Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə on beş min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanmışdır.
2019-cu il ərzində Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur.
Cari ilin 15 iyul tarixindən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.
SMS-lər mərhələli qaydada təqribən 2,8 milyon abunəçiyə ünvanlanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Balakən rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir.
Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Başkənd adlanan ərazisində 5650 ədəd, ümumi çəkisi 2878 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Tərtər rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir.
Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Başkənd adlanan ərazisində 2116 ədəd, ümumi çəkisi 916 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ağdaş rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Füzuli rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2019-cu ilə dair imzalanmış birgə “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 18 iyul tarixində 16 və 7 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə xarakterli tədbir keçirilmişdir.
Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa xəstəliklərin yayılması yolları haqqındao cümlədən məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahat və tövsiyələr vermişlər.
Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır.
Cari ilin 09 iyul tarixindən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə “Azercell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.
SMS-lər mərhələli qaydada təqribən 2,5 milyon abunəçiyə ünvanlanıb
2019-cu ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.
Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilmişdir ki, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələrvə psixotrop maddələr, o cümlədən25 min 701ədədçətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır.Bundan əlavə 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 510 kq 846,029 qramını marixuana(30,9%), 224 kq 864,575qramını tiryək (13,6%), 763 kq 160,068qramını heroin (46,23%), 14 kq 071,106qramını həşiş (0,8%), 4 kq 009,185 qramını kokain (0,2%), 80 kq 130,229qramını psixotrop maddələr (4,8%),53 kq 668,13 qramını digərləri (3,2%) təşkil etmişdir.
Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir.
Cinayət məsuliyyətinə 1687 nəfər cəlb edilmişdir ki, onlardan 18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.
Məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 40-ı İran İslam Respublikası, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Qeyd olunan xarici ölkə vətəndaşlarından ümumilikdə 585 kq 840,908 qram narkotik vasitə götürülmüşdür.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.
2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanmış, onlar müvafiq qeydiyyata götürülmüşdür.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 6 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olmuşlar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülmüşlər.
Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 6 ayında İİV-ə yoluxmuş 343 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Xızı rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir təşkil edilmişdir.
Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə ye..
2,8 milyon “Bakcell” abunəçisinə narkotiklərin ziyanı i..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Balakə..
Balakən rayonunda 2878 kiloqram yabanı halda bitmiş çət..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Tərtər..
Gədəbəy rayonu ərazisində 916 kiloqram yabanı halda bit..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Ağdaş ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Füzuli..
Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin..
Narkotiklərin ziyanı ilə bağlı SMS-bildiriş “Azercell” ..
2019-cu ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin ..
26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xızı r..