Qalereya

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayıllı rayonunda tədbir keçirilib.

    26 iyun BMT-nin  “Narkotiklərlə  Mübarizə Günü” ilə əlaqədar İsmayıllı şəhər 4 saylı məktəbdə “ Gəlin narkomanlığa birlikdə yox deyək”  devizi altında tədbir keçirilmişdir.

  Tədbiri giriş sözü iləİsmayıllıRİH başçısı aparatı Hüquq  şöbəsinin müdiri Pakizə Abbasova açmışdır. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, məktəbin direktoru Şəbnəm Osmanlı, direktor müavini  Oktay Nəzirov, şagird  Elman Cənnətəliyev mövzu ilə əlaqədar fikirlərini bildirmişlər. Tədbirdə şagirdlərə “Özünə inan,həyatı sev narkotiklərə yox de! “ devizi altında bukletlər, narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirici video çarx təqdim olunmuşdur.  Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

/img/gallery/100x100/2018_06_29_11_38_34_5131.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayı..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayı..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar İsmayı..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qəbələ rayonunda tədbir keçirilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qəbələ rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.   

/img/gallery/100x100/2018_06_29_10_46_25_1371.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qəbələ..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qəbələ..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qəbələ..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qəbələ..

Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

    05.06.2018-ci il tarixdə Şəki rayonu, Cumakənd kəndində qeydiyyatla yaşayan Cəmilov Azər Aydın oğlu Şəki ŞRPŞ-nə ərizə ilə müracət edərək özünə məxsus Şəki rayonu, Baş Göynük kəndinə aid olan, Kəngərli adlanan ərazidə yerləşən torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının olmasını bildirmişdir. Ərizə əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və hər birinin hündürlüyü 110-190 sm, ayı-ayrılıqda çəkiləri 160-240 qram, ümumi sayı 3016 ədəd olmaqla, ümumi çəkisi 602 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

   09.06.2018-ci il tarixdə Şəki şəhər Bələdiyyəsinin rəhbərliyi tərəfindən Şəki ŞRPŞ-nə ünvanlanmış məlumatda Şəki rayonu, Öryət kəndi yaxınlığında yerləşən Şəki Şəhər Bələdiyyəsinə məxsus 1 hektar otlaq üçün buraxılmış torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının bitməsi göstərilmişdir. Məlumat əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilərkən həmin ərazidə hər birinin hündürlüyü 130-160 sm, ayı-ayrılıqda çəkiləri 170-210 qram, ümumi sayı 6180 ədəd olmaqla, ümumi çəkisi 1 ton 176 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

   11.06.2018-ci il tarixdə Şəki şəhəri, Nizami küçəsində yaşayan Azaqov İlqar Rəsul oğlu Şəki ŞRPŞ-nə ərizə ilə müracət edərək özünə məxsus 0,06 ha torpaq sahəsində yabanı halda bitmiş, narkotik tərkibli çətənə kollarının olmasını bildirmişdir. Ərizə əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş və hər birinin hündürlüyü 40-50 sm, ayı-ayrılıqda çəkiləri 18-20 qram, ümumi sayı 4311 ədəd olmaqla, ümumi çəkisi 82 kq olan yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Həmin çətənə kollarının foto və video çəkilişləri aparılmış, Şəki   ŞRPŞ-nin təhqiqat bölməsi tərəfindən müvafiq sənədləşdirmə aparılaraq aşkar olunmuş çətənə kolları kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

/img/gallery/100x100/2018_06_27_17_10_08_3f8b.png
  1. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

  2. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

  3. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

  4. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

  5. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

  6. Şəki rayonu ərazisində 1 ton 860 kiloqram yabanı halda ..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər rayonunda tədbir keçirilib.

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.

 

/img/gallery/100x100/2018_06_27_14_25_23_90f4.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Xəzər ..

Füzuli rayonu ərazisində 95 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

  Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Böyük Bəhmənli kəndi ərazisindən hər birinin uzunluğu 1-1,20 sm olan 232 ədəd, ümumi çəkisi 95 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_06_27_13_38_33_8db9.png
  1. Füzuli rayonu ərazisində 95 kiloqram yabanı halda bitmi..

  2. Füzuli rayonu ərazisində 95 kiloqram yabanı halda bitmi..

  3. Füzuli rayonu ərazisində 95 kiloqram yabanı halda bitmi..

Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

   Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2018” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qaramanlı kənd bələdiyyəsinə məxsus torpaq sahəsindən hər birinin hündürlüyü 65-75 sm olan 1947 ədəd, ümumi çəkisi 974 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

/img/gallery/100x100/2018_06_27_12_52_03_b359.jpg
  1. Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitm..

  2. Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitm..

  3. Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitm..

  4. Yevlax rayonu ərazisində 974 kiloqram yabanı halda bitm..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərinda tədbir keçirilib.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Mingəçevir şəhər komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.

/img/gallery/100x100/2018_06_27_11_45_02_a91b.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəç..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl rayonunda tədbir keçirilib.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Göygöl rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.   

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar 23 iyun 2018-ci il tarixdə rayon Gənclər mərkəzində, 200 nəfər ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin, rayon Təhsil şöbəsinin, Polis və Səhiyyə şöbələrinin səlahiyyətli nümayəndələri mövzu ətrafında çıxışlar etmişlər. Tədbirlərin sonunda gənclərə maarifləndirici bukletlər paylanaraq, “Narkomaniyaya yox deyək” adlı sənədli film çarx nümayiş etdirilmişdir.

/img/gallery/100x100/2018_06_27_11_34_05_4b86.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Göygöl..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik rayonunda tədbir keçirilib.

    Rayon komissiyasının təşkilatçılığı ilə 22 iyun 2018-ci ildə “26 iyun - BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar yeniyetmə, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Narkotiklərə Yox deyək!”devizi altında maarifləndirici tədbir keçirilmişdir.

  Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Araz Quliyev, rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın  məsləhətçi-psixoloqu Babaxan Rufullayev, rayon   gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, mərkəzi xəstəxananın baş həkiminin müavini Əfrail Ağayev, rayon polis şöbəsinin azyaşlılarla iş üzrə inspektoru Anar Kərimov, təhsil şöbəsinin əməkdaşı Mehman Rəcəbov çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın, hepatit, QİÇS və s. kimi təhlükəli xəstəliklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar, cəmiyyətə və ailəyə vurduğu ziyanlar barədə məlumat vermiş,  yeniyetmə və gənclər rayon təşkilatlarının tədbir və kompaniyalarında fəal iştiraka dəvət olunmuşlar. İştirakçılara maarifləndirici buklet – kitabçalar paylanmışdır.

/img/gallery/100x100/2018_06_27_10_24_00_d165.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik ..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik ..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik ..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik ..

  5. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Lerik ..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Beyləqan rayonunda tədbir keçirilib.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə, o cümlədən 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beyləqan rayon komissiyası tərəfindən narkomaniyanın cəmiyyətə mənfi təsiri, doğurduğu fəsadlar və ona qarşı aparılan  mübarizə barədə əhalinin maarifləndirilməsi məqsədi ilə  tədbir keçirilmişdir.

/img/gallery/100x100/2018_06_27_10_15_57_471c.JPG
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Beyləq..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Beyləq..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Beyləq..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Beyləq..

Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

   26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 25 iyun 2018-ci il tarixində Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

  Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı, Milli Məclisin deputatları Hadı Rəcəbli, Azay Quliyev və Şahin İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, BMT-nin Azərbaycan nümayəndəliklərinin əməkdaşları, beynəlxalq və yerli humanitar təşkilatlar, digər qonaqlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.

  Keçirilən konfrans mahiyyət etibarı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqram”ının müvafiq bəndinin icrasını təmin etməkdən ibarətdir. 

  Təşkil olunan konfransda Azər­baycan Gömrük Xidmətinin narkomani­yaya qarşı mübarizə mövzusunda beynəlxalq sərgi və müsabiqələr­də göstərilən ən uğurlu əsərləri nümayiş olunmuş və bu sərgi hazırda çətin və təhlükəli qlobal problemlərdən birinə çevrilən narkoma­niyaya qarşı mübarizənin vacibliyinin həssas şəkildə ictimaiyyətə çatdırılma­sına öz təsirini göstərmişdir.

   Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilmiş ən yaxşı müəllif yazıları müsabiqəsinin münsiflər heyətinin sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Şahin İsmayılov və başqaları tədbirdə çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, müsabiqənin əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

 Əli Həsənov qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq üçün Azərbaycanda milli hüququ baza yaradılıb: "Milli Məclis bununla bağlı 29 qanun qəbul edib, Azərbaycan prezidentləri - ümummilli lider Heydər Əliyev və dövlət başçısı cənab İlham Əliyev tərəfindən 29 fərman və sərəncam imzalayıb, Nazirlər Kabineti 27 qərar qəbul edib. Bundan başqa, Azərbaycan BMT-nin 1961-ci il tarixli "Narkotik vasitələr haqqında" Vahid Konvensiyasına, 1971-ci il tarixli "Psixotrop maddələr haqqında" Konvensiyasına və 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub". Bundan əlavə Əli Həsənov bildirib ki, “Azərbaycanın coğrafi mövqeyi narkotiklirin qeyri-qanuni olaraq Avropaya daşinmasi üçün çox əlverişlidir.Ermənistan silahli qüvvələri tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı, ölkənin İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahli qüvvələrinin nəzarət etməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. İşğal altında olan Azərbaycan ərazilərində narkotiklərin istehsalı və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılmasi və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır.”

   Eyni zamanda qeyd edilib ki, “Narkomanlığa qarşı mübarizə” mövzusunda jurnalistlər arasında keçirilmiş müəllif yazıları müsabiqənin məqsədi KİV-lərdə sağlam həyat tərzinin təbliğ olunması və bununla ictimaiyyətin, xüsusilə gənclərin məlumatlılığının artırılması, bu istiqamətdə mətbuatda dərc olunan materialların sayının artırılmasının stimullaşdırılması və gənc jurnalistlərin yaradıcılıq qabiliyyətlərinin nümayiş olunmasına şərait yaradılmasıdır.

    Bugünkü tədbirin keçirilməsinin əsas məqsədi BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü”, həmçinin “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında təşkil olunmuş ən yaxşı müəllif yazıları müsabiqəsinin qalibi olmuş jurnalistlərin mükafatlandırılması həyata keçirilmişdir.

   Dövlət Proqramının 4.1.16-cı bəndinin icrası ilə əlaqədar, 2017-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qeyri-hökumət təşkilatını cəlb etməklə ESPAD tədqiqatı metodologiyasına əsasən yeniyetmə və gənclər arasında siqarət, alkoqol və narkotiklərin istifadəsi ilə bağlı epidemioloji vəziyyəti qiymətləndirmək və onun dinamikası üzərində müşahidələr aparmaq məqsədilə Bakı şəhərinin Yasamal, Nizami, Sabunçu rayonlarında, o cümlədən Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Salyan, Yevlax, Kürdəmir şəhər və rayonlarını əhatə etməklə, 1000 nəfər yeniyetmə və gənc arasında keçirilmiş sorğunun təqdimatı nümayiş olunmuşdur.

/img/gallery/100x100/2018_06_25_15_55_40_887a.JPG
  1. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  2. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  3. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  4. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  5. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  6. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  7. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  8. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  9. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  10. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  11. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  12. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  13. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  14. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  15. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  16. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  17. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  18. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  19. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  20. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  21. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  22. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

  23. Park İnn Baku otelində “Gənclər arasında narkomanlığa q..

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Səbail rayon İcra Hakimiyyəti ilə birgə cari ilin 22 iyun tarixində  rayon icra hakimiyyətinin akt zalında maarifləndirmə xarakterli tədbir keçirmişdir.

 Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon polis söbəsinin, rayon gənclər idarəsinin əməkdaşları, veteranlar, din xadimləri, müəllim və psixoloqlar iştirak etmişdirlər. Aidiyyəti dövlət orqanlarının nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermiş, tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. 

    Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış zəruri əyani vəsaitlər tədbir iştirakçılarına paylanılmışdır.

/img/gallery/100x100/2018_06_22_17_23_08_42cd.jpg
  1. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail..

  2. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail..

  3. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail..

  4. 26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Səbail..