"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.
Qeyd olunan hesabatda 2020-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin dinamikasını əks etdirən müqayisəli göstəricilər, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.
14 iyul 2021-ci il tarixində Azərbaycan Dillər Universitetinintəşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.
Videokonfansı giriş sözü ilə açan universitetin tərcümə fakultəsinin dekanı Bənövşə Məmmədova ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətlərini yüksək dəyərləndirib, antinarkotik təbliğat işini dəstəkləyərək gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını bildirmişdir.
Daha sonra Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov çıxış edərək ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsindən, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasının əhəmiyyətindən, narkotik vasitələrin cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxarılmasından danışıldı və mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırıldı.
Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Əliağalı kəndi ərazisində yerləşən boş torpaq sahəsində 50 ədəd, ümumi çəkisi 20 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Qazax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Daş Salahlı kəndi ərazisində 6997 ədəd, ümumi çəkisi 2448 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə maarifləndirmə tədbirlərinin təsirliyinin artırılması və əhatəsinin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən ümumilikdə 7 milyon 750 min aktiv abunəçiyə göndərilməsi təmin edilmişdir.
Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birgə vebinarlar keçirilmiş, eyni zamanda Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən digər ali və orta ixtisas təhsili müəssisələrində də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda videokonfrans şəklində tədbirlər təşkil edilmişdir.
“Narkomanlığa birlikdə yox deyək” şüarı cari ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyi vasitəsi ilə elektron informasiya terminallarında və avtobuslarda mövcud olan monitorlarda nümayiş olunmuşdur.
Eyni zamanda cari ilin 24 iyun tarixindən etibarən(1 ay müddətinə) “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və metro stansiyalarında nümayişi təmin edilmişdir.
Bundan əlavə Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, respublikanın Sumqayıt, Şirvan və Qəbələ şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən videokonfrans şəklində maarifləndirici tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirak etmiş, eyni zamanda digər şəhər və rayon komissiyaları tərəfindən də silsilə tədbirlər keçirilmişdir.
18 iyun 2021-ci il tarixdə Qubadlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Əliquluuşağı kəndi ərazisində 5630 ədəd, ümumi çəkisi 2 ton 930 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 13 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Xoruzlu kəndi ərazisində 4230 ədəd, ümumi çəkisi 2100 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, 15 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Ucar rayon Məlikballı kəndi ərazisində yerləşən su kanalının kənarında 1613 ədəd, ümumi çəkisi 1000 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı video çarx cari ilin iyul ayından etibarən metro stansiyalarında nümayiş olunur.
Xocalı rayon polis şöbəsinin əməkdaşları və Dövlət Təhlükəsizliyi Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşları ilə birgə “Xaş-xaş 2021” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Xocalı rayonunun işğaldan azad olunmuş Çanaqçı kəndi ərazisində 0,05 ha olan sahədə yabanı halda bitmiş 2800 ədəd, ümumi çəkisi 1 ton 690 kq olan narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı video çarx cari ilin iyul ayından etibarən metro stansiyalarında nümayiş olunur.
Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2021" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Eyvazlılar kəndi ərazisində ümumi çəkisi 2 ton 120 kq olan, 3170 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə halında yandırılma üsulu ilə məhv edilmişdir.
2020-ci ilə dair “İllik Hesabat” jurnal formasında nəşr..
Azərbaycan Dillər Universitetində “Narkotiklər haqqında..
Ağdam rayonu ərazisində 20 kq yabanı halda bitmiş çətən..
Qazax rayonu ərazisində 2 ton 448 kiloqram yabanı halda..
Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın y..
Qubadlı rayonu ərazisində 2 ton 930 kq yabanı halda bit..
Tərtər rayonu ərazisində 2 ton 100 kq yabanı halda bitm..
Ucar rayonu ərazisində 1613 ədəd, 1 ton yabanı halda bi..
Azərbaycan Dövlət Pedaqoji Kollecində vebinar keçirilmi..
Xocalı rayonu ərazisində 2800 ədəd, çəkisi 1690 kq olan..
Maarifləndirici videoçarx metro stansiyalarında yayımla..
Goranboy rayonu ərazisində 2 ton 120 kq yabanı halda bi..