30 oktyabr tarixində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu Masallı rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri iştirak etmişdir.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib.
QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.
Tədbir çərçivəsində rayon komissiyasına metodiki köməklik göstərilmiş və onlar zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 30 oktyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu Samux Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib, eyni zamanda, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.
Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə carı ilin 30 oktyabr tarixində Cəlilabad rayonunda tədbir keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi QrupununvəCəlilabad Rayonİcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İşçi Qrupunun əməkdaşları çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparmışdılar.
Sonda rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.
Carı ilin 30 oktyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda tədbir təşkil edib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, Şəhər komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, şəhər və rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Tədbir çərçivəsində şəhər komissiyasına metodiki köməklik göstərilmiş və zəruri əyani vəsaitlərlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin effektivliyinin artırılması məqsədilə oktyabr və noyabr ayları ərzində silsilə tədbirlər keçiriləcək.
Maarifləndirmə xarakterli tədbirlər Gəncə, Mingəçevir, Lənkəran, Qazax, Ağstafa, Samux, Cəlilabad, Astara, Masallı, Lerik şəhər və rayon icra hakimiyyətlərində Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə təşkil ediləcək.
Eyni zamanda tədbirlər çərçivəsində şəhər/rayon komissiyalarına metodiki kömək göstəriləcək və onlar zəruri əyani vəsaitlərlə təmin olunacaq.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında imzalanmış “Tədbirlər Planı”na müvafiq olaraq cari ilin 22 oktyabr tarixində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində, antinarkotik təbliğat işinin effektivliyinin artırılmasını təmin etmək məqsədi ilə üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 23 ədəd sosial lövhə cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.
2019-cu ilin 9 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3660 fakt aşkar edilmişdir ki, onlardan 1071-i narkotik vasitələrin qanunsuz satışı, 2290-ı qanunsuz əldə edilib saxlanılması, 261-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 38-i isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 974 kq 622 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 247 min 964 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır. Bundan əlavə 369 kq 500 qr prekursorlar, 236,2 qrgüclü təsir edən maddə, 12 kq 500 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 685 kq 111 qramını marixuana (34,6%), 247 kq 532,6 qramını tiryək (12,5%), 813 kq 888qramını heroin (41,2%), 21 kq 433,1 qramını həşiş (1,0%), 4 kq 009,185 qramını kokain (0,2%), 202 kq 647,6 qramını psixotrop maddələr və digərləri (10,2%) təşkil etmişdir.
Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2401 hektar 288 sot ərazi üzrə 126 ton 844,9 kq (247 min 964 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir.
Cinayət məsuliyyətinə 2618 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 8 nəfər, 18-25 yaş 209 nəfər, 26-29 yaş 397 nəfər, 30 yaşdan yuxarı isə 2004 nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 199 nəfəri fəhlə, 6-sı qulluqçu, 4-ü maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 7-si kənd təsərrüfatı işçisi, 1-i orta ixtisas tələbəsi, 8-i əvvəllər xüsusi qeydiyatda olan, 1827-si işləməyən, 2549-u kişilər, 69-u qadın, 73 nəfəri xarici ölkə vətəndaşı, o cümlədən 7-si MDB vətəndaşı olmuşdur. Əcnəbilərdən 55-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 3-ü Rusiya, 3-ü Türkiyə, 4-ü Ukrayna, 2-si Pakistan, 1-i Braziliya, 1-i Braziliya vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından 613 kq müxtəliv növ narkotik vasitə götürülmüşdür.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.
2019-cu ilin 9 ayı ərzində 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanmış, onlar müvafiq qeydiyyata götürülmüşdür.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 9 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1987-ci ild’n 2019-cu ilin oktyabr ayının 1-dək tarixədək yoluxma hallarının 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7932 nəfərdən, 3258 xəstə, inyeksion narkotik istifadəçiləri olmuşlar ki, onların da 2564 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülmüşlər.
Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 9 ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə şəhər, rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarıilə birgə mütəmadi olaraq praktik təlimlər həyata keçirir və yerlərdə bu sahədə çalışan əməkdaşlara metodik tövsiyələr verilir.
Görülən işlərin davamı olaraqmüasir maarifləndirmə metodlarından istifadə etməklə hazırlanmış sosial çarxlar, film, metodik materiallar və digər zəruri əyani vəsaitlər elektron informasiya daşıyıcısında (CD disk) şəhər, rayon komissiyalarına təqdim olunmuşdur.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi məqsədi ilə şəhər, rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalarıilə birgə mütəmadi olaraq praktik təlimlər həyata keçirir və yerlərdə bu sahədə çalışan əməkdaşlara metodik tövsiyələr verilir.
Görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə müasir maarifləndirmə metodlarından istifadə etməklə hazırlanmış sosial çarxlar, film, metodik materiallar və digər zəruri əyani vəsaitlər elektron informasiya daşıyıcısında (CD disk) şəhər, rayon komissiyalarına təqdim olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən “Xaş-xaş 2019” şərti ad altında Ağstafa, Qazax, Lerik, Yardımlı, Şəki və Zaqatala şəhər/rayonların sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 5 ton 128 kq xaş-xaş və 8 ton 672 kq çətənə kolları müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv edilmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox müxtəlif narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları oktyabrın 4-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
Narkotiklərin məhv olunması prosesində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Ümumilikdə 579 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 515 kiloqram 979 qram marixuana, 144 kiloqram 965 qram heroin, 328 kiloqram 848 qram tiryək, 62 kiloqram 726 qram həşiş qətranı, 2 kiloqram 79 qram kokain, 11 kiloqram 755 qram – 71 min 773 ədəd psixotrop maddə, o cümlədən 4599 çətənə bitkisi yandırılaraq məhv edilib.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 35 milyon manat təşkil edir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görül..
Samuxda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qar..
Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının i..
Mingəçevir şəhərində Narkomanlığa qarşı mübarizə mövzus..
Dövlət Proqramının icrası ilə bağlı şəhər və rayonlarda..
2 və 17 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qa..
Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb..
2019-cu ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin ..
Şəhər, rayon komissiyaları zəruri əyani vəsaitlərlə təm..
Şəhər, rayon komissiyaları zəruri əyani vəsaitlərlə təm..
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 5 ton 1..
1 ton 61 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə..