
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Saatlı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayon Gənclər Evində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, Saatlı rayon İcra Hakimiyyətinin şöbə müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Mərkəzi Xəstəxananın direktoru, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Dövlət Komissiyasının İşçi Qrupununu birgə təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri cəlb edilməklə Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirilmişdir.
Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Sabirabad rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Yeni Azərbaycan partiyasının inzibati binasında maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə, Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, rayon üzrə komissiyanın nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi, məktəb direktorları, məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri iştirak etmişdir.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.
Cari ilin 07 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Sabunçu rayonu 90 saylı tam orta məktəbdə “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin çıxış edərək, şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Pirallahı rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 67 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Cari ilin 06 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonun 52 saylı tam orta məktəbində “26 iyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqadar maarifləndirici tədbir keçirimişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumat verilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Salyan, Biləsuvar, Masallı, Lənkəran və Yardımlı şəhər-rayon komissiyaları ilə birgə təşkilatçılığı əsasında qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 197 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilmişdir.
Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilmişdir.
Əsrin bəlasına birlikdə “yox!” deyək”
Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib və bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019–2024-cü illər üçün 22 iyul 2019-cu il tarixində Dövlət Proqramı təsdiq edilib.
Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planı işlənib hazırlanıb.
Tədbirlər Planına uyğun olaraq 2023-cü ilin aprel və may ayları ərzində ölkə üzrə narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları paylanılıb, müəyyən izahatlar verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.17-ci bəndinə müvafiq olaraq, Bakı Xoreoqrafiya Akademiyasında “Biz sağlam gələcəyi seçirik” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə ətraflı zəruri məlumatlar vermişdir.
Sonda müvafiq mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.
Velosiped idman növü üzrə yürüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatının və “Gənc velosipedçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Sumqayıt şəhər komissiyasının sədri Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, İkiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, “Gənc velosepedçilər” İctimai Birliyinin sədri Nur Axundova və digərləri çıxış edərək narkomaniya ilə mübarizənin daim diqqət mərkəzində olduğunu söyləyiblər. Qeyd olunub ki, bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.
“Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə keçirilən yürüşdə “Baku Riders”, “Only Moto”, “Baku trek”, "Sumqayıt" velo klublarının üzvləri, gənclər və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları iştirak ediblər.
Sonda yürüş iştirakçılarına fəxri fərmanlarla yanaşı, sertifikatlar və "D"olivo" italyan restoranının, "Hello" İxtisaslaşdırma və İnkişaf Mərkəzinin hədiyyələri təqdim edilib.
Cari ilin 17 may tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Saatlı..
Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Sabira..
“Biz sağlam gələcəyi seçirik” mövzusunda şagirdlərlə ma..
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
Yasamal rayonunda maarifləndirici tədbir keçirimişdir...
Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitəl..
ADU-da “Biz sağlam gələcəyi seçirik!” mövzusunda tədbir..
Sağlam gələcəyimiz naminə... - VİDEO..
Bakı Xoreoqrafiya Akademiyasında narkomanlığın fəsadlar..
“Narkotiklərə yox de, bizimlə birlikdə ol!”..
Avrasiya Universitetində maarifləndirici tədbir təşkil ..