Qalereya

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində iyulun 14-də narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbiri təşkil olunub

 Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin,  Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak edərək narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat vermişlər.

 Sonda iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

/img/gallery/100x100/2022_07_14_15_18_55_5163.jpg
  1. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində n..

  2. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində n..

  3. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində n..

  4. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində n..

  5. Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində n..

“Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” mövzusunda tədbir keçirilib

 Gənclər arasında antinarkotik təbliğatın daha da gücləndirilməsi, eyni zamanda bu sahə üzrə qəbul edilən Dövlət Proqramının icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin imzaladığı birgə Tədbirlər Planı çərçivəsində iyulun 13-də YAP Mərkəzi Aparatı və Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” adlı tədbir keçirilib.

 YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Vüsar İsmayılov deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Qeyd olunub ki, bu bəşəri fəlakətin qarşısının alınmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mühüm əhəmiyyət daşıyır.

 Sonra tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin üzvü Səbinə Xasayeva, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı İmran Babayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti aparatının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Sevinc Süleymanova və digərləri bildiriblər ki, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqe Azərbaycanın bugünkü münasibətini xarakterizə edir. Ölkəmizdə bununla bağlı müvafiq dövlət proqramları çərçivəsində ardıcıl siyasət, zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri həyata keçirilir. Eləcə də, gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.

 Çıxışlarda qeyd edilib ki, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir. Ölkəmizin gələcək taleyi onun gənclərindən asılıdır. Məhz bu baxımdan, adət-ənənələrimizə, milli dəyərlərimizə, soykökünə bağlı, sağlam düşüncəli şəxsiyyətin formalaşması önəmlidir. Zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyllərin aradan qaldırılmasında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi, mədəniyyətimizi ucaldan milli-mənəvi və əxlaqi dəyərlərin rolunun böyük olduğu diqqətə çatdırılıb.

 Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s.) paylanılıb.  

/img/gallery/100x100/2022_07_13_17_16_23_9357.jpg
  1. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  2. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  3. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  4. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  5. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  6. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  7. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  8. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  9. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  10. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

  11. “Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlə..

Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir.

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində "802" qaynar xətt telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə sosial çarx cari ilin  iyun ayından etibarən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobususlarında mövcud olan monitorlarda nümayiş olunur.

/img/gallery/100x100/2022_07_13_16_26_37_be3e.jpg
  1. Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdə..

  2. Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdə..

  3. Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdə..

“Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir keçirilib

  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”mının icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində iyul ayının 6-da Rəşid Behbudov adına Mahnı Teatrında dövlət qurumlarının, incəsənət nümayəndələrinin, partiya fəallarının  iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir keçirilib.

  Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və başqaları bildiriblər ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial problemdir. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək, bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

  Bugünkü tədbirin də əsas məqsədi sağlam gələcəyimizin təmin olunmasıdır. Qeyd edilib ki, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.

  YAP Mərkəzi Aparatı, Səbail rayon təşkilatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir incəsənət nümayəndələrinin və “Cəngi” estrada folklor ansamblının təqdimatında konsert proqramı ilə davam etdirilib.

  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”mının icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində iyul ayının 6-da Rəşid Behbudov adına Mahnı Teatrında dövlət qurumlarının, incəsənət nümayəndələrinin, partiya fəallarının  iştirakı ilə “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir keçirilib.

  Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və başqaları bildiriblər ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial problemdir. Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək, bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

  Bugünkü tədbirin də əsas məqsədi sağlam gələcəyimizin təmin olunmasıdır. Qeyd edilib ki, bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.

  YAP Mərkəzi Aparatı, Səbail rayon təşkilatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir incəsənət nümayəndələrinin və “Cəngi” estrada folklor ansamblının təqdimatında konsert proqramı ilə davam etdirilib.

/img/gallery/100x100/2022_07_06_17_13_09_743c.jpg
  1. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  2. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  3. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  4. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  5. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  6. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  7. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  8. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  9. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  10. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  11. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  12. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  13. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  14. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

  15. “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” ad..

Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yeni çap məhsulları hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq yarımbəndlərinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda zəruri əyani təbliğat materialları (bukletlər) çap edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.

/img/gallery/100x100/2022_07_02_12_17_35_b8b6.jpg
  1. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  2. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  3. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  4. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  5. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

  6. Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..

“Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol turniri keçirilib

  İyun ayının 30-da YAP Mərkəzi Aparatının, Suraxanı rayon təşkilatının və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol idman növü üzrə turnir keçirilib.

  Turnir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

  Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Sonra mərasimdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov və başqaları bildiriblər ki, narkomaniya ilə mübarizə sahəsi daim diqqət mərkəzində olmuş, dövlət proqramları qəbul edilmiş, müxtəlif  layihələr həyata keçirilmişdir. Bugünkü tədbirin də əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdən ibarətdir.

  Çıxışlardan sonra final mərhələsinə start verilib. 10 komandanın iştirak etdiyi turnirin qalibləri xatirə hədiyyələri və diplomlar ilə mükafatlandırılıb.

/img/gallery/100x100/2022_06_30_16_13_18_46fc.jpg
  1. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  2. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  3. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  4. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  5. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  6. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  7. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  8. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  9. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  10. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  11. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

  12. “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifut..

"Azərfon" abunəçilərinə 2 milyona yaxın narkotiklərin ziyanı ilə bağlı maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

    Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə iyun ayı ərzində ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə  "Azərfon" abunəçilərinə SMS formasında zəruri bildiriş göndərilib.

     Bildiriş SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) mərhələli qaydada 1967209 milyon abunəçiyə ünvanlanıb.

 

/img/gallery/100x100/2022_06_30_11_39_41_ddd9.jpg
  1. "Azərfon" abunəçilərinə 2 milyona yaxın narkotiklərin z..

26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar fləşmoblar təşkil olunub.

 “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar carı ilin 20 iyun tarixindən 25 iyun tarixinədək Bakı şəhəri Yasamal  və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı  silsilə fləşmoblar təşkil olunub.

   Fləşmoblar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

/img/gallery/100x100/2022_06_28_16_34_12_201d.jpg
  1. 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübariz..

Sosial çarxlar reklam lövhələrində yayımlanır

    İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan Dövlət Reklam Agentliyi ilə əmədaşlığı çərçivəsində “802 qaynar xətt”, “Narkotik sərhədsiz fəlakətdir” adlı videoçarxların cari ilin 25 iyun tarixindən etibarən Bakı şəhərinin Dilarə Əliyeva, Yusif Seferov, Səməd Vurğun, Landau, Atatürk, Azadliq, Neftçilər küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində nümayişinə başlanılıb və uzun müddət yayımlanması nəzərdə tutulub.

/img/gallery/100x100/2022_06_28_12_01_27_b6f9.jpg
  1. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  2. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  3. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  4. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  5. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  6. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  7. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

  8. Sosial çarxlar reklam lövhələrində yayımlanır..

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

  26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı ilə carı ilin 25 və 26 iyun terixlərində “Azercell” abunəçilərinə SMS şəklində zəruri bildiriş (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilib.

  SMS-lər mərhələli qaydada 2 gün ərzində təqribən 5 milyona yaxın abunəçiyə ünvanlanıb.

 

/img/gallery/100x100/2022_06_28_11_09_41_6c4b.jpg
  1. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

  2. “Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə tədbir təşkil olunub.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Gənclər Təşkilatlarının Resurs Mərkəzində (Globus Centre) gənclər üçün maarifləndirici tədbir keçirilib. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsmanın nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda narkomanlığa qarşı fədakar mübarizəsinə və gənclərin asudə vaxtlarının düzgün təşkil edilməsində nümayiş etdirdiyi fəallığa görə bir qrup gənc  “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən təşəkkürnamələrlə təltif edildi.

/img/gallery/100x100/2022_06_28_10_04_49_cbf4.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  6. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  7. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

  8. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar “Gəncl..

İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir

İctimai maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində  narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial roliklər metro stansiyalarında nümayiş olunur.

/img/gallery/100x100/2022_06_25_16_06_03_23a6.jpg
  1. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..

  2. İctimai yerlərdə maarifləndirmə işləri genişləndirilir..