg
  1. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  2. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  3. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

  4. 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı maa..

Ağdam rayonu ərazisində 1210 kq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində 1768 ədəd, ümumi  çəkisi 1210 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_27_10_57_54_98af.png
  1. Ağdam rayonu ərazisində 1210 kq yabanı halda bitmiş çət..

Sabirabad rayonu ərazisində 220 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaratəpə kəndi ərazisində yabanı halda bitmiş 40 ədəd, ümumi çəkisi 220 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2022_09_27_10_50_56_ba3c.jpg
  1. Sabirabad rayonu ərazisində 220 kiloqramdan artıq yaban..